Dünyada Sibir qədər təbiətin müxtəlif və qeyri-adi olduğu ikinci bir məkan tapmaq olmaz. Biz qürur duyuruq ki, Siberian Wellness Şirkəti burada yarandı və, sibir təbiətinin ənamlarını minnətdarlıqla qəbul edərək və zərif şəkildə onun qayğısına qalaraq, inkişaf etməyə davam edir.
Sibir çayları - böyük zəhmətkeşlərdir: onlar artıq uzun illərdir ki, doğma diyarlarına xidmət edir və öz dirsəkləri və möcüzəvi mənzərələri ilə məftun edir, sibirlilərdə qürur oyadır və bütün dünyanı heyran edir. Balaca bir onlayn-səfər etməyə və Sibirin ən qüdrətli beş çayına baxmağa təklif edirik.
Yenisey: əsl pəhləvan
O, əzəmətli su səthləri və coşqun kandarları ilə ürəkləri məftun edir, onun haqqında bir çox əfsanələr və rəvayətlər qoşulub, onun gözəlliyini şairlər və rəssamlar mədh edib, A. P. Çexov isə onun haqqında belə yazırdı: "Yenisey - gücünü və cavanlığı nələrə sərf edəcəyini bilməyən hiddətli bir pəhləvandır. Zamanla bu sahilləri necə də dolğun və cəsarətli bir həyat şəfəqləndirəcəkdir!" Və, bu cür hallarda deyildiyi kimi, yazıçı sanki gələcəyi görürdü.
Bugün Yenisey - dünyanın ən gursulu və əhəmiyyətli çaylarından biridir. Onun uzunluğu 3487 km təşkil edir, illik axınının miqdarına görə isə (624 kub. km) o, Rusiya çaylarının arasında ilk yeri tutur. Çayın mənbələri - Böyük və Kiçik Yenisey - Kızıl şəhərinin yaxınlığında qovuşur: buradan Yenisey öz sularını bütün Sibir boyu Şimal Buzlu okeana doğru apararaq, Kara dənizinə axıdır. Çay, gəmiçilik yolu kimi vacib iqtisadi məna kəsb edir, onun ehtiyatları sənayedə və xalq təsərrüfatında geniş istifadə olunur. Yeniseydə bir neçə su anbarı və hidroelektrostansiya tikilib: Sayano-Şuşenskaya, Maynskaya, Krasnoyarskaya.
Tarixçilər çayın adını "ionessi" evenk sözü ilə bağlayırlar, bu söz "böyük su" deməkdir. Yenisey hovuzunda 100 min göl yerləşir, həmçinin ən böyük göl - Baykal. Onun vadilərində və sahillərində sidr, şam və küknar meşələri və 150 növdən çox bitki bitir, bu bitkilərin əksəriyyəti Qırmızı kitaba daxil edilib. Öz uzunluğu sayəsində Yenisey sahillərində ən müxtəlif fauna toplayıb: çayın yuxarılarında, Sayan dağlarının ətəklərində - dəvələrə və ulaqlara, çayın mənsəblərində isə ağ ayılara rast gəlmək olar. Çay bir çox qoruqların ərazilərindən axır, Böyük Arktik, Sayano-Şuşenski və Krasnoyarsk Sütunları da daxil olmaqla.
Sibirlilər doğma çayları ilə qürur duyur və onu, sevərək, Yenisey-ata adlandırırlar. Onlara tez-tez buralarda balıq tutarkən, giləmeyvə toplayarkən və ya istirahət edərkən rast gəlmək olar. Buranın mənzərəli yerləri turistlər üçün də bir cənnətdir, o, burada istədiyi qədər dağların və tayqanın gözəlliyini seyr edə, təmiz tayqa havası ilə sinə dolusu nəfəs ala, Xakasiyada çayı aşağı düşə və Krasnoyarsk diyarında balıq tuta bilər. Yenisey sularında nalim, xanıbalığı, durnabalığı, dabanbalığı, xüsusilə qiymətli növlərdən isə - nelma, omul, koryuşka, maksun balıqları mövcuddur.
Anqara: Baykalın qızı və Yeniseyin həyat yoldaşı
Anqara çayı, onun yuxarılarında Rusiyanın ən təmiz sularının mövcudluğu ilə məhşurdur. O, Baykaldan axan yeganə çaydır: gölün şimalında başlayır, bütün İrkutsk bölgəsindən Krasnoyarsk diyarına doğru axır. Lesosibirsk şəhəri yaxınlığında Yeniseyə düşür.
Anqara maraqlı tarixə malikdir. Əfsanəyə əsasən Anqara ağsaqqal Baykal qocanın yeganə qızı idi. Qoca onu bağlı bir məkanda saxlayır və özü seçdiyi İrkuta ərə vermək istəyirdi, lakin Anqara kiçik dağ çaylarının köməyi ilə azad oldu və sevdiyi Yenisey ilə görüşə tələsdi, ondan indi də ayrılmır. Hiddətə gəlmiş ata qaçmış qızının arxasınca bütöv bir sıldırım qaya atdı, o qaya bugün Şaman daşı kimi məşhurdur: yerli sakinlər bu yeri müqəddəs hesab edir, turistlər isə buraya xüsusilə bu daşa toxunmaq üçün gəlir, onlar inanır ki, bu onlara sevdikləri insanla qovuşmağa kömək edəcək.
Anqarada ölkənin ən güclü hidroelektrostansiyaları tikilib: Bratskaya, İrkutskaya, Boquçanskaya, Ust-İlimskaya. Ona baxmayaraq ki, Anqara ölkənin enerji sənayesi üçün çox vacib əhəmiyyət kəsb edir, burada özünə turist və tədqiqatçıları cəlb edən özünəməxsus təbiət saxlanılıb.
Ob - Sibirin əsas su damarı
Ob Rusiyanın ən böyük çaylarından biridir, özü də o, bir neçə göstərici üzrə seçilir: uzunluğu (3650 km), məcrasının genişliyi (50 km çatır), sutoplayıcı hovuzun sahəsinə görə (2990 kv. m). Bu böyük çay Qərbi-Sibir düzənliyi boyu cənubdan şimala doğru axır, Kara dənizinə düşür və ölçüləri ilə yanaşı, tarixi və təbiəti ilə heyrətləndirir.
Öz indiki adını Ob dərhal almadı - hər bir millət bu çayı özünə məxsus şəkildə adlandırırdı, adın yaranmasının da bir neçə versiyası var: iran "ob" sözü "su" mənasını daşıyır; komi xalqının "ob" sözü "qar topası" deməkdir; rus "obe" (hər ikisi) sözü - axı Ob çayı iki altay çayından, Biya və Katun çaylarından başlayır. Maraqlıdır ki, onların suları müxtəlif rəng çalarına malikdir, ona görə də bahar və yayda onların qovuşduğu yerdə Ob "zolaqlanır".
Yazıçı S.Yelpatiyevski Ob çayını Rusiyanın Amazonu adlandırırdı, çünki o da ən böyük ovalıqlar boyu axır və bütün ölkənin sakinlərinə öz hovuzunun xəzinələrini bəxş edir. Bura təbii sərvətlər və ehtiyatlar ilə zəngin sahədir: burada kömür, qaz, neft və torf hasil edirlər. Su səthi üzrə yüz minlərlə yük və sərnişin gəmiləri hərəkət edir. Burada iri sənaye şəhərlərini qidalandıran hidroelektrostansiyalar tikilib: Buxtarminskaya, Novosibirskaya, Ust-Kamenoqorskaya. Çay boyu, bölgənin inkişafı üçün təməl məna kəsb edən 15-dən çox şəhər, bu şəhərlərin arasında - Novosibirsk, Barnaul, Surqut, Salexard, həmçinin 10-dan çox iri liman yerləşir. Çayın üzərindən avtomobil və dəmiryol nəqliyyatı üçün 16 körpü tikilib.
Ob onunla maraqlıdır ki, bir neçə iqlim qurşağından keçir, bu səbəbdən onun axınının yuxarılarında üzüm, qarpız, qovun bitir, aşağıları isə bitki dünyası çox qıt olan qütbyanı tundrada yerləşir. Barnaul, Biysk və Novosibirsk ərazilərində isti yay zamanlarında məşğul olmaq üçün hər zaman bir iş tapılar - çoxsaylı qumlu çimərliklər su idmanı və balıq ovu həvəskarları üçün böyük maraq kəsb edir (Ob sularında təxminən 50 növ balıq yaşayır).
Lena: gözəl, coşğun, sərt
Lena, Sibirdəki ən uzun çaydır, sularını 4400 km boyu əzəmətlə daşıyır: Baykal silsiləsindəki mənbələrdən şimala, Şimal Buzlu Okeanın Laptev dənizinə tökülür. Çayın özəlliyi ondan ibarətdir ki, onun yatağı bütünlüklə daimi buzluq bölgəsində yerləşir. Populyar fərziyyəyə uyğun olaraq, evenki dilindəki "yelyu-yene" ("böyük su") sözündən əmələ gəlir.
Lena çayında bəndlər, hidroelektrostansiyalar, dəhnələr yoxdur - o, təbii məcrası ilə axır, lakin gəmiçiliyə yararlıdır və bölgənin vacib nəqliyyat damarı kimi xidmət göstərir. Çayın axdığı düzənliklərdə kənd təsərrüfatı bitkilərinin becərilməsi geniş yayılıb, çaylağında isə böyük otlaqlar isə heyvandarlığın inkişafına kömək edir. Ətrafdakı torpaqlar faydalı qazıntılarla zəngindir və burada fəal şəkildə təbii qaz yataqları işlənir.
Təmiz təbiət və tarixi abidələr dünyanın hər yerindən turistləri Lena sahillərinə cəlb edir. Hər kəs misilsiz təbii torəmələri - UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Lena Sütunlarını görmək istəyir. Bu sıldırım qayalar Sinski Sütunları ilə birlikdə Lena sahilləri boyunca uzanır və Yakutiyada "Lena Sütunları" Milli parkını təşkil edir: burada mövcud olan bir çox bitki və heyvan növləri Qırmızı Kitaba daxil edilib. Çay vadisində təbiətin daha bir möcüzəvi sirri yerləşir - qum səhraları (tukulanlar). Yay-payız fəslində Lena çayı bütün ölkədən balıqçılıq sevənləri qarşılayır: onun sularında omul, nalim, alabalıq, yelets, durnabalığı, xanıbalığı, lenok, tuqun, xarius, həmçinin sibir nərə balığı mövcuddur.
İrtış: üç ölkənin çayı
İrtış o qədər güclü və uzundur ki, bir çox insan onu tamdəyərli bir çay sayır, lakin bu belə deyil: İrtış - Ob çayının qoludur. Və biz nə qədər onu tarixi rus çayı hesab etmək istəsək də, o, eyni aynda üç dövlətin ərazilərindən axır: Çin, Qazaxıstan, Rusiya. Mənbəyi ÇXR-da yerləşir - çay yüksək dağ silsilələrindən başlayır və Qazaxıstanın Omsk vilayəti ilə sərhədində Rusiya ərazisinə daxil olur. İrtışın uzunluğu 4248 km-dir ki, bu da Ob çayının öz uzunluğundan daha çoxdur, və Xantı-Mansiysk bölgəsində İrtış Ob çayına axır.
Geniş yayılan versiyaya əsasən İrtış türk dilindən tərcümədə "yeri qazan" və ya "yereşən" deməkdir, bu da qismən də olsa çay axınının xasiyyətini əks etdirir: bəzi yerlərdə o olduqca gurdur, sahillərini yuyur və məcrasını dəyişir.
İrtış Qərbi Sibirin vacib nəqliyyat magistralıdır: çay boyu müntəzəm şəkildə gəmilərin hərəkəti həyata keçirilir. Omsk şəhərinin çərçivəsində çay vağzalı, bir neçə çay limanı və gəmi körpüsü yerləşir. Çayı həmçinin elektroenergiya hasilatı üçün də istifadə edirlər: burada üç hidroelektrostansiya quraşdırılıb, sahilləri boyu isə bir neçə ornitologiya müəssisəsi və əhəmiyyətli məkan yerləşir, həmçinin "Quş limanı" təbii parkı (köçəri quşların köç yolları üstündə yerləşir) və Pavlodar bölgəsində "Qaz uçuşu" - misilsiz paleontologiya abidəsi. Çayın faunası zəngin və müxtəlifdir - 20-dən çox balıq növü, onlardan 15 növü - vətəgə obyektləridir (nərə, karp, durna, xanı, nalim balıqları).