Bu tikan yol kənarlarında bitir - görünüşcə adi bir alaq otudur, bənövşəyi kürəvari hamaşçiçəklərinə görə asanlıqla tanınır və olduqca şeytanqanqalına bənzəyir. Bu tikanın alaqanqal - müalicəvi xüsusiyyətlərinə görə möcüzəvi və bugün ən populyar və faydalı bitkilərdən biri - olduğunu bilməsək, yanından düz keçərdik!
Şeytanqanqalının bacısı
Adi alaqanqal (Silybum marianum - latın dilində), və ya marian şeytanqanqalı, mürəkkəbçiçəklilər fəsiləsinə aiddir. Yarpaqlarının üzərində olan ağ ləkələrə görə asanlıqla seçilən şeytanqanqalı növüdür. Gözəl bir əfsanəyə görə, bu ağ ləkələr - ana südü damcılarıdır: Müqəddəs Məryəm körpə İsaya süd verərkən, onun döşündən yerə bir neçə damcı sızdı, və həmin yerdə bu bitki bitdi.
Alaqanqalın vətəni Aralıq dənizi hövzəsi hesab edilir, lakin müxtəlif şəraitlərə uyğunlaşmaq xüsusiyyəti sayəsində bitki bütün dünya üzrə yayıldı. Rusiyada ona Avropa hissəsinin Cənub bölgələrində və Qərbi Sibirin Cənubunda rast gəlmək olar. Alaqanqal təxminən 150 sm hündürlüyə, düz gövdəyə, tünd-yaşıl yarpaqlara və 5 sm qədər diametrdə səbətlərə toplanmış hamaşçiçəklərə malikdir. Bu bitki adətən alaqlı yerlərdə, biyabanlıqlarda, məndəcər torpaqlarda, yığınlarda, yol kənarlarında bitir, və yayın ortalarından payıza qədər çiçək açır.
Müalicəvi məqsədlərlə alaqanqalı hələ Qədim Yunanıstanda və Romada istifadə edirdilər - zəhərli heyvanların dişlədiyi yerləri müalicə etmək üçün, qaraciyər, öd kisəsi xəstəlikləri və hətta melanxoliya zamanı. Müasir tibb bitkinin qaraciyər və öd kisəsi xəstəlikləri zamanı təsirini təsdiqləyir və bunu bitkinin misilsiz kimyəvi tərkibi ilə izah edir.
Faydalı maddələr ilə zəngindir
Alaqanqal – bioloji fəal maddələr xəzinəsidir: onun tərkibində hüceyrələri oksidləşmə stressindən müdafiə edən və kapilyarları möhkəmləndirən flavonoidlər, orqanizmi dezinfeksiya edən qatranlar, ağrıkəsici təsir göstərən alkaloidlər, orqanizmin dayaq-hərəkət sistemini dəstəkləyən zülal, orqanik turşular, seliklər, E, D, K, B vitaminləri, bor, dəmir, kalium, manqan, sink, yod, maqnezium kimi minerallar mövcuddur.
Lakin alaqanqalın tərkibində olan ən dəyərli maddə – silimarin maddəsidir (ən güclü antioksidantlar-flavonoliqnanlar kompleksi: silibin, silikristin, silibinin, silidianin). Bu maddəyə təbiətdə olduqca nadir hallarda rast gəlmək olar və o, güclü hepatoprotektor təsir göstərir: qaraciyər toxumalarında azad radikalları neytrallaşdırır, qaraciyər hüceyrələrinin -hepatositlərin - müdafiə edilməsinə və təbii yenilənməsinə səbəb olur, iltihabların yaranmasının qarşısını alır.
Müalicəvi xüsusiyyətlərə bitkinin kökləri və yarpaqları, həmçinin toxumları (onlardan yağ hazırlayırlar) malikdir. Yağın sıxılması zamanı həmçinin cecə əmələ gəlir - bağırsaq xəstəlikləri zamanı kömək edən, qida lifləri ilə zəngin tozabənzər maddə.
Orqanizmə necə təsir göstərir
Alaqanqal faydalarının zəngin siyahısını bildikdən sonra, siz artıq onun yanından düz keçə bilməyəcək və dəqiq ona fikir verəcəksiniz. Biz Siberian Wellness-də çoxdan ona diqqət yetirmişik və bu təbii hepatoprotektoru qaraciyərin xronobioloji müdafiəsi kompleksinin – "Sinxrovital IV" tərkibinə daxil etmişik.
Alaqanqal, ənginar və baykal başlıqotu hepatoprotektor bitki cövhərləri əsasında ikifazalı kompleks qaraciyəri dəstəkləyir: hüceyrələri müdafiə etməyə və onların bərpasını aktivləşdirməyə kömək edir, yumşaq detoks-təsiri təmin edir və orqanizmimizin bioloji ritmlərinə uyğun olaraq öd axınını yaxşılaşdırır.
Sibir ənamları haqqında daha çox öyrənmək istəyirsinizsə, Kitabımızı oxuyun - burada siz çoxlu faydalı və maraqlı məlumatlar tapacaqsınız.