personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
12
sentyabr

Tıva Respublikası: Rusiyanın təbii möcüzəsi

Rusiyanın ən əsrarəngiz və bənzərsiz bölgələrindən birində gözəlliyi və zənginliyi ilə valeh edən inanılmaz müxtəlif təbiətin yer aldığı haqqında fəsil...

Ucsuz-bucaqsız Sibirin subyektləri haqqında bəhs etməyə davam edirik, və bugün Tıva Respublikasının təbiəti haqqında danışacayıq.

Sibir və Mərkəzi Asiyanın sərhədində yerləşən Tıva eyni zamanda iki bölgənin xassələrini özündə cəmləşdirir və öz gözəl mənzərələri ilə tanınır - uca, başları qar papaqları ilə örtülmüş dağlardan və əsrarəngiz meşələrdən hədsiz göllərə və bərəkətli çöllərə qədər. Burada çoxlu sayda müalicəvi bulaqlar və təbii abidələr toplanılıb. Lakin Tıva təbiəti sadəcə mənzərələr və obyektlər toplusu deyil, canlı bir ekosistemdir, burada hər bir element öz misilsiz rolunu yerinə yetirir.

Bu möhtəşəm dağlar!

Dağlıq ərazi Tıvanın əsas xassəsidir. Respublika ərazisinin təxminən yarısını yüksək dağlıq ərazilər və dağlar silsilələri tutur - nəticədə möcüzəvi mənzərələr əmələ gəlir. Tıvanın şimalında və şərqində 2000-3000 m hündürlükdə zirvələri ilə Sayan dağlarının silsiləsi və qolları yerləşir, qərbində isə - Altay dağlarının silsiləsi və qolları.

Tıvanın ən yüksək zirvəsi olan Monqun-Tayqa (3976 m) qarlı qübbə ilə örtülüb və yerli əhali arasında müqəddəs hesab edilir. Aydın havada o, günəşdə parlayan zirvə kimi görsənir - çox güman, buna görə onun adı tuva dilindən tərcümədə "gümüş dağ" deməkdir. Tıvada daha bir müqəddəs dağ Kızıl-Tayqa dağıdır - Qərbi Sayanda ən yüksək dağ zirvəsi (3121 m). Tuvalılar onu "meşə ilə örtülmüş qırmızı dağ" adlandırır - çox güman, ona görə ki, onun yamaclarında qırmızı qaraşam ağacı bitir, lalələr çiçək açanda isə, dağlar al rəngə boyanır.

Doqee dağı, paytaxt olan Kızıl şəhərinin şimalında, Yenisey çayının sağ sahilində yerləşən respublikanın əsas diqqətəlayiq yerlərindən biri hesab edilir. Dağın zirvəsindən möcüzəvi mənzərələr açılır: Böyük və Kiçik Yeniseyin qovuşması, Qərbi Sayanların zirvələri, Kızılın panoraması. Yerli əhali əzəldən dağa ehtiramla yanaşır və hesab edirdilər ki, bu zirvəyə qalxmaq insanı ruhlandırır və mənfi fikirlərdən azad edir.

Nəbati simfoniya

Meşəni əminlik ilə respublikanın əsas xəzinəsi adlandırmaq olar - o, ümumi ərazinin 8 milyon hektardan çox sahəsini tutur. Tıvanın iqlimi özündə kontinental və dağlıq iqlimlərin xassələrini birləşdirir, və bu, ən müxtəlif ekosistemlərin olması üçün mükəmməl şəraitlər yaradır.

Respublikanın qərbində qaraşam və şam ağacları kimi iynəyarpaq ağaclardan ibarət tayqa meşələrinə rast gəlmək olar. Onlar yerli əhalini dəyərli tikinti materialları ilə təmin etməklə yanaşı, bir çox heyvanlar üçün sığınacaq rolunu oynayır. Şərqdən bu meşələrə açıq iynəyarpaqlı meşələr və çöl ekosistemləri birləşir, burada yovşan və rodiola kimi, vitaminlər və mikroelementlər ilə zəngin bu bölgəyə xas otlar bitir. Bu bitkilər tuvalılar tərəfindən qədim zamanlardan bəri istifadə edilir, və onların bir çoxu müalicəvi xüsusiyyətlərə malikdir.

Tıva öz yüksək dağlıq tundraları sayəsində misilsizdir - bu qoruq ərazilərinə kiçik tozağacı kimi alçaqboylu kolluqlar, mamır və şibyələrin müxtəlif növləri daxildir. Sərt iqlim şərtlərinə baxmayaraq, bitkilər olduqca gözəl massivlər əmələ gətirir və ətraf mühitə çox yaxşı uyğunlaşır. Cəmi Tıvada təxminən 15 000 növ bitki bitir, və təxminən 40 növ yalnız respublika ərazisində bitir və Qırmızı kitaba salınıb (zöhrəçiçəyi, miləmil süsən, kiçik zanbaq və s.).

Su sərvətləri

Tıva su ehtiyatları ilə zəngindir - çaylar, göllər, yeraltı sular, yüksək dağlıq buzlaqlar və müalicəvi bulaqlar. Cəmi respublikada 2000-dən çox çay və təxminən 6720 göl var. Rusiyanın ən iri və gözəl çaylarından biri olan Yenisey məhz bu yerlərdə başlayır. Çay öz əzəməti ilə cəlb edir, onun sahilləri isə sonsuz-bucaqsız meşələrin keşiyində durur - burada möhtəşəm mənzərələr ilə yanaşı, nadir heyvanlara da rast gəlmək olar.

Tıvanın gölləri təbiətin əzəmətinə öz töhfəsini qatır: onlar, aynalar kimi, hədsiz səmanı və dağları əks edir, dinclik və ahəng ab-havasını yaradır. Tuva hövzəsinin ən dərin və böyük şirin gölü olan Çaqıtay Kızıl şəhərindən 70 km cənubda, dəniz səviyyəsindən 1005 m hündürlükdə yerləşir. Əzəli gözəlliyin və saflığın həqiqi mücəssəməsi: sakit günəşli havada su o qədər şəffafdır ki, 3-4 metr dərinlikdə olan daşlar belə görsənir. Bu yer həm turistlər, həm də balıqçılar arasında məşhurdur: bu sularda yaz (leuciscus idus), durnabalığı, peled, çapaq, çəki, xarius, yelets balıqlarına rast gəlmək olar.

Duz-Xol (Svatikovo) gölü - vacib təbii abidə və ən populyar duzlu göllərdən biridir. Suyun tərkibinə görə bu göl məşhur Ölü dənizi xatırladır. Su duzlar ilə zəngindir, buna görə də hesab edilir ki, burada müalicə dayaq-hərəkət aparatı və dəri xəstəlikləri zamanı kömək edir. Daha öncə göl Svatikovo adlanırdı - bu sahillərdə duz hasilatı ilə məşğul olan sənayeçi adına görə.

Durgen şəlaləsini Tıvanın qeyri-adi incisi adlandırmaq olar - o, Tann-Oola dağlar silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir və Durgen dağ çayının coşqun sularından əmələ gəlir. Bu məkanın gözəlliyi rəssam əsəri olmağa layiqdir, həmçinin o insana, meşələrdə qərq olunan nəhəng qayaları, Durgen kanyonunda sularını axıdan sürətli çayı seyr edərkən, təlaşı unutdurur.

Bəs siz Tıva təbiəti haqqında nə düşünürsünüz? Bizim fikrimizcə, o, misilsizdir!
Bir gün hər kəs Tıvanın bənzərsizliyini və gözəlliyini öz gözləri ilə görmək üçün onun fəzalarına səyahət etməlidir!

[}item{]

[} popup.content {] [} popupNotification.content {]