Sizinlə hədsiz-bucaqsız Sibirimizi gəzməyə və onun otlarını və bitkilərini öyrənməyə davam edirik. Bugün xəşəmbül haqqında bəhs edəcəyik. Yayda o, günəş işığının parçalarına bənzəyən qızılı hamaşçiçəklərini açaraq, baxışları və ürəkləri cəlb edir. Lakin xəşəmbül sadəcə çəmənliklərin bəzəyi deyil: o, həm arıların, həm xalq təbabəti ustadlarının da dəyər verdiyi bir çox müalicəvi xüsusiyyətlərə malikdir.
Xəşəmbülü günəş ilə əlaqələndirən bir neçə əfsanə mövcuddur. Qədim zamanlarda hesab edilirdi ki, evin yaxınlığında bitən xəşəmbül ailəyə istilik, zənginlik və xoşbəxtlik gətirir.
Təbiətin canlı qızılı
Xəşəmbül (lat. Melilótus) – paxlalılar fəsiləsinə aid, hündürlüyü 1–1,5 metrə çatan, şaxələnən köklərə malik otşəkilli bitkidir. Xəşəmbül xırda, cüt lələkvari yarpaqlara və düz, budaqlanan gövdəyə malikdir. Sarı və ya ağ rəngdə olan çiçəkləri xırdadır, uzun və ensiz, sallaq, çoxçiçəkli yumşaq salxımlara toplanılıb. Bitki günəşli məkanlara və nəm torpağa üstünlük verir və yol qıraqlarında, məndəcərlərdə, yataqlarda, karxanalarda bitir.
Sibirdə xəşəmbülün iki növü yayılıb – ağ və dərman. Ağ xəşəmbülə incə ətir və ağ iri çiçəklər xasdır – həm kənd təsərrüfatında, həm tibbdə istifadə edilir. Dərman xəşəmbülü zəngin ətirli sarı çiçəklərə malikdir və müxtəlif xəstəliklərin müalicəsi üçün fəal şəkildə istifadə edilir.
Xəşəmbülün latın adı olan Melilótus sözünü "ballı yem otu" kimi tərcümə etmək olar. Doğrudan da: xəşəmbül – ən məşhur balverən bitkilərdən biridir. Arılar bu bitkiyə əsasən ona görə dəyər verir ki, o, kifayət qədər uzun müddət (2 aya qədər) çiçəklənir və, biçiləndən sonra, təkrar çiçək aça bilər. Arıçıların dediyinə görə, xəşəmbülün bitdiyi bir hektar torpaqdan 300 kiloqrama qədər əla keyfiyyətli bal qoplamaq olar! O, həmçinin rənginə görə seçilir: dərman xəşəmbülü açıq kəhrəba rəngində şəffaf bal verir, ağ xəşəmbülün balı isə ağ rəngdə olur. Xəşəmbül həmçinin yem bitkisi kimi və torpaqların zənginləşdirilməsi üçün istifadə olunur: bitkinin köklərində yerləşən balaca kök yumrularının tərkibində azotu bağlayan bakteriyalar mövcuddur, bunun sayəsində köklər torpağı həyatı əhəmiyyətə malik azot ilə zənginləşdirir.
Rus dilində bu bitkinin adı olan "donnik" sözü "donnaya" sözündən əmələ gəlib və bitkinin müalicəvi xüsusiyyətlərini vurğulayır ("donnaya" – podaqra xəstəliyinin qədim adı).
Çəmənliklər loğmanı: xəşəmbülün gizli gücləri
Xəşəmbülün müalicəvi xüsusiyyətləri haqqında hələ Qədim Yunanıstanda yazırdılar, müasir dövrdə bitkinin faydalı xüsusiyyətləri elmi tibbdə də tanınır. Dərman xəşəmbülü yığımlarını dəmləmələrin, cövhərlərin, çayların hazırlanması üçün istifadə edirlər və ürək-damar, tənəffüs, endokrin, sidik-tənasül sistemlərinin və MBY xəstəlikləri zamanı tətbiq olunur.
Xəşəmbülün əsas fəal maddəsi – kumarindir. Onun əsas xüsusiyyəti – qanın axıcılığının saxlanması və trombların əmələ gəlməsinin profilaktikası, bu da mikrosirkulyasiyanı və toxumaların qidalanmasını yaxşılaşdırır. O, həmçinin tac damarlara genişləndirici təsir göstərir, bu da ürək-damar sistemi üçün faydalıdır. Həmçinin o, iltihablar, spazmalar və bakteriyalar əleyhinə təsirli vasitədir.
Bu cür tərkibi sayəsində xəşəmbül sinir və ürək-damar sisteminə müsbət təsir göstərir, arterial təzyiqi normallaşdırır, beyin qan təchizatını stimullaşdırır, yaddaşı gücləndirir, diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırır, iltihab əlamətlərini azaldır. Xəşəmbül yarpaqlarının və çiçəklərinin tərkibinə həmçinin aşı maddələri, qlikazid simarin, kumar turşusu, dikumarol, melilotin, xolin, allantoin, C və E vitaminləri, karotin, efir yağı, selik daxildir.
Bügün xəşəmbüldən müxtəlif xəstəliklər zamanı istifadə edirlər:
Sibirin bir çox bitkilərinə olduğu kimi, ağ xəşəmbül cövhərinə də sevimli məhsul olan əfsanəvi geniş təsir spektrinə malik "Koren" məlhəminin tərkibində rast gəlmək olar.
Tərkibində fəal bitki komponentlərindən ibarət zənginləşdirilmiş kompleks olan məlhəm narahatlıq hissinin azalmasına səbəb olur, spazmanı və əzələ gərginliyini azaldır, fiziki yüklənmələrdən sonra yorğunluğu aradan qaldırmağa kömək edir, nəzərə çarpan iltihabəleyhinə xüsusiyyətə malikdir.
Möcüzəvi xəşəmbülün bu qədər faydalı xüsusiyyətlərə malik olduğunu bilirdinizmi?