Əvvəlki fəsillərdən birində biz Xakasiyanın heyrətamiz təbiəti haqqında danışmışdıq, bu gün isə Sibirin bu möcüzəvi bölgəsinin flora və faunası haqqında bəhz etmək istəyirik.
Nəbati örtüyün özünəməxsusluğu
Respublikanın iqlimi və coğrafi xüsusiyyətləri nəbati aləmin müstəsna müxtəlifliyi üçün müsbət şəraitlər yaradırlar. Xakasiyada 1500-dən çox müxtəlif bitki növü bitir, onların bir çoxu - endemik bitkilərdir. Burada bozqır və çəmənlik bitkiləri ilə yanaşı, yüksək dağlıq ərazilərinə və tayqa bölgələrinə də rast gəlmək olar.
Meşə massivlərinin əksər hissəsi dağlıq meşələrin payına düşür, və onlarda iynəyarpaq ağac növləri üstünlük təşkil edir - qaraşam, küknar, sidr, ağşam, şam ağacları. Bozqır və meşə-bozqır bölgələrdə tozağaclar, daha nadir hallarda isə - əsməqovaqlar və qovaqlar bitir. Bozqır bitkilərindən cil, ağot, çiy, qırtıckimilər fəsiləsinə aid bitkilər yayılıb, çəmənlik bitkiləri isə müxtəlifotlu-taxıllı bitkilər ilə təsvir edilib: cır yulaf, yonca, çəmənlik ətirşahı və sair. Yüksək dağlıq tundrada mamırlar və şibyələr üstünlük təşkil edir, bataqlıq ərazilərin bitkiləri isə qamış, qarğı, cil bitkiləri ilə təsvir edilib.
Xakasiya ərazisində təxminən 300 növ müalicəvi bitki bitir: boymadərən, dazı, yovşan, işırğan, dərman sincanotu və s.
Ən nadir və ən məşhurları
Xakasiyanın Qırmızı kitabına daxil məşhur bitkiləri arasında adi süpürgə kolu, altay zəngçiçəyi, zöhrəçiçəyi, bahar xoruzgülü var. Xakasiyanın və respublika paytaxtının rəmzi olan asiya üzgəcotu "Sibirin nadir və nəsli tükənən bitkiləri" Qırmızı kitabına daxildir. Bu gözəl narıncı və ya sarı rəngdə çiçək uzaqdan od parçasını xatırladır və, gözəlliyindən savayı, həmçinin öz müalicəvi xüsusiyyətləri ilə də məşhurdur.
Xakasiya üçün səciyyəvi olan daha bir bitki - yabanı süsən gülüdür. Uzunsov cod yarpaqlardan ibarət, ilk baxışda, görkəmsiz bu kol yayın əvvələrində çiçək açır, nəticədə respublikanın çölləri və çəmənlikləri bənövşəyi "xalça" ilə örtülür. Uşaqlar tez-tez süsənlərin cavan yarpaqlarını dərir və onlardan tütək düzəldirlər.
Xakasiyada hamının sevimlisi olan kəklikotu bitir, burada onu "irben" adlandırır, tez-tez çaylara əlavə edir və tibbi məqsədlərdə istifadə edirlər. Kəklikotundan savayı yerli ot çaylarına saqaan-dali, qaraqınıq, bergeniya, ensizyarpaq yağıotu (ivan-çay), itburnu, ballınanə əlavə edirlər. Qidada istifadə olunan Xakasiyanın sevimli yabanı bitkiləri arasında sidr qozalarının toxumları, mərcangilə, qaragilə, doqquzdon, qarağat giləmeyvələri da var.
Xakasiyanın heyvanları
Xakasiyanın heyvanlar aləmi həmçinin müxtəlif və bənzərsizdir. Respublika ərazisində 75 növ məməlilər yaşayır. Qonur ayılar, nəhəng sığınlar, marallar, şimal maralları, vaşaqlar, Sibir porsuğları, canavarlar bu yerlərin daimi sakinləridir. Xakasiyada samurlara, qunduzlara, zolaqlı sincablara (burunduklara), tülkülərə, sincablara, kirpilərə rast gəlmək olar. Çay hövzələrində - dovşanlar və su samurları, yüksək dağlıq çəmənliklərdə isə tarla siçanları, köstəbəklər, yersiçanları (yereşənlər), cunqar dağsiçanları yaşayır. Xakasiyanın nadir heyvan növləri arasında irbis, arxar, sibir şimal maralı, sibir keçisi, çay samuru var.
Xakasiyanın göllərində və çaylarında təxminən 40 növ balıq yaşayır: sibir nərə balığı, lenok balığı, çökə, sibir bel balığı, xarius, alabalıq. Respublikada 337 növ quş yaşayır, onların arasında - bildirçin, daur kəkliyi, sibir çəkçəkisi. Hövzələrdə bataqlıq bayquşuna, adi qəşəng durnaya, yaşılbaş ördəyə, bizquyruq ördəyə rast gəlmək olar. Bozqır ərazilərdə çibiş bibikinə, sarı quyruqsallayan, büldürük, vələmirquşu quşları yaşayır. Yırtıcı quşlardan respublikada qara çalağan, qırğı, ütəlgi-qızılquş var.
Xakasiyanın zəngin təbiəti
Flora və faunanın müxtəlifliyi Xakasiyanı turistlər və ekoloqlar üçün bənzərsiz və cazibədar bir diyara çevirir. Təbii sərvətlərin tədqiqi və mühafizəsi, bütün növlərin sabit mövcudluğunun təmin edilməsi - bölgədə ekoloji müvazinətin saxlanılması və bölgənin inkişafı üçün mühüm məsələdir.
Ümidvarıq ki, bizim məlumatlarımız sizlərə Xakasiya haqqında daha çox öyrənməyə və Sibirin bu diyarının gözəlliyinə qərq olmağa kömək etdi, və siz bu diyarı indi mütləq öz gözlərinizlə görmək istəyəcəksiniz!