Sibir - hər bir otun öz hekayəsini pıçıldadığı hədsiz yaşıl bir okeandır. Bütün bu ehtişamın içində nəbati aləmin əcaib nümayəndələrinə də rast gəlmək olar - misal üçün, tarla qatırquyruğu, təvazökar, lakin əsrarəngiz "meşə dinozavrı". Onun tin-tin gövdələrində milyonillik sirrlər gizlənir. Onunla daha yaxından tanış olmağı təklif edirik.
Əsrlər boyu yaşamış və tibbi fəth etmiş
Tarla qatırquyruğu (Equisetum arvense) - tarixdənəvvəlki dövrdən qalmış, Yer üzündə olan ən qədim bitkilərdən biridir. Bu çoxillik bitki Qatırquyruqları fəsiləsinə aiddir. Onu, balaca şam ağaclarını xatırladan özünəməxsus boğumlu gövdələrinə görə asanlıqla tanımaq olar. Bitki, ona quraqlıq zamanı həyatda qalmağa kömək edən uzun sürünən kökümsova və iki cür gövdəyə malikdir: yaz mövsümündə - çəhrayı, budaqlanmayan, 25 sm-ə qədər hündürlükdə, və yayda - yaşıl, budaqlanan, barsız, 30-50 sm-ə qədər hündürlükdə.
Qaytırquyruğuna, səhraları və Uzaq Şimalı çıxmaq şərtilə, Rusiyanın bütün ərazisində rast gəlmək olar; o, əsasən, meşə talalarında, çay kənarlarında, yarğanlarda, qumluq və nəm torpaqlarda, baxımsız tarlalarda, çəmənliklərdə, yol qıraqlarında bitir.
Təvazökar görünüşünə baxmayaraq, tarla qatırquyruğu hələ İbn Sina dövründən bəri istifadə edilən misilsiz müalicəvi xüsusiyyətlərə malikdir. Bugün bitki rəsmi tibb tərəfindən tanınır və əsasən sidikqovucu, iltihabəleyhinə və ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.
Təbii fayda konsentratı
Qatırquyruğunun müalicəvi gücünün sirri onun misilsiz tərkibindədir - burada silisium turşusu xüsusi yer tutur. O, üzvi birləşmələr ilə bağlı həll oluna bilən formadadır və mahiyyətinə görə silisiumun bioloji cəhətdən əlverişli formasıdır və insan orqanizmində vacib rol oynayır. Qatırquyruğunun tərkibinə daxil silisium birləşmələri, ilk növbədə, birləşdirici toxumaların strukturunun saxlanması üçün zəruridir, bu səbəbdən onları əsl sağlamlıq memarları adlandırmaq olar. Onlar kollagen ifrazını stimullaşdırır, sümük toxumalarını möhkəmləndirir, oynaqların hərəkətliliyinə görə cavab verir, damarların elastikliyini və dərinin cavanlığını saxlayırlar. Silisium həmçinin təbii detoks-agent kimi fəaliyyət göstərir, orqanizmə ağır metalları (xüsusilə də qurğuşun və alüminiumu) bağlayıb çıxarmağa və böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını almağa kömək edir. Silisium immun müdafiə üçün zəruridir. Bunların hamısı qatırquyruğunu orqanizmimiz üçün əvəzolunmaz köməkçi edir.
Bitkinin tərkibinə antioksidant və iltihablar əleyhinə xüsusiyyətlərə malik flavonoidlər (kversetin, lüteolin), saponinlər (sidik ifrazını gücləndirir və öskürək zamanı kömək edirlər), orqanik turşular (alma, akonit, qliserin), aşı maddələr, vitamin C, minerallar (kalium, kalsium, maqnezium, dəmir) daxildir.
Super qabiliyyətlərə malik yaşıl loğman
Bugün tarla qatırquyruğu geniş spektrə malik təsiri sayəsində həm xalq təbabətində, həm də rəsmi tibbdə tətbiq edilir. Əsas terapevtik xüsusiyyətlər:
Sidikqovucu - müxtəlif mənşəli şişkinlik sindromunun kompleks terapiyası zamanı tətbiq edilir (böyrəklərin fəaliyyətinin pozulması, xroniki ürək çatışmazlığı).
İltihab əleyhinə - sidik kisəsinin və sidik yollarının iltihab prosesləri zamanı təsirlidir (sistit, uretrit, prostatit).
Antioksidant - yaşlanmanı ləngidir, damarları müdafiə edir.
Qansaxlayan - uşaqlıq və hemorroidal qanaxmalar zamanı tətbiq olunur.
Yara sağaldıcı - yaraların, xoraların və çatların sağalmasını sürətləndirir.
Ümumi möhkəmləndirici - immuniteti gücləndirir, toksinləri çıxarır (həmçinin qurğuşunu). Təbii silisiumun əsas mənbələrindən biridir.
Təəccüblü deyil ki, özündə sadəliyi və müalicəvi xüsusiyyətləri birləşdirən bu cür bitki Siberian Wellness məhsullarının tərkibinə daxildir.
Misal üçün, Baikal Tea Collection seriyasından Yabanı otlardan hazırlanmış fito-çay № 7 (Hərəkət yüngüllüyü) (tarla qatırquyruğu otu).
Qatırquyruğu, gördəvər, mərcangilə və qarağat əsasında təbii bitki yığımı birləşdirici toxumalarda su-duz müvazinətini normallaşdırır, bərpanı sürətləndirir və metabolik məhsulların mənfi təsirini azaldır.
Məhsulun tərkibindəki qatırquyruğu iltihab əleyhinə təsir göstərir, oynaq toxumalarının duz çöküntülərindən təmizlənməsinə səbəb olur, şişkinliyin öhdəsindən gəlməyə kömək edir.
Siz bilirdiniz ki, bu təvazökar bitkinin gövdələrində sağlamlıq üçün faydalı bir aptek gizlənir?