Təmizləyici üz geli - Siberian Wellness

  • #425380
Yumşaq köpüklənən gel dərinin zərif təmizlənməsini təmin edir.
15
15 bal
Əldə yoxdur
Satıcı kodu #425380
Həcm 90 ml
Təsvir

Bitki cövhərləri kompleksi və süd turşusu ilə zərif köpüklənən gel dərini yum...

Bitki cövhərləri kompleksi və süd turşusu ilə zərif köpüklənən gel dərini yumşaq şəkildə təmizləyir, nəmləndirir, canlandırır və təravətləndirir. Quruluq və dartınma hissi olmadan, gündəlik təmizlənmə üçün uyğundur; bütün dəri növləri üçün uyğundur.

  • Solmazçiçəyi hidrolatı sürətli bərpaya səbəb olur və həssas dərini sakitləşdirir. Dərinin cavanlığını qoruyur və ona sağlam görkəm bəxş edir.
  • Süd turşusu - təsirli şəkildə dərinin yenilənməsinə və lipid səddinin bərpasına kömək edən alfa-hidroturşular (AHA) sinfinə aid turşudur; zərif cilalayıcı təsirə malikdir, tonu bərabərləşdirir və üz dərisinə sağlam, təravətli görünüş bəxş edir.
  • Hamamelis hidrolatı sakitləşdirici, yara sağaldıcı, bakterisid, büzücü xüsusiyyətlərə malikdir, kuperozun yaranmasının qarşısını alır, qıcıqlanmanı aradan qaldırmağa kömək edir və dərini olduqca hamarlaşdırır.
  • Ardıc və qreypfrut efir yağları canlandırır, məsamələrin daralmasına səbəb olur və piy vəzilərinin fəaliyyətini tənzimləyir, qara nöqtələrin yaranmasının qarşısını alır.
  • 7 bitki cövhərindən ibarət MULTI FEEL® kompleksi susuzlaşmanın qarşısını alır və intensiv şəkildə nəmləndirir, lipid səddi bərpa edir, həssas dərini sakitləşdirir, canlandırır və dəri tonunu bərabərləşdirir.
İstifadəsi

Az miqdarda geli ovuclarınızda köpükləndirin, yüngül masaj hərəkətləri ilə, gözətrafı nahiyə də daxil olmaqla, nəm üz dərisinə çəkin. Bol miqdarda isti su ilə yuyun.

Tərkib

Faydalı inqrediyentlər: solmazçiçəyi, hamamelis və narınc hidrolatları, süd turşusu, ardıc və qreypfrut efir yağları, asiya sentellası, baykal başlıqotu və adi zirinc kökünün cövhərləri.

(INCI): Aqua, Coco-Glucoside, Disodium Cocoyl Glutamate, Glycerin, Pentylene Glycol, Helichrysum Italicum Flower Water, Hamamelis Virginiana Water, Xanthan Gum, Sorbitol, Benzyl Alcohol, Sodium PCA, Inulin, Citrus Aurantium Amara Flower Water, Acacia Senegal Gum, Galactoarabinan, Lactic Acid, Aloe Barbadensis Leaf Juice, Betaine, Rhaponticum Carthamoides Root Extract, Scutellaria Baicalensis Extract, Eleutherococcus Senticosus Extract, Centella Asiatica Leaf Extract, Scutellaria Baicalensis Root Extract, Hylocereus Undatus Fruit Extract, Camellia Sinensis Leaf Extract, Glycyrrhiza Glabra Root Extract, Berberis Vulgaris Root Extract, Rosmarinus Officinalis Leaf Extract, Propanediol, Polyglycerin-6, Citrus Paradisi Peel Oil, Juniperus Communis Wood Oil, Citric Acid, Dehydroacetic Acid, Benzoic Acid, Sodium Benzoate, Potassium Sorbate, Limonene.