personal
Əsl Sibir ilə bizim bloqumuzda tanış ol!
Altay, Baykal və Yakutiyanın sonsuz vüsətləri üzrə maraqlı səyahətə yola düş. Misilsiz təbiət ilə tanış ol və sərt əsrarəngiz Sibirin tarixinə baş vur!
18
dekabr

Tümen: maraqlı faktlar

Tümenin hər kəsi təəcübləndirəcək, valeh edəcək və hər kəsin ürəyində həmişəlik qalacaq bir şəhər olduğu haqqında fəsil...

Sibirin gözəl məkanlarına səyahətlərimizi davam etdiririk, və bugün bizi qeyri-adi bir şəhər gözləyir. O, şaxtalar və soyuq ilə deyil, termal bulaqların istiliyi və günəş işığı ilə assosiasiya edilir. Bu şəhərdə tarix küçələri gəzir, körpülər romantikanı anlayır, pişiklər isə bürünc qəhrəmanlara çevrilir. Bunların hamısı Tümen haqqındadır - ən gözlənilməz, qonaqpərvər və xoşbəxt şəhər; Rusiyanın bir zamanlar qüvvətli Sibir torpaqlarının ərazisinə yayılması məhz bu şəhərdən başlayıb.

Ümumi faktlar

Tümen - sadəcə şəhər deyil, Tura çayının sahillərində məskunlaşan Qərbi Sibirin strateji mərkəzidir. Bugün 800 min nəfərdən çox əhalisi olan bu şəhər iri, dinamik inkişaf edən meqapolisdir, burada biznes-mərkəzlərin şüşəsi və betonu qədim evlərin oyma bənd qapıları ilə ahəngdar şəkildə uyğunlaşır. Misilsiz dördsəviyyəli bulvar şəhərin vizit kartı hesab edilir - o, çoxsəviyyəli tortu xatırladır, lakin hər bir səviyyəsində krem əvəzinə - rəsm əsəri olmağa layiq mənzərələr.

Tümen öz isti bulaqları ilə məşhurdur, lakin asudə vaxtlarını mədəni şəkildə keçirmək istəyənləri də sevindirəcək - şəhərdə bir çox maraqlı muzey, teatr və qeyri-adi art-obyektlər var. Niyə hər kəsin bircə dəfə də olsa Tümeni ziyarət etməli olduğu haqqında danışaq!

Tümenə ilk baxışdan aşiq olmaq üçün 10 səbəb

1. Sibir şəhərlərinin əcdadı
Tümen Sibirin ilk rus şəhəridir. Onu 1586-cı ildə qurublar, və bu nöqtədən Sakit okeana qədər Sibir torpaqlarının Rusiya ərazisinə birləşdirilməsi başladı. Bundan əvvəl burada Sibir xanlığının paytaxtı Çingi-Tur yerləşirdi.

2. Gerçəkləşən peyğəmbərlik
"Rusiyanın qüdrəti Sibir vasitəsilə artacaq..." - Mixayil Lomonosovun bu sözləri Tümen vilayətinin gerbində həkk edilib. Həmçinin onun üzərində gəmi şəkli də var - əvvəllər şəhəri ölkənin ucqar guşələri ilə bağlayan çay yollarına verilən dəyər rəmzi olaraq. Axı alim düz deyirdi! Bugün bu bölgə ölkənin iqtisadiyyatına böyük töhfə qatır.

3. Xoş bir hədiyyə ola biləcək pryanik
Tümen pryaniki sadəcə bir şirniyyat deyil, misilsiz reseptlərə malik yerli mədəniyyətin yeməli bir parçasıdır. Xatirələrdə deyil, ağızda əriyən mükəmməl suvenir.

4. Hissləri qıfıl altında saxlayan Sevgililər Körpüsü
Tura çayı üzərindən piyada körpüsü şəhərin ən gözəl körpülərindən biridir. İnanca əsasən, sevgililər bu körpünün sürahisinə qıfıl bağlayıb, açarını suya atsalar, onlar əbədi birlikdə olacaqlar. Gecə işıqlandırması isə körpünü əsl nağıla çevirir.

5. Qəhrəman pişiklər
Tümenin ən riqqətli abidələrindən biri - Sibir pişikləri bağçasıdır. 1944-cü ildə 200-dən çox Tümen pişiyi Ermitajı siçovullardan xilas etmək üçün mühasirədə olan Leninqrada göndərilmişdi. Bu hadisənin xatirəsinə şəhər bağçasında çoxlu sayda bu bığlı qəhrəmanların bürünc heykəlləri qoyulub.

6. Sibirin günəşli paytaxtı
Tümen hərdaim tutqun havalı Sibir haqqında stereotipləri təkzib edir. Bu şəhərdə il ərzində ortalama olaraq 2066 saat günəşli hava olur - bu, Moskvada olandan 500 saat çoxdur. Beləliklə, burada həm ürəyə xoşdur, həm də hava mülayimdir.

7. Dahinin vətəni
Tümen vilayətinin Tobolsk şəhərində Dmitri Mendeleyev dünyaya gəlib. O, böyük kimyaçı olmaqla yanaşı, Rusiya neft sənayesinin də banisi olub. Dövrün Sibir əsilli adamı.

8. Teatr-rekordçu
1858-ci ildə təməli qoyulmuş Tümen drama teatrı Rusiyada ən böyük drama teatrı binası ilə qürur duya bilər. 2008-ci ildə onun açılışına Valdimir Menşov özü gəlmişdi.

9. Qaqarin - fəxri vətəndaş
Əfsanəvi uçuşdan cəmi beş gün sonra, 17 aprel 1961-ci ildə Yuri Qaqarina Tümenin fəxri vətəndaşı adı verilmişdi. Maraqlı faxt: Yer kürəsinin ilk kosmonavtı heç vaxt bu şəhərdə olmayıb, lakin Tümen sakinləri bu yolla öz hörmətlərini ifadə ediblər.

10. Xoşbəxt insanlar şəhəri
2012-ci ildə Tümen Rusiyanın ən xoşbəxt şəhərləri üçlüyünə daxil olub. Bu, heç də təəccüblü deyil: günəş, isti bulaqlar, gözəl küçələr, zəngin tarix və dadlı pryaniklər. Xoşbəxtlik resepti - o, dəqiq, buradadır!

Tümen ürəkləri isidir və əsl Sibir möcüzəsi təəssüratı bəxş edir. Bundan əmin olmaq üçün heç olmazsa bircə dəfə buranı ziyarət etmək lazımdır!

[}item{]