personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
10
avqust

Sibir ənamları: itburnu

Fəsil 3. İtburnu hamının əhval-ruhiyyəsini və immunitetini gücləndirdiyi haqqında

Əvvəllər itburnu haqqında "O, həm bağ üçün hasar, həm qaratoyuq üçün yem, həm soyuqdəymədən ötrü ətirli cövhərdir", deyirdilər. Elə günü bugün də bu tikanlı kol əvvəlki kimi gözəl və universaldır. Sibirlilər itburnunu xoş ətrinə və gözəlliyinə görə sevirlər - may-iyun aylarında onun çiçəklənməsi ilə yayın gəlişini tanıyırlar, bitkinin müalicəvi xüsusiyyətlərinə görə onu dəyərləndirir, hətta tikanlı olmağını da ona bağışlayırlar.

Gözəl, tikanlı, müalicəvi

El arasında itburnunu tez-tez yabanı qızılgül adlandırırlar: həqiqətən də, bu möcüzəvi bitki gülçiçəklilər fəsiləsinə aiddir və bütün mədəni qızılgül növlərinin soybaşıdır. Rusiya ərazisində onlarla növünə rast gəlinir, ən çox tanınanları arasında - qırışıqmeyvəli itburnu və may itburnusudur.

Bitkinin çiçəkləri, əksər hallarda, çəhrayı rəngdədir. Onların ləçəkləri ilə günün vaxtını müəyyən etmək olar: onlar hər gün sübh tezdən açır və axşam 7-də bağlanır. Ləçəklər töküləndən sonra, oval formada mixəyi-qırmızı meyvələr yetişir - əsl vitamin xəzinələri. Meyvələrin tərkibində, orqanizmin ən vacib proseslərinə təsir göstərən qidalı maddələr mövcuddur.

İtburnu yeddi təbibdən daha yaxşıdır

Bunu xalq hikməti söyləyir, və bu deyilənə inanmaq olar!
Qədim Rusiyada meşə itburnusunu müalicəvi məqsədlərlə artıq XVI əsrdə istifadə edirdilər, və onun meyvələri möcüzəvi təsirə malik dərman hesab olunurdu. Bugün itburnu faydasını həm rəsmi, həm alternativ tibbin tərəfdarları qəbul edir. Və bu təəccüblü deyil!

1. Vitamin C miqdarına görə itburnu qara qarağatı və sitrusları belə qabaqlayır, bu səbəbdən o, xəstəliktörədən bakteriyalar və viruslarla mübarizədə bu qədər təsirlidir. İtburnu əsaslı cövhərlər və bitki çayları iltihabəleyhinə təsir göstərir, ağrını kəsir və qızdırmanı salır, KRVİ və soyuqdəymənin öhdəsindən gəlməyə kömək edir.

2. İtburnu həmçinin B qrupu vitaminlərlə, flavonoidlərlə, E, K və A vitaminləri ilə, onun meyvələri kalsium, kalium, fosforla zəngindir, bu səbəbdən onlar bərpa olunmağa kömək edir, anemiya və yüksək xolesterin zamanı faydalıdır, damarların möhkəmləndirilməsinə və qan dövranının yaxşılaşdırılmasına yardımçı olur.

3. İtburnu meyvələri yumşaq sidikqovucu təsir göstərir, bu səbəbdən onlar, orqanizmdən toksinlərin çıxarılmasına kömək edir.

4. Onlar həmçinin pektin və qida lifləri ilə zəngindir və bu da, öz növbəsində, mədə-bağırsaq yollarının işinə və maddələr mübadiləsinə xoş təsir göstərir. Lakin, MBY-nın xəstəlikləri olan insanlar itburnu ilə gərək ehtiyyatlı olsun!

5. İtburnu meyvələrinin tərkibində, kapilyar qan dövranı sisteminə müsbət təsir göstərən P və K vitaminləri mövcuddur. Nəticə olaraq: gözün torlu qişasının qidalanması normallaşır, yaralar daha tez sağalır.

6. İtburnunu tez-tez xroniki yorğunluq zamanı və uzunmüddətli xəstəlikdən sonra tövsiyə edirlər. İtburnu meyvələrinin tərkibində olan antioksidantlar oksidləşmə stressi səviyyəsinin azaldılmasına kömək edir.

7. Ümumiyyətlə itburnuda hər şey faydalıdır: köklərdən ən axırıncı yarpağına qədər. İtburnu ləçəklərindən ətriyyatda və kosmetologiyada istifadə edilən dəyərli qızılgül yağı hasil olunur. İtburnu toxumları ödqovucu və iltihabəleyhinə təsirə malikdir, toxumların tərkibində olan poli doymamış yağlar isə dərini UB-şüalardan və zərərli maddələrdən qorumağa qadirdir. İtburnu kökləri və yarpaqları aşılayıcı maddələrlə zəngindir, bu səbəbdən onlardan hazırlanan dəmləmələri MBY-nın xəstəlikləri zamanı istifadə edirlər.

Giləmeyvələri necə toplayırlar

Bugün sibir itburnusu - vitaminli məhsulların hazırlanması üçün xammalın vacib mənbəyidir. Giləmeyvələri adətən tam yetişəndən sonra toplayırlar, avqustun ortalarından ilk şaxtaların başlanğıcına qədər. Tikanlardan qorunmaq üçün, peşəkar yığıcılar qalın əlcək taxır və meyvələri qabağında böyük cibləri olan brezent önlüklərə toplayırlar, sonra da onları ehmalca səbətlərə tökürlər. Yığılan giləmeyvələri yaxşıca yuyur və qurulayırlar.

İtburnunun emalı texnologiyaları

Hər şey vitamin C tərkibli quru konsentratın əldə olunmasından başlayır. Texnoloji proses bir neçə mərhələ ilə keçir: giləmeyvələrin seçilməsi və yuyulması, xüsusi aparatda xırdalanması, orqanik əridicilər və ya maye qaz vasitəsi ilə ayırma, sıxılma və qurudulma. Sonra, əldə edilən cövhər həblərin və ya C və P vitaminlər tərkibli qəndabın hazırlanması üçün istifadə olunur. İtburnunun yağlı cövhərlərini quru puçaldan əldə edirlər - meyvələrdən C və P vitaminləri əldə edildikdən sonra qalan qalıqlardan.

Siberian Wellness məhsullarında itburnu, meyvələrinin cövhəri və yağ şəklində təqdim olunub, onlar qayğılı emalın sayəsində bütün vacib vitaminləri və əfsanəvi bitkinin xüsusiyyətlərini qoruyub saxlayır.

Siz, itburnunu bir sıra Siberian Wellness məhsullarının tərkibində tapa bilərsiniz:

Yoo Go seriyasından moruq və itburnu tərkibli çeynəməli marmelad (itburnu meyvələrinin cövhəri);
LactopusCalcitops xırçıltılı kürəciklər (itburnu meyvələri);
– Yabanı otlardan hazırlanmış fitoçaylar № 5, № 6№ 7 (itburnu meyvələri);
"Sibir itburnusu" diş məcunu (sibir itburnusunun cövhəri, itburnu yağı);
İmmunitet üçün şəkərsiz Immunotops qəndabı (itburnu cövhəri);
Orqanizmin kompleks təmizlənməsi üçün "İstoki Çistotı" dəsti (itburnu meyvələri).

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]