Sibirin tarlalarında və meşələrində uşaqlar kimi qaçışmağa və buraların zəngin nəbati aləmini təhlil etməyə davam edirik. Bugün isə aydınlaşdırmaq istəyirik ki, adətən xəndəklərdə, arxlarda və ya yarğanlarda gizlənən hansı cazibədar bitkidir bu belə? Bu, qədim zamanlardan bəri dekorativ görünüşü ilə yanaşı, misilsiz faydalı xüsusiyyətləri ilə də tanınan xəndəkotudur.
Təbiətin məlhəmi
Xəndəkotu (lat. Sýmphytum) - Göyzabankimilər fəsiləsinə aid çoxillik otşəkilli bitkidir. 1,2 metrə qədər hündürlükdə budaqlanan gövdəyə və tünd-yaşıl rəngdə uzunsov iri yarpaqlara malikdir. Yarpaqların əsas xüsusiyyəti odur ki, onları ovxaladıqda yüngül xiyar qoxusu əmələ gəlir. Bitkinin çiçəkləri xırda, boruşəkilli-zəngvaridir, süpürgəvarı hamaşçiçəklərə toplanılıblar. May-iyun aylarında çiçəklənmə zamanı çiçəklər fır-fır, bənövşəyi rənglərdən mavi-bənövşəyi rəngə kimi dəyişir - çiçəkləri antosian ilə boyanmış bir çox göyzabankimilərə xas bir xüsusiyyət.
Xəndəkotu Qərbi Sibirdə, Orta Asiyada və Qazaxıstanın şərq bölgələrində, adətən nəm münbit torpaqlarda, çay qıraqlarında, meşələrdə, kolluqlarda bitir.
Bitki cinsinin elmi adı Symphytum yunan dilindəki symphyton - "bitişmək" - sözündən əmələ gəlir, bu da, çox güman, bitkinin sümük sınıqlarını sağaltmaq qabiliyyəti ilə bağlıdır. Rusiyada cəmi 8 növ xəndəkotu bitir, lakin dərman xəndəkotu (Symphytum officinale) daha çox yayılıb - onun bioloji fəal maddələri iltihabəleyhinə, mirkoblar əleyhinə, büzücü, bərpaedici və qaplayıcı xüsusiyyətlərə malikdirlər.
Uzaq keçmişdən gələn loğman
Xəndəkotu - qədim tarixə malik dərman bitkisidir. Hələ qədim yunan həkimi Dioskorid, sonra isə orta əsrlərdə yaşayan fars alimi İbn Sina bu bitkini yüksək dəyərləndirir və ondan öz həkimlik təcrübələrində istifadə edirdilər. İntibah dövründə xəndəktotu ən məşhur dərman bitkilərindən biri idi: Parasels onu yaraların, xoraların və sınıqların müalicəsi üçün istifadə edirdi. Rus alimləri öz elmi əsərlərində onun iltihabəleyhinə, yarasağaldıcı və bərpaedici təsirlərini vurğulayırdılar.
Dərman xəndəkotunun tərkibində xəzinədolusu bioloji fəal maddələr mövcuddur. Xəndəkotunun əsas xüsusiyyətlərini müəyyən edən ən vacib komponent - allantoinin azotlu birləşməsidir (köklərdə - 0,6-3,75%, yerüstü hissədə - 0,5%). Ümumdünya səhiyyə təşkilatı allantoini yerli büzücü və xarici təsirə malik ağrıkəsici vasitələr siyahısına əlavə edib. Onun sayəsində xəndəkotu iltihabı aradan qaldırır, hüceyrələrin yenilənməsi və toxumaların, həmçinin qığırdaq toxumasının bərpası proseslərini fəallaşdırır.
Bundan savayı, xəndəkotunun köklərində alkaloidlər, iridoidlər, qlikozidlər, steroid saponinlər, üzvi turşular, aşı maddələri, flavonoidlər, çoxlu selik, nişasta, taninlər, asparaginlər, xolin, kumarin, qətranlar, monoterpen qlikozidlər, polisaxaridlər, efir yağı mövcuddur.
Yaraları sağaldan və ağrıları aparan
Müalicəvi məqsədlərlə daha çox bitkinin kökləri istifadə edilir. Xəndəkotu dəmləmələri və cövhərləri iltihabəleyhinə, mikroblar əleyhinə, büzücü, bərpaedici, qaplayıcı və qandayandıran təsir göstərirlər.
Hansı hallarda xəndəkotu xüsusilə təsirlidir:
1. Dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsi zamanı
Tərkibində allantoin və üzvi turşuların yüksək miqdarı sayəsində oynaq xəstəlikləri və zədələr zamanı xəndəkotu əvəzolunmazdır. Xəndəkotu yarpaqlarının və köklərinin cövhərini əzilmələr, çıxıqlar, sərpmələr və sınıqlar zamanı tətbiq edirlər - o, təsirli şəkildə ağrını azaldır, şişkinliyi və iltihabları aradan qaldırır.
2. Dəri ilə problemlər zamanı
Xəndəkotunun tərkibində olan allantoin, üzvi turşular və taninlər dəri toxumalarının bərpasına səbəb olur. Qədim zamanlardan bəri xəndəkotunun "xidmət kitabçasına" ekzema kimi dəri xəstəlikləri, xoralar, travmatik və iltihabi zədələr, çatlar və yaralar daxildir.
3. Həzm orqanları xəstəlikləri zamanı
Bitkinin tərkibində olan selikli maddələr qaplayıcı xüsusiyyətləri ilə tanınır: xəndəkotu dəmləmələri iltihabları, mədə və bağırsaq selikli qişalarının qıcıqlanmasını azaldır.
4. Yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı
Bitkinin tərkibindəki taninlər büzücü xüsusiyyətə malikdirlər, bu isə tənəffüs yollarının selikli qişalarının müalicəsi üçün faydalıdır. Nəzərə çarpan antibakterial təsiri sayəsində xəndəkotundan hazırlanan cövhərlər və dəmləmələr boğaz ağrısını aradan qaldırmağa və tez bir şəkildə sağlamlığı bərpa etməyə kömək edirlər.
Xəndəkotuna bəzi Siberian Wellness məhsullarının tərkibində rast gəlmək olar:
Bədən masajı üçün məlhəm (Symphytum Officinale Root Extract)
Orijinal sibir resepturasına (1996-cı ildən bəri) və möhtəşəm ətrə malik məlhəm qızışdırıcı və rahatlaşdırıcı təsir göstərir. İki efir yağından və 12 cövhərdən ibarət misilsiz, yüksək təsirliliyə malik qarışıq dərinin dərin qatlarına nüfuz edir və sürətli bərpaya səbəb olur.
Bədən üçün məlhəm Göl süngəri və xəndəkotu (xəndəkotu cövhəri)
Oynaqlara yardımın klassik formulu: tez şəkildə narahatlıq hissini və şişkinliyi aradan qaldırır, oynaqlarda mübadilə proseslərini normallaşdırır, onların hərəkətliliyini artırır.
Bəs siz daha öncə xəndəkotu haqqında eşitmişdiniz? Bəs onun möcüzəvi xüsusiyyətləri haqqında bilirdinizmi?