personal
Əsl Sibir ilə bizim bloqumuzda tanış ol!
Altay, Baykal və Yakutiyanın sonsuz vüsətləri üzrə maraqlı səyahətə yola düş. Misilsiz təbiət ilə tanış ol və sərt əsrarəngiz Sibirin tarixinə baş vur!
14
noyabr

Sibir ənamları: yonca

Çəmənliklərin və talaların təvazökar və cazibədar sakini olan bu bitkinin bizim üçün nə qədər faydalar gizlədiyi haqqında fəsil...

Yonca - hər birimizin dəfələrlə qarşılaşdığı bir otdur. Hələ dördyarpaqlı yonca tapsan - mütləq uğur gətirəcək! Uşaqlıqdan olan bu inancı xatırlayırsınız? Amma bu bitki sadəcə uğurun rəmzi deyil, ayaqlarımızın altında bitən həqiqi bir yaşıl aptekdir. Xüsusilə də Sibirdə - burada yonca özünü evindəki kimi hiss edir. Onun haqqında daha çox öyrənək!

Nəbati portret

Yonca (lat. Trifólium) - paxlalılar fəsiləsinə aid, 15-60 sm hündürlüyə və özünəməxsus, adətən nal şəklində açıq rəngdə naxışlar ilə bəzədilmiş, üç hissədən ibarət yarpaqlara malik alçaqboylu otşəkilli bitkidir. Onu, növündən asılı olaraq, çəhrayı, ağ və ya bənövşəyi rəngdə olan və öz şirin şəhdi ilə arıları cəlb edən kürəvi hamaşçiçəklərinə görə asanlıqla tanımaq olar. Rusiyada yonca hər yerdə bitir: çəmənliklərdə, meşə talalarında, yol qıraqlarında və hətta şəhər parklarında. O, əsasən nəm münbit torpaqları sevir, bu səbəbdən də mərkəzi Rusiyada və Sibirdə yonca, sözün əsl mənasında, çiçəklənən xalçalar yaradır.

Sibirdə bu bitkinin bir neçə növünə rast gəlmək olar.

Çəmənlik yoncası (Trifolium pratense) - öz müalicəvi xüsusiyyətlərinə görə məşhurdur və rəsmi olaraq dünyanın bir çox ölkəsində dərman bitkisi kimi tanınıb. Hündürlüyü 60 sm-ə çatır, çiçəkləri tünd-çəhrayı və ya fır-fır rəngdə olur.

Ağ yonca (Trifolium repens) - alçaqboyludur, yerə sərilən zoğlara və ağ çiçəklərə malikdir. Balverən bitkidir, lakin tibbdə daha nadir istifadə edilir.

Beşyarpaqlı yonca (Trifolium lupinaster) - beş hissədən ibarət yarpaqları və çəhrayı-bənövşəyi çiçəkləri ilə fərqlənir. Meşə kənarlarını və çəmənlikləri sevir, lakin müalicəvi məqsədlərlə çox az istifadə edilir.

Zəngin tarixə malik təbii təbib.

Çəmənlik yoncasının müalicəvi xüsusiyyətləri hələ Qədim Çində kəşf edilmişdi - onu podaqra, bağırsaq və qaraciyər xəstəliklərinin müalicəsi zamanı istifadə edirdilər. Qədim yunanlar və romalılar bitkini qanı təmizləmək xüsusiyyətinə görə dəyərləndirirdilər, Orta əsrlərdə isə yoncanı dəri xəstəliklərinin və qadın naxoşluqlarının müalicəsi üçün fəal şəkildə istifadə edirdilər. Qədim Rusda yonca hamaşçiçəklərindən hazırlanan dəmləməni əməliyyat keçirmiş və ya yaralanmış insanlara verirdilər, çünki o tez bir zamanda gücü bərpa etməyə kömək edirdi. Bir müddət sonra müəyyən edilmişdir ki, yonca mis, maqnezium, xrom, kalsium, C, E, K vitaminləri, B qrupu vitaminləri və digər faydalı maddələr xəzinəsidir. Onun tərkibində həmçinin salisil turşusu (aspirin, yadınızdadır?), izoflavonlar (genistein, daydzein və s.) və bioflavonoidlər (kversetin və s.) mövcuddur.

Sadalanmış fəal maddələr yoncanın müasir tibb işçilərinin də müvəffəqiyyətlə yararlandığı müalicəvi-profilaktik təsirini təmin edirlər. Yonca əsaslı vasitələr iltihab əleyhinə, bakterisid, viruslar əleyhinə, bəlğəmgətirən, tərlədici, sidikqovucu, ödqovucu vasitələr kimi tanınırlar. Bunların hamısı kompleks təmizləyici və detoksikasiya təsirini təmin edir. Xalq təbabətində bitkini bronxit, xroniki öskürək, ağrılı menstruasiya, güclü uşaqlıq qanaxmaları, ateroskleroz zamanı tətbiq edirlər.

Yoncanın əsas təsiredici maddələrindən biri izoflavonlardır (genistein, prunetin, formononetin və s.). Onlar - hormonal müvazinəti normallaşdırmağa kömək edən və hormonal pozuntular (PMS, menopauza və ondan öncə dövrü) zamanı qadın orqanizminin vəziyyətini yaxşılaşdıran fito-estrogenlərdir. Onlar həmçinin hepatoprotektor xüsusiyyətlərə malikdir və ürək-damar sisteminə müsbət təsir göstərir, trombların və aterosklerotik piləklərin əmələ gəlməsi ehtimalını azaldır və osteoporoz profilaktikasına səbəb olurlar.

Bitkinin tərkibində digər bioloji cəhətdən fəal maddələrdən ibarət misilsiz kompleks mövcuddur: kumarinlər, flavonoidlər, aşı maddələr, trifolin və izotrifolin qlikozidləri, üzvi turşular (p-kumar, salisil, ketoqlutar), vitaminlər (askorbin turşusu, tiamin, riboflavin, karotin, tokoferol), minerallar (kalsium, maqnezium, dəmir), efir və digər yağlar.

Çoxfunksiyalı köməkçi sağlamlıq keşiyində

Zəngin kimyəvi tərkibi sayəsində yonca insan orqanizminə çoxtərəfli təsir göstərir:

Ürək və damarların sağlamlığının qayğısına qalır - xolesterin səviyyəsini, xəstəliklərin yaranması təhlükəsini azaldır, damar divarlarını möhkəmləndirir.

Qadın sağlamlığını dəstəkləyir - ağrılı və ya olduqca gur menstruasiya zamanı ağrıkəsici kimi təsir göstərir, PMS və klimaks zamanı yüksəlmələri və əhval dəyişkənliyini yumşaldır.

Həzmi yaxşılaşdırır - tərkibindəki flavonoidlər bağırsaq motorikasını stimullaşdırır, maddələr mübadiləsinin normallaşmasına səbəb olurlar, yonca əsasında dəmləmələri qastrit zamanı və iştahanı artırmaq üçün istifadə edirlər.

Öskürəyi yüngülləşdirir - bəlğəmgətirici vasitə kimi təsir göstərir və ağciyər xəstəlikləri, bronxit və soyuqdəymə zamanı istifadə edilir.

Dərini sağaldır - antiseptik vasitə kimi yaraların və irinli iltihabların müalicəsi zamanı istifadə edilir.

Orqanizmi təmizləyir - toksinləri çıxarır, su-duz müvazinətini normallaşdırmağa kömək edir, yüngül sidikqovucu təsirə malikdir.

Ümumi tonusu artırır - yorğunluq ilə mübarizə aparır, canlandırır və gücü bərpa edir.

Yonca otu aşağıdakı Siberian Wellness məhsullarının tərkibinə daxildir:

Baikal Tea Collection seriyasından Yabanı otlardan hazırlanmış fitoçay № 1 (Təmizlənmə və drenaj)
Yonca, kuril çayı (kolşəkilli dazifora) və səna ilə otlar yığımı maye artıqlarını çıxarmağa və toplanmış toksinlərdən qurtulmağa kömək edir.

Növbəti dəfə yolunuzun üstündə yonca görəndə, bilin: qarşınızda - uğur rəmzi ilə yanaşı, həmçinin, dəyərli sağlamlıq xəzinəsidir!

[}item{]