Saxa Respublikasi (Yakutiya) haqqında nələr bilirik? Bu, Şərqi Sibirin şimalında yerləşən möcüzəvi bir diyardır - burada ildən-ilə daha çox turist super-soyuğu sınamağa, yerli mədəniyyət ilə tanış olmağa və öz gözləri ilə məşhur "Lena sütunlarını", Tukulan qum təpələrini, Buluus buzlağını və digər təbii abidələri görməyə can atır.
Səfərlərin başlanğıc nöqtəsi kimi hər zaman respublikanın paytaxtı Yakutsk şəhəri çıxış edir. Burada hər kəs öz ürəyincə nələrsə tapacaq: tarixsevərləri Mamontlar muzeyi sevindirəcək, şimal ab-havasına baş vurmaq istəyənlərə isə "Əbədi donuşluq aləmi" muzeyini ziyarət etməyə dəyər - hətta yayda belə burada mənfi temperaturdur.
Biz bu möcüzəvi şəhər haqqında 10 fakt topladıq, və onlar sübut edir: Yakutsk - sadəcə xəritə üzərində bir nöqtə deyil, əsl fenomendir.
1. Sibirin ən qədim şəhərlərindən biri
Yakutsk Novosibirskdən 261 il və İrkutskdan 29 il böyükdür.
2. Rekord temperaturlar şəhəri
İqlim burada kəskin kontinentaldır: yanvar ayında orta temperatur təxminən -40 °С-dir, lakin bəzən şaxtalar -60 °С-yə qədər çata bilər. Eyni zamanda yayda hava +40 °С-yə qədər isinir. İllik temperaturların amplitudası burada 100 °С-yə yaxındır.
3. Zəhmətkeş hava limanı
Sərt hava şəraitlərinə görə Yakutsk hava limanını vaxt aşırı təyyarələrin qəbulu üçün bağlayırlar, bu da yerli təyyarəçiləri - əsl aslara, gəlişi isə səbirzliklə gözlənilən bir hadisəyə çevirir.
4. XIX əsrdə gəzinti
Şəhərdə qədim abidələr, demək olar ki, qalmayıb, lakin "Köhnə şəhər" məhəlləsi inqilabdan əvvəlki Yakutskun ab-havasını bərpa etməyə kömək edir. Bu məhəllədə güclü yanğından sonra fotoşəkillər və rəsmlər əsasında bərpa edilmiş XIX əsrin yaşayış və inzibati binaların surətləri yerləşir.
5. Mas-restlinq: çubuqla (ağacla) güləş
Dünyanı fəth etmiş Yakutiyanın milli idman növü. Yarışmalar çox təsirli görsənir: iki rəqib biri-birinin qarşısında oturur, ayaqlarını taxtaya dirəyir və, bütün əzələ qruplarını işə salaraq, qısa çubuğu çəkişdirir. 2014-cü ildən burada dünya çempionatı keçirilirdi.
6. Nəqliyyat paradoksu
İctimai nəqliyyatdan şəhərdə yalnız avtobuslar və marşrut taksiləri fəaliyyət göstərir. Dəmir yol nəqliyyatı Yakutskda mövcud deyil. Moskvadan gələn qatar sizi yalnız paytaxtdan 30 km məsafədə yerləşən Nijni Bestyax stansiyasına qədər çatdıracaq.
7. Bir alətin musiqisi muzeyi
Yakutskda dünyada yeganə Varqan (xomus) musiqisi muzeyi yerləşir. Bu muzeyin kolleksiyasına dünya xalqlarının musiqi folkloruna aid 1700-dən çox relikt alət daxildir.
8. Nazik ayaqlar üstündə şəhər
Əbədi donuşluğa görə burada evləri 6 metr dərinə quraşdırılan sütunlar üzərində tikirlər. Bu cür "ayaqlar" ona görə lazımdır ki, evin bünövrəsi torpağı isitməsin və bina dayanıqlı olsun.
9. Sərhədsiz kitabxana
1967-ci ildən bəri Yakutskda görmə qabiliyyəti zəif və ya bu qabiliyyətini itirmiş insanlar üçün misilsiz bir kitabxana fəaliyyət göstərir. Burada insanlara istənilən əlverişli daşıyıcılar üzərində və istənilən formatda kitabları oxumağa kömək edirlər. Bugün 2000-dən çox oxuyucu onun xidmətlərindən istifadə edir.
10. Həyətdə elm şərəfinə qoyulan abidə
Şəhərin mərkəzində dərinliyi 116,6 m olan Şergin mədəni yerləşir. Onu 1827-ci ildə tacir Fyodor Şergin öz evinin həyətində qazmağa başladı. Məhz burada dünyada ilk dəfə çoxmetrlik dərinlikdə dağ süxurlarının mənfi temperaturu ölçülmüşdü.
Yakutsku layiqincə Rusiyanın şimali incisi adlandırırlar. Bu şəhərin sərt görünüşü onun inanılmaz dərəcədə isti qəlbini gizlədir, şəhərin sirrləri isə buranı şəxsən ziyarət etmək istəyənləri gözləyir!
Əminik, siz bilirdiniz ki, Sibir hədsiz-bucaqsızdır. Amma onun bu qədər çoxtərəfli olduğunu bilirdinizmi?