personal
Əsl Sibir ilə bizim bloqumuzda tanış ol!
Altay, Baykal və Yakutiyanın sonsuz vüsətləri üzrə maraqlı səyahətə yola düş. Misilsiz təbiət ilə tanış ol və sərt əsrarəngiz Sibirin tarixinə baş vur!
13
fevral

Sibir ənamları: sürvə

Hər kəsə tanış ətirli bir otun müasir insana güc, müdriklik və sağlamlıq bəxş etməsi haqqında fəsil...

Möcüzəvi bitkilər axtarışında Sibir vüsətlərində otçuluq səyahətimizi davam etdiririk. Bugün yolumuz təvazökar, lakin olduqca qüvvətli loğmana - sürvəyə doğru düşdü. Siz hamınız onu çox gözəl tanıyırsınız: bu, həmin o, boğaz xəstəliklərinə qarşı "nənələrimizin çarəsi" kimi əsaslı şəkildə həyatımıza daxil olan bitkidir, amma onun həqiqi zənginliyi və çoxşaxəliliyi çoxları üçün sirr olaraq qalır. Bugün sizə sürvəni yenidən kəşf etməyi təklif edirik.

Aralıq dənizi hövzəsindən Sibirə qədər

Sürvə (cins Salvia) Dalamazkimilər fasiləsinə aiddir və nanə, rozmarin, kəklikotu və reyhan bitkilərinə yaxın bir bitki hesab edilir. Bu, dünya üzrə təxminən 1000 növü ehtiva edən nəhəng bir cinsdir. Klassik dərman sürvəsi (Salvia officinalis) - 70 sm hündürlükdə yarımkol şəklində bir bitkidir, oval gümüşü-yaşıl rəngdə yarpaqlara və göy-bənövşəyi rəngdə çiçəklərdən ibarət sünbülvari hamaşçiçəklərə malikdir. Onun vətəni Aralıq dənizi hövzəsidir, lakin dözümlülüyü sayəsində o, bizim iqlimə də çox gözəl uyğunlaşıb.

Sibirdə sürvəni bostanlarda becərdirlər, lakin bitkiyə vəhşi təbiətdə də rast gəlmək olar - quru çəmənliklərdə, dağ yamaclarında və meşə qıraqlarında: çöl sürvəsi (Salvia stepposa), meşə sürvəsi (Salvia nemorosa), halqavari sürvə (Salvia verticillata). Bu növlər həmçinin müalicəvi və dekorativ xüsusiyyətlərə malikdirlər, baxmayaraq ki, tibbdə və kulinariyada birincilik ənənəvi olaraq dərman sürvəsinə məxsusdur.

Maraqlı faktlar: əsrlərin müdrikliyi

Salvia cinsinin elmi adı salvere latın sözündən əmələ gəlir - "sağlam olmaq", "xilas etmək" deməkdir. Sürvə haqqında ilk məlumatlar qədim Misir papiruslarında qeyd edilib, qaşınma əleyhinə bir vasitə kimi. Qədim Romada onunla yaraları və mədə pozuntularını müalicə edirdilər, Çində isə - soyuqdəyməni və qızdırmalı titrəməni. Orta əsrlərdə Avropada sürvə müdriklik və uzunömürlülük bəxş edən bitki hesab edilirdi. Keltlər onu müqəddəs bitki hesab edirdi, xristian ənənəsində isə sürvə Müqəddəs Məryəm ilə əlaqələndirilirdi.

Bio-kimyəvi xəzinə

Sürvənin müalicəvi gücü - onun tərkibində olan bioloji fəal maddələrin mürəkkəb kompleksidir:

  • efir yağları (sineol, tuyon, kamfora, pinen) antiseptik, iltihab əleyhinə və canlandırıcı təsirlərə görə cavab verir;
  • flavonoidlər (rutin, diosmetin) - hüceyrələri zədələnmələrdən müdafiə edən güclü antioksidantlar;
  • aşılayıcı maddələr (taninlər) büzüşdürücü və qandayandıran təsirləri təmin edirlər;
  • üzvi turşular (xlorogenik, alma turşusu) iltihablar əleyhinə təsiri gücləndirirlər;
  • fitoestrogenlər - təsirinə görə estrogen hormonuna bənzəyən bitki birləşmələri;
  • vitaminlər və minerallar - vitamin K (sümüklər və qanın laxtalanması üçün), kalium, kalsium, sink, maqnezium.

Sibir çəmənliklərindən aptek rəflərinə qədər

Misilsiz tərkib sürvəyə bir sıra faydalı xüsusiyyətlər bəxş edir:

1. Güclü antioksidant və iltihablar əleyhinə sipər
Flavonoidlər və fenol turşular azad radikalları neytrallaşdırır, hüceyrələrin yaşlanmasını ləngidir və bir çox müasir xəstəliklərin səbəbi olan xroniki iltihabları azaldırlar.

2. Ağız boşluğu və tənəffüs yolları üçün təbii antiseptik
Efir yağlar (xüsusilə, sineol) fəal şəkildə bakteriyalar və viruslar ilə mübarizə aparırlar. Sürvə dəmləməsi ilə qarqaralar angina, stomatit, gingivit, tonzillit zamanı olduqca səmərəlidir və tənəffüsü təravətləndirməyə kömək edirlər.

3. Həzm proseslərinə komək
Sürvənin efir yağları spazmalar əleyhinə təsir göstərir, mədə və bağırsaqda narahatlıq hissini aradan qaldırırlar. Onlar həzm fermentlərinin ifrazını stimullaşdırır, iştahanı artırır və meteorizm zamanı kömək edirlər.

4. Qadın sağlamlığının dəstəklənməsi
Fitoestrogenlər sayəsində sürvə yumşaq şəkildə hormonal fonu müvazinətləşdirməyə kömək edir. Onun klimaks zamanı yüksəlmələrin tezliyini və gücünü, gecə tərliliyini azaltmaq və klimaksın digər xoşagəlməz əlamətlərini yumşaltmaq qabiliyyəti kliniki cəhətdən sübut edilib.

5. Şəkər və xolesterin səviyyələrinin potensial tənzimləyicisi
Bir neçə tədqiqatların nəticələri göstərir ki, sürvə cövhəri insulinə qarşı həssaslığı artıra və 2-ci növ diabet zamanı qanda qlükoza səviyyəsini azalda bilər. O, həmçinin, "pis" xolesterinin azalmasına səbəb olaraq, ürək-damar sistemini müdafiə edir.

6. Zehni sağlamlığın müttəfiqi
Sürvənin tərkibində olan birləşmələr asetilxolin neyromediatorunu parçalayan fermenti ləngidirlər. Bu, fikrin cəmlənməsi prosesini, məlumatların emalı sürətini yaxşılaşdırır və yaşla əlaqədar dəyişikliklərin, o cümlədən neyrodegenerativ xəstəliklərin (misal üçün, Altsheymer xəstəliyi) profilaktikası üçün faydalı ola bilər.


Sürvə aşağıdakı Siberian Wellness məhsullarının tərkibinə daxildir:

  1. Yabanı otlardan hazırlanmış fito-çay № 2 (Qadın harmoniyası) - Baikal Tea Collection (sürvə yarpaqları)
  2. Siberian Wellness. Saçların həcmi üçün şampun, 300 mlSiberian Wellness. Saçların həcmi üçün kondisioner, 250 ml

Və bu, tərkibində sürvə olan məhsulların yalnız bir hissəsidir. Çünki biz bu bitkini onun misilsiz xüsusiyyətlərinə görə çox sevir, ona dəyər veririk!

[}item{]