personal
Əsl Sibir ilə bizim bloqumuzda tanış ol!
Altay, Baykal və Yakutiyanın sonsuz vüsətləri üzrə maraqlı səyahətə yola düş. Misilsiz təbiət ilə tanış ol və sərt əsrarəngiz Sibirin tarixinə baş vur!
27
fevral

Xakasiya: təbiət bütün gözəlliyi ilə

Möcüzəvi Xakasiya Respublikasının təbii abidələr ilə zəngin olması haqqında fəsil...

Ucsuz-bucaqsız Sibir haqqında bəhs etməyə davam edirik, və bugün onun cənubi hissəsində yerləşən respublika haqqında danışırıq. Xakasiyanın adı çəkiləndə sizdə hansı assosiasiyalar yaranır? Yəqin, bozqırlar və düzənliklər təsəvvür edirsiniz, lakin onlar, bölgənin xassələrinin yalnız bir hissəsidir. Xakasiya - əzəmətli dağlar və keçilməz tayqa, müalicəvi göllər və mənzərəli vadilər, misilsiz flora və sanki sulu boyalar ilə çəkilmiş buludlar diyarıdır, burada dinclik ab-havası hökmranlıq edir, mənzərələr isə elə bir gözəlliyə malikdirlər ki, yalnız yerli təbiətin cazibəsinin bir hissəsini belə əks etdirə bilməyən texnologiyalar barədə şikayətlənmək qalır.

Xakasiyanın iqlimi

Xakasiya sakinləri öz doğma diyarlarını "isti Sibir" adlandırırlar - burada günəşli günlərin sayı qonşu bölgələrdən daha çoxdur. Bu, onunla bağlıdır ki, respublika Minusinsk hövzəsində yerləşir və dağlar onu küləklərdən qoruyur. Ümumilikdə iqlim burada sərt kontinental, qızmar quru yaya və soyuq azqarlı qışa malikdir.

Xakasiyanın təbiəti çox müxtəlif və misilsizdir. Balaca bir ərazidə, demək olar, Sibirə xas bütün landşaftlara rast gəlmək olar: bozqırlar və yarımsəhralıqlar, şam meşələri və tünd iynəyarpaqlı tayqa, alp çəmənlikləri və tundra.

Xakasiyanın dağları

Vüqarlı dağlar, bu diyarı sanki ağuşuna alaraq, təkrarolunmaz əzəmət və əsrarəngizlik ab-havası yaradırlar. Respublikanın üçdə iki hissəsi dağlardan ibarətdir: qərbdə - Kuznetsk Alatausunun şərqi yamacları, cənubda- Qərbi Sayanın şimal yamacları və sıra dağları yerləşir. Turistlərə bu dağ sistemləri fəal istirahət üçün müxtəlif imkanlar təklif edir: dağlara yürüşlər, xizək turları, dağ çaylarında gəzintilər, alpinizm, kvadrosikl vasitəsilə səfərlər.

Xakasiyanın bozqır hissəsinin dağları geoloji kuesta formasına malikdirlər - yəni dağın bir yamacı maili, digəri isə sıldırımdır. Xakasiyada bu cür zirvələr və sıra dağlar çoxdur. Parlaq nümunə - Kunya dağı, 500 metrdən çöx hündürlüyə malikdir, Ust-Abakan qəsəbəsinin yaxınlığında, Krasnoyarsk su anbarının sol sahilində yerləşir. Onun cənub-qərb və cənub yamacları, digərlərindən fərqli olaraq mailidirlər. Bir zamanlar onu təbii qala, düşmən hücumlarından sığınacaq kimi istifadə edirdilər, həmçinin burada günəşə sitayiş ayinlərini keçirdirdilər. Kunya - həmçinin qayaüstü rəssamlıq abidəsidir: dağın yamacında iki iri petroqlif yerləşir. Ən qədim rəsmlər eramızdan əvvəl II minilliyə aiddir.

Xakasiyanın ən əsrarəngiz təbii diqqətəlayiq məkanlarından biri - Sunduki (Sandıqlar) sıra dağlarıdır, hündürlüyü 200 metrə çatan beş biri-birindən ayrı dağdan ibarətdir. Öz adını bu dağlar silsiləsi zirvəsi görünüşcə sandığı xatırladan ən şimal dağına görə alıb. Alimlər Sunduki dağlarını planetimizin ən qədim rəsədxanası adlandırırlar. Burada bir çox bənzərsiz arxeoloji obyektlər tapılıb, o cümlədən, qədim qəbiristanlıqlar, qayaüstü rəsmlər və qədimdə ulduzları, günəşi, ayı izləmək üçün istifadə edilən xüsusi qurğular. Həmçinin burada dünyanın ən qədim qayaüstü rəsmlərindən biri olan "Ağ at" rəsmi yerləşir.

Xakasiyanın su ehtiyatları

Dağlararası hövzədə yerləşməsi sayəsində respublikada su obyektlərinin, demək olar, bütün növlərinə rast gəlmək olar: dağ və bozqır çayları, bataqlıqlar, şirin və şor göllər, bulaqlar, qrunt suları, kanallar və su anbarları. Ən iri çay - Yenisey, Xakasiya və Krasnoyarsk diyarının əraziləri arasında təbii sərhəd kimi çıxış edir. Respublikanın ikinci ən iri çayı - Yenisey çayının sol qolu, Abakan çayıdır.

Respublika ərazisində ölçülərinə, axarlıq və şorluq səviyyələrinə görə fərqlənən 1000-dən çox göl mövcuddur. Ən iri və ən gözəl göllərdən biri olan Bere gölünün bənzərsiz xüsusiyyəti odur ki, göl qum zolağı (bərzəx) ilə ayırılıb, gölün bir yarısında su az duzlu, digər yarısında isə şirindir.

Xakasiyanın ən məşhur gölü olan Şira gölü bölgənin vizit kartı hesab olunur. Göl mənzərələri, təmiz havası və mineral suların və müalicəvi palçıqların sağlamlaşdırıcı xüsusiyyətləri ilə məşhurdur. Tus gölünü "Xakasiyasayağı Ölü dəniz" adlandırırlar: buraya həm istirahət etməyə, həm də müalicə almağa gəlirlər. Onun minerallaşması səviyyəsi - 1 litr suya 275 qramdır. Gölün səthində döşəkdəki kimi uzanmaq olar, bu da suyun tərkibində duzun miqdarı çox olduğuna görədir.

Xakasiyanın ən əsas görməyəlayiq su məkanlarından biri və bu bölgənin incisi - İvanov gölləri. Buranı çox vaxt Sibir İsveçrəsi adlandırırlar. Göllər Priiskovı qəsəbəsinin yaxınlığında, Kuznetsk Alatausu dağlarının arasında, Ararat və Bobrovaya dağlarının ətəklərində yerləşirlər. Bu məkan onunla fərqlənir ki, ətrafdakı dağların zirvələrində və yamaclarında olan buzlaqlar və qarlıqlar yayın ortalarına qədər ərimir. Göllər biri-birinə çayların və bulaqların vasitəsilə axan dörd su hovuzundan ibarət şəlalə şəklindədir.

Xakasiyanın mağaraları

Respublikanın vacib təbii abidələrindən biri - karst mağaralarıdır. Onların çoxunda qədim insan duraqları və qayaüstü rəsmlər aşkarlanıb. Xakasiyada Rusiyanın ikinci ən uzun mağarası yerləşir - Pandora qutusu: onun dəhlizlərinin uzunluğu 18 kilometrə, dərinliyi isə - 183 metrə çatır. Daxilində bir çox şəlalələr, küyüllər, quyular və zallar və təxminən 400 olduqca şəffaf göl var. Kaşkulak mağarası ölkənin ən qədim mağaralarından biridir və öz müəmmalı hadisələri ilə məşhurdur, alimlər bu hadisələri maqnit sahəsində baş verən dəyişikliklər ilə izah edirlər.

Xakasiya təbiətinin bu qədər möcüzəvi və müxtəlif olduğunu bilirdinizmi? Növbəti dəfə biz bu bölgənin heyvanlar aləmi haqqında söz edəcəyik.

[}item{]