6 Sextum - daxili müvazinət və aydınlıq ətri. Təravətli ozon və sitrus çalarları kompozisiyanı açaraq, osmantus (ətirli zeytun) və dəniz vurğuları ilə ətrin incə tərzli çiçəkli mərkəzinə keçir. Müşk və ənbər ilə oduncaqlı-çaylı şleyf sakit, intizamlı güc hissi yaradır.
1. Ətri nəbzin vurduğu yerlərə vurun: boyuna, qulaqların arxasına, dirsəklərin iç nahiyəsinə, dizlərin arxa nahiyəsinə (lakin eyni zamanda bütün yerlərə vurmayın!).
2. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın.
3. Ətri aşağıda sadalanlardan asılı olaraq seçin:
• mövsümdən (yüngül - yayda, daha ağır - soyuq mövsümlər üçün);
• günün vaxtından (birinci yarısında - daha yüngül, ikinci yarısında - daha qatı);
• əhval-ruhiyyədən və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təravətli, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı).
Ətrin dəyişməməsi üçün onu quru, sərin, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
Layfxak
İnteryerin unikal ətrini yaradın və öz əhval-ruhiyyənizi qaldırın! Sadəcə ətri otaqdakı parçaların ətirləndirilməsi üçün istifadə edin.
(INCI) / Ingredients: Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Limonene, Geraniol, Alpha-Isomethyl Ionone, Benzyl Benzoate, Citral, Citronellol, Isoeugenol.
Çiçəkli, meyvəli
İlkin çalarlar: ozon, berqamot, portağal, petitgrain (sitrus efir yağı), inciçiçəyi, şaftalı
Mərkəzi çalarlar: jasmin, bənövşə, osmantus, dəniz çalarları, L’Âme du Bois®
Şleyf: oduncaq akkordu, çay çalarları, müşk, ənbər