Damotunu hər kəs tanıyır, ilk növbədə də - əsəbləri müalicə edən və yuxusuzluqdan kömək edən bir vasitə kimi. Lakin bu bitkin bir çox digər faydalı xüsusiyyətləri də var. Damotunun niyə bu qədər dəyərli olduğu, daha hansı xüsusiyyətlərə malik olduğu və nədən uzun illər boyu tibbi məqsədlər ilə istifadə edildiyi haqda danışaq.
Görünüş aldadıcı olduqda
Damotunun xarici görünüşü onun müalicəvi bitki olduğu haqda heç də söz etmir. Adi damotu (Leonurus cardiaca) dalamazçiçəklilər dəstəsindən çoxillik çiçəkli bitkilərə aiddir və hər hansı bir nəzərə çarpan gözəlliyə malik deyil.
Bu, kifayət qədər hündür alaq otudur, müsbət şəraitlərdə 150 sm qədər uzana bilər. Düz, budaqlanan, dördşaxəli gövdəyə malikdir. Yarpaqların ortaya qədər hissəsi kəsikli-dilimli, aydın-yaşıl rəngli, aşağı hissəsi isə - bozumtuldur. Damotu bütün yay uzunu çəhrayı-bənövşəyi və ya ağ güllər ilə çiçəklənir. Meyvələri isə tünd-qonur rəngli üçşaxəli fındıqcıqlar şəklindədir.
Vəhşi təbiətdə damotuna Sibirin cənub bölgələrində, Pamir-Alay, Tyanşan, Altay və Buryatiya dağ vadiləri də daxil olmaqla, Uraldan Monqolustan və Çin sərhədlərinə qədər ərazilərdə rast gəlmək olar. Bitki nadir hallarda yeni şərtlərə uyğunlaşır, daha çox nəm yerlərə, meşə qıraqlarına, insanın yaşayış məkanlarına və yol kənarlarına üstünlük verir. Görünür ki, bu cür sahələrə olan sevgisinə görə bitkiyə bu ad verilib. Onun latın adı isə "şir quyruğu" kimi tərcümə edilir.
Lakin bu görkəmsiz bitki öz müalicəvi xüsusiyyətləri sayəsində əsrlər boyu ənənəvi tibdə istifadə edilir. Damotu Rusiya farmakopeyasında fəxri yer tutur, sakitləşdirici və təzyiq salan vasitələr qrupuna aiddir.
Zəngin daxili aləm
İnsana olan faydası nöqteyi nəzərdən damotunun tərkibinə daxil ən dəyərli maddələr:
Damotunun faydalı xüsusiyyətləri
Bu cür qüvvətli fəal maddələrin birləşməsi sayəsində damotu, hüceyrə strukturlarını oksidləşmə stressindən və azad radikallardan qorumağa qadir olan güclü antioksidant kimi təsir göstərir. Bundan savayı, damotu digər xüsusiyyətlərinə görə də dəyərləndirilir:
Damotu cövhərinə aşağıda sadalanan Siberian Wellness məhsullarının tərkibində rast gəlmək olar:
1. Yabanı otlardan hazırlanmış fitoçay № 3 (Təbii anti-stress) - Baikal Tea Collection
Damotu, nanə, qaraqınıq və pişikotu bitkilərindən kupaj yumşaq şəkildə sakitləşdirir, uzunmüddətli yorğunluq hissini aradan qaldırır, əsəb gərginliyinə qarşı dözümlülüyü artırır və yuxu keyfiyyətini yaxşılaşdırır.
Sibirin möcüzəvi bitkiləri haqqında bəhs edərək, biz ümid edirik ki, siz daha böyük maraq hissi ilə ucsuz-bucaqsız diyarımızın flora aləmini kəşf edəcək və öyrənəcəksiniz!