Şirkətin yenilikləri

22
iyun

Sərfəli yay

01.06.26 – 31.08.26
yeni İmtiyazlı müştərilər üçün
Sərfəli yay
Sənin böyük fürsətlər mövsümün!
Yeni yay, yeni tanışlıqlar, maksimal sərfələr!
Faydalı tanışlığa başla

İmtiyazlı müştəri ol və qeydiyyat ayında 75 bal dəyərində Siberian Wellness məhsulları seç.

Artır!

İkinci ayda 75 bal dəyərində alış-verişlər edərək, yenilikləri sına

Sərfəni artır

Üçüncü ayda 100 bal dəyərində alış-verişlər et
Statusunu Məsləhətçiyə dəyiş

Club 200-ə qoşul!
Sənin bonusların
1-ci ay
Siberian Wellness məhsullarından ibarət 20 AZN dəyərində dəst 5 AZN-ə
2-ci ay
Siberian Wellness məhsullarından ibarət <45 AZN/span> dəyərində dəst 15 AZN-ə
3-ci ay
Club 200-dən 65 AZN dəyərində 1 dəst 20 AZN-ə

Aksiyanın fəaliyyət müddəti nə qədərdir?

Aksiya 01.06.2026-dan 31.08.2026-dək fəaliyyət göstərəcək

Aksiyada kimlər iştirak edə bilər?

Aksiya müddəti ərzində (2026-cı il iyunun 1-dən avqustun 31-dək) Siberian Wellness-də qeydiyyatdan keçmiş yeni İmtiyazlı müştərilər (İM).

Aksiyada iştirak etmək üçün nələri yerinə yetirmək lazımdır?

1. Aksiya müddəti ərzində (01.06.2026-dan 31.08.2026-dək) Şirkətdə İM statusunda qeydiyyatdan keçmək;

2. Qeydiyyat ayında təqvim ayı ərzində məcmu şəkildə 75 bal dəyərində alış-verişlər etmək.

Aksiya ardıcıl olaraq 2 ay ərzində fəaliyyət göstərir. İmtiyazlı müştəri Şirkətdə aksiyanın ilk ayında qeydiyyatdan keçmədiyi halda (iyulda və ya avqustda qeydiyyatdan keçdiyi halda), həmin iştirakçı üçün də aksiya ardıcıl olaraq 2 ay ərzində fəaliyyət göstərəcək.

Misal: İmtiyazlı müştəri ilk dəfə 2026-cı ilin avqust ayında qeydiyyatdan keçdi. Bu halda avqust ayı Proqramda iştirakın ilk ayı hesab edilir, 2026-ci ilin sentyabrı ayı isə - sonuncu ayı.

Aksiya müddəti zamanı İM statusu M statusuna dəyişdirildiyi halda, iştirakçının aksiyada iştirakı statusunu dəyişdirdiyi aydan başlayaraq dayandırılır.

İki bonus dəstinin sərfəli qiymət ilə əldə edilməsi üçün, Şirkətdə qeydiyyat ayından başlayaraq, fasiləsiz şəkildə ardıcıl olaraq iki ay 75 və daha çox bal dəyərində alış-verişlər etmək lazımdır.

Onlayn və ya offlayn şəkildə (İnternet-mağazada və SIBERIAN WELLNESS Mağazalarında) həyata keçirilən bütün Siberian Wellness Şirkətinin bal dəyərli məhsullarının alışı aksiyada nəzərə alınır.

!!! VACİBDİR: sifarişlər şəxsi Qeydiyyat nömrəsindən rəsmiləşdirilməli və şəxsi vəsaitlər ilə ödənilməlidir. Rəhbər və ya digər Məsləhətçilər tərəfindən rəsmiləşdirilən, digər Məsləhətçilərin Aksiya İştirakçisının bonus hesabına köçürtdükləri vəsaitlər ilə ödənilən sifarişlər Aksiya şərtlərinin yerinə yetirilməsində nəzərə alınmır.

Bonuslar necə hesablanır?

1. Qeydiyyat ayının və 75 bal (≈80 AZN) dəyərində məcmu alış-verişlərin nəticəsində, növbəti ayın 3-dən sonra Aksiya İştirakçısına ilk bonus dəsti hesablanır. İlk bonus dəsti çərçivəsində aksiya iştirakçısı Şirkətin təqdim etdiyi məhsul çeşidindən 20 AZN məbləğində bal dəyəri olan məhsul seçə və bu dəsti 5 AZN ödəməklə əldə edə bilər.

2. İkinci bonus dəstinin əldə edilməsi üçün Aksiya İştirakçısı qeydiyyat ayının növbəti ayı 75 bal (≈80 AZN) dəyərində alış-veriş etməyi davam etməlidir.

Əldə olunan ilk bonus dəstinin dəyəri ikinci ay üzrə Aksiyada qeyd olunması üçün nəzərdə tutulan alış-verişin cəmi məbləğinə daxil deyil.

İkinci bonus dəsti çərçivəsində aksiya iştirakçısı Şirkətin təqdim etdiyi məhsul çeşidindən 45 AZN məbləğində bal dəyəri olan məhsul seçə və bu dəsti 15 AZN ödəməklə əldə edə bilər.

Dəst üçün seçilən məhsulların ümumi dəyəri dəstin nominal dəyərindən artıq olduğu halda, Aksiya İştirakçısı, dəyər fərqini ödəməklə, bütün seçilmiş məhsulları əldə edə bilər.

Misal: aksiya iştirakçısına nominal dəyəri 20 AZN olan və 5 AZN ödəməklə əldə edilə biləcək ilk bonus dəsti hesablanıb. İştirakçı 22 AZN dəyərində məhsul seçdi. Ödənilməli məbləğ 7 AZN-dir (5 AZN dəstin dəyəri + 2 AZN dəstin nominal dəyərindən artıq məbləğ).

Aylardan birində Aksiya İştirakçısı Şərtləri yerinə yetirmədiyi halda, onun Aksiyada iştirakı dayandırılır.

Bonusu neçə müddət ərzində istifadə etmək lazımdır?

Hər bir bonus dəstinin istifadə müddəti - 1 təqvim ayıdır.

Əgər bonus dəsti istifadə edilməyibsə, təqvim ayı bitdikdə o, ləğv olunur.

Bonus dəsti bir sifariş çərçivəsində istifadə edilməlidir. Bonus dəstinin bir neçə sifariş ilə əldə edilməsi mümkün deyil.

Bonus dəsti tam istifadə olunmadığı halda, onun qalığı növbəti dəst ilə cəmlənir. Lakin sonuncu dəst tam şəkildə istifadə edilməlidir.

Aksiya üzrə dəst, saytda və ya SIBERIAN WELLNESS Mağazasında Şirkətin yalnız bal dəyəri olan məhsullarının əldə edilməsi üçün istifadə edilə bilər.

Aksiyanın bir İştirakçısı, alış-verişlərin cəmi məbləğindən asılı olmayaraq, hər bir fəallıq ayının nəticəsində yalnız bir bonus dəsti əldə edə bilər.

Dəstlərə görə mükafatlar (ballar) hesablanmır. Dəstin pul vəsaiti ilə əvəz edilməsi həyata keçirilmir.

3. Xüsusi şərtlər əsasında Club 200-ə daxil olmaq üçün aksiya qalibləri qeydiyyat ayından sonra üçüncü ayda (yəni, aksiyada iştirak bitdikdən dərhal sonra) 100 bal dəyərində alış-verişlər etməli və statuslarını Məsləhətçi statusuna dəyişməlidirlər. Club 200-də iştirakın birinci ayında dəsti əldə etmək üçün, standart 200 bal əvəzinə, 100 bal kifayətdir.

Şirkətin yenilikləri

[}item{]