Ucsuz-bucaqsız Sibir və onun zənginlikləri haqqında hekayəni davam etdirərək, bugün biz hamının tanıdığı dazı haqqında bəhs edəcəyik. Bu, 30-70 sm hündürlüyündə, seyrək sarı çiçəkli, otabənzər kol, meşə qıraqlarında, çəmənliklərdə, Şimal yarımkürənin yarpaqlı meşələrində və şamlıqlarında bitir, amma ilk baxışda göründüyü qədər sadə deyil.
Dazının sirri və gücü nədədir
Dazının mənşəyi haqqında əfsanələr qoşurdular. Hesab edirdilər ki, bu ot, yer üzünə od gətirərkən, yaralanan Simurq (Jar-ptitsa) quşunun lələyindən əmələ gəlib. Ləçəklərin və yarpaqların üzərində yer alan al-qırmızı piqmentə görə insanlar inanırdı ki, bu bitki İslamda Yəhya ibn Zəkəriyyə kimi tanınan Vəftizçi İohannın başından yerə düşən qan damcılarının yerində əmələ gəlib. Dazı iyunda gül açdığına görə, onu həmişə yay gündönümü ilə əlaqələndirir, onun şər qüvvələri qovmaq və qoruyucu tilsim kimi xidmət göstərmək xüsusiyyətlərinə malik olduğuna inanırdılar.
Çoxlarına maraqlıdır ki, bu cür sevimli görünüşə malik əlvan-sarı çiçəkli bitki niyə belə təhdidedici ada malikdir? (Rus dilində: "zveroboy" - "heyvan" və "vurmaq, döymək" sözlərinin birləşməsi) Məsələ bundadır ki, bu bitki doğrudan da inəklər və qoyunlar üçün təhlükəlidir, çünki onlarda zəhərlənmə və ümumi naxoşluq halları yarada bilər. Digər fərziyyələrə görə "zveroboy" sözü qazax dilindəki "cerabay" (yaraları sağaldan) sözündən əmələ gəlib.
Müalicəvi bitki kimi dazını artıq Qədim Yunanıstanda və Romada istifadə edirdilər, onun xüsusiyyətləri haqqında hətta Hippokrat və Dioskurid yazırdı. Qədim Rusiyada dazını 99 xəstəliyin dərmanı hesab edirdilər. Bu bitkidən hazırlanmış dəmləmələri revmatizm, soyuqdəymə, baş ağrıları, ürək, qaraciyər, mədə, sidik kisəsi və s. xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər.
Sadəcə bitki deyil, səyyar bir aptekdir
Dazının 300-dən çox növü mövcuddur, amma müalicəvi məqsədlərdə yalnız adi dazı maraq doğurur. Onun yarpaqlarında xırda vəzilər yerləşir, onlar qırmızı boyaq maddə - hiperisinlə doludur. Məhz orqanizmdə serotonin, dofamin və noradrenalin səviyyəsini artırmağa qadir olan hiperisin və hiperforin sayəsində, dazı təsirli nəbati antidepressant kimi tanınır, bu elmi tədqiqatlar ilə təsdiq olunub.
Dazının tərkibində bir çox digər faydalı maddələr mövcuddur: antioksidantlar, flavonoidlər (rutin, kversetin), fenol turşular və karotenoidlər (violaksantin, lütein və s.), saponinlər, fitonsidlər - nəbati "antibiotiklər", aşındırıcı və qatranlı maddələr, efir yağları, tokoferol, C və P vitaminləri, B qrupu vitaminləri, həmçinin dəmir, sink, manqan, kalium, selen və mis.
Dazı ənənəvi tibbin və xalq təbabətinin müxtəlif sahələrində anti-bakterial, anti-septik, ağrıkəsici, yara sağaldıcı, revmatizm əleyhinə, sidik və ödqovucu, büzücü maddə kimi istifadə olunur.
Dazının faydalı xüsusiyyətləri
Mürəkkəb tərkibi sayəsində bu bitki insan orqanizminə bir sıra faydalı təsirlər göstərir:
Dazı Baikal Tea Collection seriyasından Yabanı otlardan hazırlanmış fito-çay №6 (Qaraciyər müdafiəsi) məhsulunun tərkibinə daxildir.
Dazı, dağtərxunu və qarğıdalı saçaqlarının əsasında hazırlanmış otlar kupajı yumşaq şəkildə toksinlərdən və maddələr mübadiləsinin məhsullarından təmizlənməyə kömək edir, qaraciyərin müdafiə funksiyalarını gücləndirir və iltihab proseslərinin qarşısını alır.
Bu cür detoks daxili orqanların yükünü azaltmağa və orqanizm tonusunu artırmağa kömək edir.
Bəs siz bilirdiniz ki, sizə artıq tanış olan dazının belə zəngin tarixi və bu qədər faydalı xüsusiyyətləri var?