Sibir şəhərləri üzrə virtual səyahətimizi davam etdiririk! Biz artıq Novosibirsk və Krasnoyarskı ziyarət etmişik, bugünkü qəhrəmanımız isə -Omsk şəhəridir! Bu, özünəməxsus xasiyyətə malik şəhərdir - burada aram-aram İrtış çayı axır, şəhərin hər bir kərpici isə sanki tarix ilə nəfəs alır. Çox güman, bu məqalədən sonra siz hər şeyi öz gözlərinizlə görmək və ən sərt qışları olan şəhərin isti qonaqpərvərliyini sınamaq istəyəcəksiniz.
Qaladan paytaxta
Omsk Qərbi Sibirin ürəyində yerləşən şəhərdir - Avrasiya mərkəzində olaraq, o, keçmişi və bugünü birləşdirir. Tarixi baxımdan bu yer vacib nəqliyyat və ticarət mərkəzidir. Bugün Omsk bölgənin iri sənaye və mədəni mərkəzidir.
Bu şəhəri heç də cavan lovğa adlandıra bilməzsən. Onun ərazisində hələ 14 min il öncə qədim ovçu və balıqlçı tayfaları yaşayırdı. Rəsmi ad gününü isə şəhər 1716-cı ildən, Omsk qalasının təməli qoyulandan bəri qeyd edir. Məkan mənalı şəkildə seçilmişdi - Om və İrtış çaylarının qovuşduğu yerdə. Qala böyüyür və möhkəmlənirdi, və XIX əsr üçün ölkənin şərqində ən güclü qala olmaqla yanaşı, həm də paytaxt oldu! 1822-ci ildə Omsk Qərbi Sibirin paytaxtı adını aldı.
Lakin bu hələ hamısı deyildi! Vətəndaş müharibəsinin fırtınasında, 1918-ci ildən 1919-cu ilə qədər, Omsk Ağ ordunun istinadgahı olaraq, bütün Rusiya dövlətinin paytaxtı oldu.
Böyük Vətən müharibəsi zamanı Omsk xüsusi rol oynamışdı. Ölkənin ən vacib arxa cəbhə mərkəzlərindən biri olaraq, o, zavodların və konstruktor bürolarının məskəni oldu. Bu hal şəhərin müharibədən sonra inkişafının təməli oldu: şəhər əmin addımlarla sənaye nəhəngi kimi inkişaf edirdi, 1950-ci illərdə isə neft emalı sənayesinin mərkəzi oldu.
Omsk qızılının sirri
1919-cu ildə Kolçak ordusu geri çəkildikdə, Omskda, qızıl külçələri və cəvahiratlar dolu bir neçə eşelon qatarı daxil olmaqla, Rusiya imperiyası qızıl ehtiyatının bir hissəsi yerləşirdi. Bu xəzinənin əksər hissəsi əbədi olaraq itirilib. Həmin dövrdən bəri şayiələr yaranıb ki, ağqvardiyaçılar bu sərvətin bir hissəsini Omskda gizlədiblər. Bu hekayə hələ də xəzinə axtarışları ilə məşğul olan insanlarda maraq oyadır.
Təzadlar şəhəri: Dostoyevskidən santexnika ustası Stepanıça qədər
Omsk hər zaman qonaqları böyük sevinclə qarşılayırdı, hətta çox da istənilməyənləri. Buraya arzu edilməyən şəxsləri sürgün edirdilər, və ən məşhur "qonaq" Fyodor Mixayloviç Dostoyevski idi. Doğrusu, yazıçının özü şəhərə olan hisslərini, yumşaq desək, olduqca həvəssiz ifadə edirdi. Buna baxmayaraq, burada universitet, kitabxana və küçə onun şərəfinə adlandırılıb.
Bir də Omskda xalqın sevimlisi də var - sanki indicə lyukdan çıxmış santexnika ustası Stepanıçın abidəsi. Bu ürəkaçan abidə çoxdandır ki, turistlərin cazibə mərkəzinə və foto-obyektinə çevrilib.
Omsk haqqında maraqlı faktlar
1. Kosmik adaş Asteroid qurşağının bir yerində qürurla Omsk adını daşıyan 3406 nömrəli, diametri 15 km olan nəhəng bir daş parçası var. Bu şəhərin şəxsi asteroidi var!
2. Yarımçalarları olmayan iqlim Omskda mövsümi temperatur dəyişiklikləri çox böyük ola bilər, rekord həddə çatan istilik və şaxta temperaturları müvafiq olaraq +40°C və -45°C təşkil edir.. Əsl Sibir möhkəmliyi!
3. Sibir genişliyi. Omsk vilayətinin ərazisi 141 min km²-dən artıqdır - bu, Yunanıstanın ümumi sahəsindən bir qədər çoxdur! Lakin, bu Rusiyanın ümumi ərazisinin cəmi 0,82%-ni təşkil edir.
4. Çoxmərtəbəli binaları olmayan şəhər. Omsk Rusiyanın ən "alçaqboylu" milyonçu-şəhəridir. Burada 12 mərtəbədən hündür çox az bina var, lakin rahat şəxsi evlər çoxdur, bu da xüsusi, paytaxta bənzəməyən rahatlıq yaradır.
Omsk - geniş ürəyə və zəngin ruha malik şəhərdir. Öz misilsiz hekayələri olan zəhmətkeş şəhər, şəhər-mədəniyyətşünas. O, heç kəsə bənzəməyə çalışmır, bu da onun əsas xassəsidir.