personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
11
iyul

Sibir ənamları: qarameyvə aroniya

Qarameyvə aroniyanın ürəyi və damarları necə dəstəklədiyi haqqında fəsil

Turşa-şirin, ağız qamaşdıran və büzüşdürücü - bir çoxu onu qarameyvə quşarmudu kimi tanıyır. Qarameyvə aroniyanin giləmeyvələri xırda olsa da, çox faydalıdır. Və hətta fəsilənin adı da yunan dilindən "kömək", "fayda" kimi tərcümə olunur. Giləmeyvənin nəcib, dərin və bu qədər yaxşı tanınan qara rəngini isə boyaq maddələr - antosianlar - təmin edir.

Aroniya kolunun vətəni Şimali Amerikadır. Avropada bu bitki ilə XIX əsrdə tanış oldular, lakin yalnız dekorativ məqsədlər ilə yetişdirirdilər. Rusiyaya qarameyvə aroniya 1930-cu ildə gəldi, onu Qorno-Altayskdaki meyvə-giləmeyvə stansiyasına gətirdilər, buradan o geniş şəkildə ölkə boyu yayıldı.

Ürəyimiz üçün bir xəzinə

Qarameyvə quşarmudu - ürək-damar sisteminin yaxşı fəaliyyəti üçün tanınmış bir köməkçidir.

Onun tərkibində bol miqdarda damarların vəziyyətinə görə cavabdeh olan P vitamini mövcuddur. Bu vacib vitamin damar divarlarını möhkəmləndirir, damarların intensiv qan axını təsirinə qarşı müqavimətini artırır, kapilyarların yüksək nüfuz qabiliyyətinin qarşısını almağa kömək edir.

Qarameyvə aroniya minerallar ilə də zəngindir. Onun tərkibində dəmir, ftor, kalsium, molibden, xüsusilə də bol miqdarda kalium və maqnezium mövcuddur. Məhz bu iki maddə daha çox ürək əzələsinin fəaliyyətinə təsir göstərir, ürək ritminin düzgünlüyünü təmin edir. Bu səbəbdən aroniya ürək-damar sistemi xəstəliklərinin profilaktikası və müalicəsi üçün səmərəli bir vasitədir.

Hərtərəfli və çoxşaxəli

Qarameyvə quşarmudu həmçinin mədə-bağırsaq yolları üçün də faydalıdır. Onun tərkibində bol miqdarda güclü detoksikator olan pektin var: bağırsaqda zərərli maddələri toplayır və orqanizmdən çıxarır. Aroniyaya büzüşdürücü dad bəxş edən aşı maddələr nəzərə çarpan antiseptik təsirə malikdirlər. Bitkinin daxilində yod toplamaq kimi maraqlı xüsusiyyəti onu qalxanabənzər vəzi üçün faydalı edir. Aroniyanın tərkibində olan keratin və antosianlar isə görmə qabiliyyətimizi müdafiə edir: onlar göz torcuğu damarlarında mikrosirkulyasiyanın yaxşılaşmasına və işığa həssas göz piqmenti - rodopsin - ifrazının artmasına səbəb olur.

Giləmeyvələrin vitamin tərkibi müxtəlifdir. Qarameyvə quşarmudunun tərkibində bol miqdarda B qrup vitaminlər mövcuddur, onlar sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Giləmeyvələr A, K, E vitaminləri, həmçinin təbii immunitet müdafiəçisi olan C vitamini ilə zəngindir.

Bu maraqlı bitkinin bir çox faydalı xüsusiyyəti var. Məhz buna görə qarameyvə aroniyanı Şirkətimizdə bu qədər dəyərləndirirlər, sağlamlıq və gözəllik üçün məhsulların tərkibinə əlavə edirlər:

«Aroniya və lüteyin» – Essential Botanics;
«Sinxrovital VII».

[}item{]