Sibirin hədsiz fəzalarında, dağ yamaclarının, çəmənliklərin və çayların əhatəsidnə möcüzəvi bitki bitir - qəpikotu. Bu, əsrlər boyu insanlara xəstəliklərin öhdəsindən gəlməyə kömək edən, həqiqi bir təbiət ənamıdır. Bu bitkinin misilsiz tərkibi və təsirinin geniş spektri onu həm xalq təbabəti, həm rəsmi tibb üçün dəyərli edir. Onunla daha yaxından tanış olaq.
Təbiətin yaşıl "şirinliyi"
Qəpikotu (lat. Hedysarum) - paxlakimilər (Fabaceae) fəsiləsinə aid otşəkilli və ya, daha nadir hallarda, kolşəkilli bitkilər cinsidir. Onun latın adı - Hedysarum - yunan hedys ("şirin") və aroma ("ətir") sözlərindən əmələ gəlib, və bu, bitki çiçəklərinin xoş ətrə malik olduğunu göstərir.
Bu, hündürlüyü 20 sm-dən 1,5 m-ə qədər olan, düz və ya şaxəli gövdəyə malik bitkidir. Yarpaqları mürəkkəb tək lələkvaridir, bir neçə cüt oval və ya neştərəoxşar yarpaqdan ibarətdir. Çiçəklər salxımşəkilli hamaşçiçəklərə toplanılıb və çəhrayı, bənövşəyi, fırfır və ya ağ rəngdə ola bilər. Meyvələri - yetişdikdə ayrı-ayrı "qəpiklərə" bölünən bir neçə buğumdan ibarət paxlalardır.
Bu cinsə 150 növə yaxın bitki daxildir, və onların bir çoxu faydalı xüsusiyyətlərə malikdir. Qəpikotu Şimali yarımkürənin mülayim və soyuq iqlimli bölgələrində yayılıb. Rusiyada təxminən 50 növünə rast gəlmək olar, və onların bir çoxu Sibirdə və Uzaq Şərqdə bitir. Bəzi növlər, misal üçün, Turçaninov qəpikotu Qırmızı kitaba daxil edilib.
Sibir qəpikotu növləri və onların gizli gücü
Sibirdə qəpikotu növlərinə müxtəlif inzibati bölgələrdə rast gəlmək olar: Altay diyarı, Altay Respublikası, Krasnoyarsk diyarı, Xakasiya, Tıva, İrkutsk vilayəti. Onlar çəmənliklərə və dağ yamaclarına, çayların və göllərin kənarlarına, neytral və ya az turşuluğa malik torpaqlara üstünlük verirlər. Qəpikotu növləri müxtəlif məqsədlər ilə istifadə olunur - həm müalicəvi, həm yem, həm də dekorativ bitki kimi.
Ən çox yayılan növlər arasında:
Müalicəvi məqsədlər üçün ən çox yığılan - unudulmuş qəpikotu, və ya yeraltı hissəsinin rənginə görə "qırmızı kök" adlanan bitkidir. Bitki, müalicəvi təsirini təmin edən bioloji aktiv maddələr kompleksinə malikdir:
1. Flavonoidlər (kversetin, kempferol) - damar divarını möhkəmləndirir, mikrosirkulyasiyanı yaxşılaşdırır, iltihab əleyhinə təsir göstərir.
2. Ksantonlar (mangiferin, izomangiferin) - iltihaba səbəb olan sitokinlərin ifrazının və virusların replikasiyasının qarşısını alan, immuniteti möhkəmləndirən güclü antioksidantlar. Neyronları oksidləşmə stressindən müdafiə edərək, neyroprotektor təsirə malikdirlər.
3. Polisaxaridlər - immun sisteminin fəaliyyətini yaxşılaşdırır, viruslar əleyhinə fəallığa malikdirlər.
4. Kumarinlər (umbelliferon) - yüngül spazmolitik təsirə malikdir, trombların yaranmasının qarşısını alırlar.
5. Saponinlər - vəzilərin sekresiyasını stimullaşdırır, bu səbəbdən də, soyuqdəymələr zamanı bəlğəmgətirən vasitə kimi istifadə edilə bilər, sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırır, stresslərə qarşı dözümlülüyü artırırlar.
6. Proantosianidinlər - toxumaların bərpasına səbəb olurlar.
7. Amin turşuları və mikro-elementlər (selen, sink, manqan) - mübadilə proseslərini və immuniteti dəstəkləyirlər.
Qəpikotu sağlamlığı necə qoruyur
Zəngin tərkibi sayəsində qəpikotu sağlamlığa çoxtərəfli müsbət təsir göstərir.
1. İmmunitetin möhkəmləndirilməsi
Ksantonlar və flavonoidlər, interferon ifrazını stimullaşdıraraq, orqanizmin viruslara və bakteriyalara qarşı müqavimətini artırırlar. Birbaşa viruslar əleyhinə təsir göstərir, onların replikasiyasının qarşısını alırlar.
2. Adaptogen təsir
Qəpikotu stressi, fiziki və zehni yüklənmələri daha asan keçirtməyə kömək edir, bu da onu jenşenin təbii analoqu edir.
3. Ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır
Flavonoidlər kapilyarları möhkəmləndirir, mikrosirkulyasiyanı və toxumaların qidalanmasını yaxşılaşdırır, ateroskleroz təhlükəsini azaldırlar.
4. İltihablar və bakteriyalar əleyhinə təsir
Kökün cövhərini sidik-tənasül sisteminin infeksiyaları zamanı (həmçinin kişilərdə prostatit zamanı) istifadə edirlər.
5. Hemoqlobin səviyyəsinin artması
Qəpikotu anemiya zamanı faydalıdır, çünki dəmirin mənimsənməsini yaxşılaşdırır.
6. Qaraciyərin müdafiəsi
Bitkinin tərkibindəki antioksidantlar qaraciyər hüceyrələrinin detoksikasiyasına və bərpasına səbəb olurlar.
Qəpikotu kökü „İstoki çistotı“ (orqanizmin kompleks təmizlənməsi üçün dəst) məhsulunun tərkibinə daxildir: o, immun sistemin fəaliyyətini aktivləşdirməyə kömək edir.
Bitki cövhərləri, vitaminlər və minerallar əsasında kompleks hüceyrələr və hüceyrələr arası mühit səviyyəsində dərindən təmizlənməni və antioksidant müdafiəni təmin edir.
Sibirdə kiçik və gözə çarpmayan, lakin bu qədər dəyərli olan qəpikotunun bitdiyini bilirdinizmi?