Boyüklər 10 damcı (0,5 ml) gündə 2 dəfə yemək vaxtı dilinizin altına qoyun. İstifadədən öncə çalxalayın. Qəbul müddəti – 1 ay. Zərurət yarandıqda qəbulu təkrarlamaq olar.
Bioloji aktiv qida əlavəsi, flavonoidlərin, iridoidlərin və tərkibində efir yağları olan polifenolik birləşmələrin mənbəyi kimi tövsiyə olunur.
Əks göstərişlər: məhsulun komponentlərinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya, arı məhsullarına qarşı allergik reaksiyalar.
Al-qırmızı exinaseya otunun ekstraktı, sarı yemişan meyvələri, arı südü, propolis, mumiya, kəklikotu, qum solmazçiçəyinin çiçəkləri, qanotu, qaraqınıq otu, yırtıq dazı otu, ikidibli gicitkan yarpaqları, istiotlu nanə yarpaqları, iri bağayarpağı yarpaqları, beşdilimli dəmotu, çobanyastığı çiçəkləri, qalınyarpaq badan kökümsovu, şam tumurcuqları, şam iynəyarpaqları, sallanan tozağacı tumurcuqları və yarpaqları.
Köməkçi maddələr: təmizlənmiş qliserin, qida xammalından rektifikə edilmiş etil spirti, kalium sorbat, içməli su.