personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
23
may

Yakutsk: 10 maraqlı fakt

Rusiyanın ən böyük və soyuq bölgəsinin paytaxtının necə də gözəl və sirli olduğu haqqında fəsil...

Yakutiya - Şərqi Sibirin Şimalında yerləşən möcüzəvi daimi buzluq bölgəsidir. Hər il daha çox turist bu uzaq şimal bölgəyə super-soyuğu sınamaq, yerli mədəniyyət ilə tanış olmaq, məşhur "Lena sütunları" qoruğu, Tulukananın qum təpələri, Buluus buzlağı və s. kimi diyarın təbii sərvətlərini öz gözləri ilə görmək üçün can atır.

Onların səfərlərinin başlanğıc nöqtəsi kimi isə hər zaman respublikanın paytaxtı Yakutsk şəhəri çıxış edir. Burada hər bir kəs özünə görə bir şeylər tapacaq: tarixsevərləri bənzərsiz paleontoloji tapıntıların təqdim edildiyi Mamontlar muzeyi sevindirəcək. Dərhal Şimal ab-havasına baş vurmaq istəyənlər isə gərək şəhərdən 10 km uzaqda yerləşən buzluq-mağaraya - "Əbədi buzluq krallığı" muzeyinə səfər etsin. Hətta yayda belə burada mənfi temperatur saxlanılır, bu səbəbdən, bütün ekspozisiyaya baxmaq üçün özünüzlə isti əşyalar götürmək tövsiyə edilir.

Biz Yakutsk haqqında sizləri, çox güman, təəccübləndirəcək bir neçə maraqlı fakt topladıq.

1. Yakutsk - Sibirin ən qədim şəhəridir. O, Novosibirskdən 261 il, İrkutskdan isə 29 il böyükdür.

2. Yakutsk - qəti kontinental iqlimi olan şəhərin klassik nümunəsidir. Yanvarda orta temperatur - təxminən -40 °С, lakin -60 °С qədər də düşə bilər. Bununla yanaşı yayda şəhər +40 °С-dək isinə bilər. Beləliklə, illik temperaturların amplitudası burada 100 °С yaxındır.

3. Mənfi hava şəraitlərinə görə Yakutsk aeroportunu tez-tez təyyarələrin qəbulu üçün bağlayırlar.

4. Yakutskda, demək olar ki, qədim abidələr yoxdur, lakin şəhərin inqilabdan öncəki görünüşünə "Qədim şəhər" kvartalında baxmaq olar. Burada sizləri XIX əsrin yaşayış və inzibati binaların surətləri gözləyir, onlar güclü yanğından sonra foto-şəkillər və rəsmlər əsasında bərpa edilmişdi.

5. Yakutiyada milli idman növü mövcuddur - mas-restlinq, o artıq bütün dünyanı fəth etdi. Yarışmalar necə keçir: iştirakçılar biri-birinin qarşısında oturaraq, ayaqlarını taxtaya dirəyir və qısa taxta parçasını çəkişdirirlər, beləliklə də müxtəlif əzələ qruplarını işə salırlar. 2014-cü ildən Yakutskda mas-restlinq üzrə Dünya çempionatı keçirilir.

6. İctimai nəqliyyatdan Yakutskda yalnız avtobuslar və marşrut taksiləri mövcuddur. Şəhərdə dəmiryol nəqliyyatı nəzərdə tutulmayıb, bu səbəbdən Moskvadan gələn qatar sizi yalnız Nijni Bestyax stansiyasına qədər çatdıracaq, bu da Yakutskdan 30 km məsafədədir.

7. Yakutskda dünyada yeganə varqan musiqisi (xomus) muzeyi yerləşir, burada dünya xalqları musiqi folklorunun misilsiz relikt alətləri toplanılıb - 1700-dən çox xomus və ona bənzər alət.

8. Yakutsku tez-tez "ayaqlı şəhər" adlandırırlar, çünki daimi buzluq şəraitlərinə görə evlərin əksər hissəsi təxminən 6 m dərinliyə qazınan dirəklər üzərində tikilib. Bu onun üçün edilib ki, tikililər torpağı isindirməsin və ev dayanıqlılığını itirməsin.

9. Yakutskda görmə qabiliyyətini itirmiş və pis görən insanlar üçün kitabxana var (1967-ci ildə yaradılıb). O, istifadəçiləri istənilən əlverişli daşıyıcıda və istənilən formatda kitablar ilə təmin edir. Bugün 2000-dən çox oxuyucu onun xidmətlərindən istifadə edir.

10. Yakutskun mərkəzində Rusiya tarixinin və elminin məşhur abidəsi yerləşir - 116,6 m dərinlikdə Şergin mədəni. Bu mədəni 1827-ci ildə tacir Fyodor Şergin Kulakovski küçəsində yerləşən evinin həyətində qazmağa başladı. Bu mədəndə dünyada ilk dəfə çoxmetrlik dərinlikdə dağ süxurlarının mənfi temperaturu ölçülmüşdü.

Yakutsku haqqına görə Rusiyanın Şimal incisi adlandırırlar, o, özündə bir çox sirr və tapmacalar saxlayır, lakin onları açıqlamaq üçün mütləq şəkildə buraya özünüz gəlməlisiniz! Bilirdiniz ki, Sibir bu qədər ucsuz-bucaqsız və çoxşaxəlidir?

[}item{]

[} popup.content {] [} popupNotification.content {]