personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
20
sentyabr

Novosibirsk: ən maraqlı faktlar

Novosibirsk - Siberian Wellness Şirkətinin dünyaya gəldiyi məkandır. Bundan savayı, o, həmçinin Şirkət Məsləhətçilərinin görüşməsi üçün ən populyar şəhər, Rusiyanın asiya hissəsinin ən iri şəhəri, Sibirin qeyri-rəsmi paytaxtı və ən sevdiyimiz şəhərdir, biz onu Sibir haqqında bloqumuzda diqqətdən kənar qoya bilməzdik.

Biz, Novosibirsk haqqında, çox güman, daha öncə eşitmədiyiniz bir neçə maraqlı fakt topladıq. Təəccüblənməyə hazır olun)

Fakt 1. Novosibirsk Rusiyanın yeganə şəhəridir ki, eyni zamanda iki saat qurşağında yerləşib. Təməli qoyulduğu andan Novosibirsk Ob çayının hər iki sahilində böyüyürdü, saat meridianı düz çay boyu keçdiyinə görə isə, onun sol sahili - beşinci, sağ sahili isə altıncı saat qurşağına aid idi. Beləliklə, novosibirsk sakinləri hər dəfə çayı keçdikdə, saatlarını keçirməli olurdular. 1955-ci ildə Ob çayının üstündən ilk avtomobil körpüsü tikildi, amma yalnız 1958-ci ildə şəhər vahid saat qurşağına keçdi.

Fakt 2. Novosibirskin əvvəlki adı Novo-Nikolayevskdir. Müasir adı şəhərin özündən olduqca cavandır. Novosibirskin yaranma ili 1893-cü il hesab edilir: o zaman qəsəbəyə Ob çayının üstündən körpü tikmək məqsədilə görkəmli mühəndislər və inşaatçılar gəldi. O zamanlar yaşayış məntəqələrini hökmdarların şərəfinə adlandırırdılar, beləcə qəsəbəni ilk öncə imperator III Aleksandrın şərəfinə Aleksandrovski adlandırdılar, sonra II Nikolayın şərəfinə - Novonikolayevski, daha sonra isə şəhərə Novo-Nikolayevsk adı verdilər. 1925-ci ildə hakimiyyətə bolşeviklər gəldikdə şəhər Novosibirsk adını aldı - bu ad Sibirdə yeni həyatın qurulmasını ifadə edirdi.

Fakt 3. Novosibirskdə uzunluğu 7 km yaxın olan dünyanın ən uzun döngəsiz küçəsi yerləşir - Krasnıy (Qırmızı) prospekt. O, Ob sahilində, çayın Trans-Sibir dəmiryol magistralı ilə kəsişdiyi yerdə başlayır və cənubdan şimala doğru uzanır. Məhz bu küçədə şəhərin mərkəzi meydanı yerləşir - Lenin meydanı. Həmçinin burada memar Andrey Kryaçkov tərəfindən inşa edilmiş məşhur Yüzmənzilli ev, Romanovlar ailəsinin 300-illik hökmranlığı şərəfinə 1915-ci ildə tikilmiş Müqəddəs Nikolay kilsəsi, 1899-cu ilə aid Aleksandr Nevski böyük kilsəsi, misilsiz Opera və balet teatrı (Rusiyanın ən iri, dünyanın isə ikinci iri teatr binası) yerləşir.

Fakt 4. Novosibirskdə qədim mədəniyyətlərin və xalqların günəş ilə bağlı dini ayinlərinə həsr edilmiş Günəş muzeyi yerləşir. Muzey fondu qədim gün saatı, üzərində solyar petroqliflər olan daşlar, Misir günəş ilhaəsi olan İzidanın heykəli, Tutanxamonun kürsüsü kimi həqiqi arxeoloji artefaktlara və onların surətlərinə sahibdir.

Fakt 5. Novosibirskin sahəsi 500 kv. km-dən böyükdür, bu da bir sıra tropik ölkələrin, misal üçün, Niue dövlətinin sahəsindən çoxdur. Rusiya şəhərləri arasında Novosibirsk yalnız Moskva və Sankt-Peterburqdan balacadır. Şəhərdə 1500-dən çox küçə var, onların ümumi uzunluğu 1400 km-dir.

Fakt 6. Novosibirskdə uzunluğu 2 km-dən çox olan dünyanın ən uzun metro-körpüsü yerləşir. Bu körpü vasitəsilə yerli metro qatarları Ob çayını keçir. Körpü misilsiz konstruksiyası ilə tarixə yazılıb. Onun tikintisi zamanı ilk dəfə körpü gözlərinin çəkilməsi texnologiyasından istifadə edilmişdir. Körpüdə xüsusi mütəhərrik roliklər mövcuddur, onlar sağa və sola ləngər vurur: bu onun üçün edilib ki, körpü hətta kəskin temperatur fərqləri zamanı sabit şəkildə fəaliyyət göstərə bilsin.

Fakt 7. Ob çayı Rusiya çayları arasında ən geniş hövzəyə malikdir, onun sahəsi təxminən 3 milyon kv. km təşkil edir. Bu göstəriciyə görə Ob Rusiyada birinci yer tutur (bax. Sibir çayları haqqında məlumatlar).

Fakt 8. Bütün dünyada məşhur olan hipnozçu Volf Messinq ötən əsrin 40-cı illərində Novosibirskdə yaşayıb. Artıst fikir oxumaq seanslarını müharibə illərində hələ fəaliyyət göstərməyən Opera və balet teatrının səhnəsində keçirirdi.

Fakt 9. Zauralyenin ən iri və Rusiyanın ikinci zooparkı (Moskva zooparkından sonra) Novosibirskdə yerləşir. Şam meşəsi ərazisində yerləşən bu zoopark 65 ha sahəyə malikdir: burada 770 heyvan növünün 11 000 fərdi saxlanılır, bunlardan 350 növdən çox Qırmızı kitaba salınıb. Novosibirsk zooparkında dünyanın ən zəngin pişiklər fəsiləsinin və dələkimilərin kolleksiyası toplanılıb.

Fakt 10. Novosibirsk dünyanın ən sürətlə böyüyən şəhərlərindən biridir. Onun sakinlərinin sayı 70 ildən qısa dövr ərzində 1 milyona çatdı. Müqayisə üçün: Moskvaya bunun üçün 700 il tələb olundu, Tokioya - 400, Nyu-Yorka - 250, Çikaqoya - 90.

Fakt 11. Novosibirsk Rusiyanın elmi mərkəzidir. Şəhərdə 100-dən çox elmi-tədqiqat təşkilatı, Akademik şəhərcik, Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Prezidiumu yerləşir, burada 1500-dən çox elmlər doktoru və 3400-dən çox elmlər namizədi yaşayır və fəaliyyət göstərir. Həmçinin burada Siberian Wellness Şirkətinin Elmi-innovasiya mərkəzi və laboratoriyaları yerləşir.

Hər bir şəhərin özünəməxsus gözəlliyi var, lakin dünyaya gəldiyin və ya bir çox məqamlara görə bağlı olduğun şəhər hər zaman bir başqa xüsusi olacaq. Novosibirskin, Siberian Wellness Şirkəti kimi, illər keçdikcə yalnız daha da çiçəkləndiyini və inkişaf etdiyini görmək çox xoşdur!

[}item{]