Dərinizin cavanlaşması üçün güclü formul. Xüsusi peptid kompleksi, hidrolizə olunmuş dəniz kollageni və niasinamid qırışlar, dəri tonusunun azalması, qeyri-bərabərlik və solğun dəri tonu kimi yaşlanma əlamətlərini azaltmağa kömək edir. Zərdab dərinin yenilənməsi proseslərini dəstəkləyir, onun elastikliyinin qorunmasına və mikrorelyefinin yaxşlaşmasına səbəb olur.
Səhər və/və ya axşam təmiz üz və boyun dərisinə bir neçə damcı zərdab çəkin və masaj xətləri boyunca yüngül hərəkətlərlə yayın. Bir qədər gözləyin. Yuyulmur. Məhsul hopduqdan sonra sevdiyiniz kremi tətbiq edin.
Yalnız xarici istifadə üçün. Uşaqlar üçün uyğun deyil. Kosmetik vasitələrə qarşı allergiyanız olubsa, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
Faydalı məsləhətlər
Yaşlanma əleyhinə effekti gücləndirin
zərdabı ən azı 28 gün kurs şəklində istifadə edin — məhz bu müddət ərzində dəri təbii yenilənmə dövründən keçir və formula öz potensialını maksimum dərəcədə ortaya qoyur.
Kremin altına buster
Daha effektiv yaşlanma əleyhinə qulluq üçün zərdabı Experalta PRO Anti-Age Solutions / Experalta® PRO Anti-Age Solutions xəttinin kremlərindən əvvəl tətbiq edin. Beləliklə, aktiv komponentlərin təsirini gücləndirə bilərsiniz.
Səhərdən parlaq dəri effekti!
Səhər istifadəsi müntəzəm qulluğun ilk günlərindən dərinin daha təravətli, hamar və parlaq görünməsinə kömək edir.
Tərkib: Su, niasinamid, qliserin, betain, 1,2-heksandiol, pentilenqlikol (təbii mənşəli), skvalan, makadamiya yağı, dikaprilil karbonat, hidrolizə olunmuş dəniz kollageni, şirin badam yağı, tokoferol (E vitamini), lesitin, ksantan saqqızı, natrium poliakrilat, ammonium akriloildimetiltaurat / VP kopolimeri, soya yağı, beta-sitosterol, skvalen, hidroksiasetofenon, süd turşusu, polisorbAt 20, tripeptid-1, heksapeptid-9, palmitoil tripeptid-5, palmitoil pentapeptid-4, palmitoil tetrapeptid-7, mərcanı meyvələrinin ekstraktı, ətir kompozisiyası, maltodekstrin.
(INCI): Aqua / Water, Niacinamide, Glycerin, Betaine, 1,2-Hexanediol, Pentylene Glycol, Squalane, Macadamia Ternifolia Seed Oil, Dicaprylyl Carbonate, Hydrolyzed Collagen, Prunus Amygdalus Dulcis Oil, Tocopherol, Lecithin, Xanthan Gum, Sodium Polyacrylate, Ammonium Acryloyldimethyltaurate / VP Copolymer, Soybean Oil, Beta Sitosterol, Squalene, Hydroxyacetophenone, L-Lactic Acid, Polysorbate 20, Tripeptide-1, Hexapeptide-9, Palmitoyl Tripeptide-5, Palmitoyl Pentapeptide-4, Palmitoyl Tetrapeptide-7, Vaccinium Oxycoccos Fruit Extract, Parfum, Maltodextrin.