- Uğurun ətri
Energiyanı oyadır, özünə inam hissini və maddi sabitliyi gücləndirir.
- Narıncı qızılgül
Qələbələr və tanınma rəmzi: heyranlıq və ehtiram hissləri doğurur.
- Müəllif kompozisiyası
Belen Garcia (Belen Qarsiya) - Eurofragance üçün ətirlər yaradan, bənzərsiz özü özünü yetişdirmiş ətriyyatçı.
Qızılgül ətirlərinin yeni müasir səslənməsini kəşf edin!
Rose Edition by Aromapolis Olfactive Studio
Qızılgül bir tək bağda güllərin şahı deyil. Ətriyyatda da o, həmçinin, aparıcı yerlər tutur və kifayət qədər tez-tez müasir əsərləri bəzəyir.
Qızılgülün təkrarolunmazlığı və misilsizliyi ondadır ki, o, həm tək, həm də digər çalarlar ilə birlikdə möhtəşəm səslənir.
Aromapolis Olfactive Studio-dan Rose Edition kolleksiyasında öz qızılgülünüzü tapın!
- Ağ müşk qızılgülü
Ən zərif və qadın lətafəti dolu qızılgül İsti, yumşaq, cazibədar və sonsuz dərəcədə zərif tərzli.
- Mineral qızılgül
Təravətli, zərif, duyğulu. Gözəl mineral-duzlu akkord qızılgül ətrinin zərifliyini və incəliyini vurğulayır.
- Ədviyyəli qızılgül
Əsrarəngiz, isti və məftunedici - bal qətranı ilə xarlanmış qızılgül və hil və zəfərandan ibarət parlaq ədviyyatlar xorunun qonşuluğu.
- Şərq qızılgülü
Tünd Dəməşq qızılgülü. Ud ağacının tüstülü səslənməsinə bürünmüş və paçuli ilə vurğulanmış zəngin teksturalı çalar. Cazibədar ətir.
- Neon qızılgül
Ondan daha sirli və gözəl bir çiçək yoxdur! Davana (solğun yovşan) bitkisinin ədviyyəli acılığı ilə vurğulanmış müxtəlif növ qızılgüllərin hissiyyatlı notları, ənbər və vanilin isti oduncaqlı çalarları ilə birlikdə dəbdəbəli kompozisiya yaradır.
Ədviyyəli əhval-ruhiyyə
Narıncı qızılgül
Rose Edition kolleksiyasının ən əsrarəngiz və isti ətri. Məftunedici, bal qətranı ilə xarlanmış qızılgül və hil, zəfəran və ləziz vanildən ibarət parlaq ədviyyatlar xorunun qonşuluğu.
Çiçəkli, ədviyyəli
İlkin çalarlar: ədviyyatlar, istiot, ardıc giləmeyvələri
Mərkəzi çalarlar: qızılgül, buxur, paçuli
Şleyf: dəri, ənbər, vanil, müşk
• Ardıc giləmeyvələri
Meşə və çəmənliklərin ətrini xatırladan ədviyyəli, yüngül ətrə malikdir.
• Qızılgül
Görünən şirinliyə baxmayaraq, ətirdə olan qızılgül qoxusu həddən artıq və ya ürəkvuran deyil - ətir özündə karamel, bal çalarları və yüngül oduncaqlı-məlhəmi örtüyü birləşdirir.
• Paçuli
Tüstülü, qatranlı paçuli ətri afrodiziak kimi təsir göstərir. Həm qadın, həm də kişi dərisində gözəl səslənir. Aroma-psixologiyaya əsasən bu çalar həyatınıza maddi rifah cəlb edir.
• Buxur
Dəri, tütün, ənbər və oduncaq çalarlarını mükəmməl şəkildə vurğulayır, kompozisiyaya istilik, cazibədarlıq və bürüyücü qatranlıq bəxş edir. O, ətirlərə yalnız şərq ətirlərində duya biləcəyiniz həmin "şərqliliyi", dərinliyi və sirliliyi bəxş edir.
• Burbon vanili cövhəri
Ətir bir qədər ədviyyəli, ənbərli, tüstülüdür, qatı bir liköru xatırladır. Hissiyyatlı və meyxoşedici, o, həyəcanlandıran və əks cinsi cəzb edən, davamlı başgicəlləndirici şleyf yaradır.
• Dəri
Dəri çalarlı ətirlər məxsusi acımtıl, tünd və ədviyyəli qoxuya malikdirlər, bu qoxuda acılıq və şirinlik, təravət və istiliyin mürəkkəb nüansları qarışıb. Dəri qoxusu gümrahlaşdırıcı və hissiyyatlıdır, o, ibtidai instinktləri oyadır. O, dəbdəbəli çamadanlar, bahalı avtomobil salonları, dəri gödəkçələr və yeni bahalı ayaqqabılar haqqında xatırladaraq, sözün əsl mənasında başgicəlləndirir. Dəri ətirləri tərz və yüksək mövqe qoxur. Keyfiyyətlə yaradılmış olan onlar, bahalı qoxur, mövqeyinizi artırır və qamətinizi düz tutmağa vadar edir.
• Müşk və ənbər
Hissiyyatlı və valehedici müşk və ənbər çalarları tərzin cazibədarlığını artırır və, bundan savayı, ətrin və dərinin birliyini təmin edir.
- Eurofragance
Butik - ətirləri yaradan və dünya üzrə onları satan ətriyyat evidir.
Cəmi bir nəsil əvvəl təşkil olunan bu şirkət çoxmədəniyyətli iş qüvvəsinə və qlobal iştiraka malikdir və İspaniyada yerləşir Eurofragance uğuru əsasən onun sahibkarlıq ruhu və özünəməxsus biznes fəlsəfəsi ilə bağlıdır.
- 100% həqiqilik zəmanəti
"Çestnıy ZNAK (dürüst NİŞAN)" - məhsulların nişanlanması və izlənməsi üzrə milli sistem. Xüsusi rəqəmsal kod məhsulun həqiqiliyinə və keyfiyyətinə zəmanət verir.
- GMP keyfiyyət nişanı
Cənubi-Şərqi Asiya ölkələrində aparıcı sertifikatlaşdırma orqanı, IAF, APAC, IAAC, ILAC Beynəlxalq akkreditasiya üzvü tərəfindən zəmanət verilib.
Kimlər üçündür?
• Kişilər və qadınlar üçün.
• Əsrarəngiz, yaddaqalan kompozisiyalara üstünlük verənlər üçün.
• Energiya və həyat gücü bəxş etmək üçün.
• Daha çox özünə inam hiss etmək istəyənlər üçün.
• Xarizmalı və orijinal şəxslər üçün.
Hər flakonda:
• 4-6 saata qədər Ətriyyat suyunun davamlılığı.
• buğdadan, arpadan, çovdardan hazırlanmış 100% təbii spirtli əsas.
• 1,5 ml tester məhsul 7-10 gün qədər gündəlik istifadə.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Məhsulun xarici görünüşü, partiyadan asılı olaraq, saytda göstəriləndən fərqlənə bilər, lakin bu, məhsulun ətrinə və onun istehlak xüsusiyyətlərinə heç bir təsir göstərmir.