Fərdi məlumatlarımın toplanılmasına və işlənilməsinə razılıq

Mən, az.siberianhealth.com saytında (bundan sonra – “Sayt”) Məsləhətçi və ya İmtiyazlı müştəri qismində qeydiyyatdan keçərkən fərdi məlumatlarını təqdim etmiş fiziki şəxs (bundan sonra – “Fərdi məlumatların subyekti”), bununla “SİBİRSKOYE ZDOROVYE BAKI” MMC-yə (VÖEN: 1401879571) (bundan sonra – “Şirkət” və ya “Operator”) aşağıdakı şərtlərlə fərdi məlumatlarımın toplanılmasına və işlənilməsinə razılığımı verirəm:

1. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədləri
Fərdi məlumatların toplanılması və işlənilməsi istifadəçilərin qeydiyyata alınması və identifikasiyası, şəxsi kabinetin yaradılması və idarə edilməsi, Saytın fəaliyyətinin təmin edilməsi, sifarişlərin işlənilməsi və icrası, ödənişlərin həyata keçirilməsi və məhsulların çatdırılması, müştəri dəstəyinin göstərilməsi, Şirkətin məhsulları, xidmətləri və təklifləri barədə məlumatlandırma, marketinq araşdırmalarının və sorğuların keçirilməsi, habelə Saytın və təqdim olunan xidmətlərin təkmilləşdirilməsi məqsədilə həyata keçirilir.

2. Fərdi məlumatların siyahısı və onların işlənilmə əməliyyatları
Bu Razılıq qeydiyyat zamanı və Saytdan istifadə prosesində mənim tərəfimdən təqdim edilmiş aşağıdakı fərdi məlumatlara şamil edilir: soyad, ad, cins, doğum tarixi, poçt ünvanı, çatdırılma ünvanı, telefon nömrələri, elektron poçt ünvanı, hesab məlumatları və qeydiyyat nömrələri, seçilmiş satış məntəqəsi, mentor və müvafiq işgüzar əlaqələr haqqında məlumatlar, sifarişlər, alışlar, ödənişlər, bonuslar və digər əməliyyatlar haqqında məlumatlar, şərhlər, dəstək xidmətinə müraciətlər, habelə Sayt vasitəsilə könüllü olaraq təqdim etdiyim digər məlumatlar.
Bu Razılıq fərdi məlumatlarla bağlı aşağıdakı əməliyyatları əhatə edir: fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi və məhv edilməsi.

3. Fərdi məlumatların ötürülməsi və saxlanılması
Mən Operator tərəfindən Saytın fəaliyyətinin təmin edilməsi, məlumatların saxlanılması və işlənilməsi, texniki inzibatçılıq, sifarişlərin çatdırılması, ödənişlərin həyata keçirilməsi və müştəri dəstəyinin göstərilməsi məqsədilə cəlb edilən üçüncü şəxslərə, habelə seçdiyim Rəhbərə (“İstifadəçi razılaşması”nda verilmiş tərifə uyğun olaraq) zəruri həcmdə fərdi məlumatlarımın ötürülməsinə razılıq verirəm.
Mənə məlumdur və aydındır ki, fərdi məlumatların Operatorun tapşırığı əsasında saxlanılması və avtomatlaşdırılmış qaydada işlənilməsi Rusiya Federasiyasında qeydiyyata alınmış “Sibirskoye zdorovye” Beynəlxalq şirkəti” MMC tərəfindən, o cümlədən Rusiya Federasiyasının ərazisində yerləşən serverlərdə həyata keçirilir. Bununla, göstərilən məqsədlər üçün fərdi məlumatlarımın Rusiya Federasiyasına transsərhəd ötürülməsinə razılıq verirəm.

4. Razılığın qüvvədə olma müddəti və geri götürülməsi şərtləri
Bu Razılıq təqdim edildiyi andan qüvvəyə minir və fərdi məlumatların işlənilməsi məqsədlərinə nail olunanadək, qanunvericiliklə müəyyən edilmiş saxlanılma müddətləri başa çatanadək və ya Fərdi məlumatların subyekti tərəfindən geri götürülənədək qüvvədə qalır.
Mən bu Razılığı Operatora destekaz@sibvaleo.com elektron poçt ünvanına müvafiq yazılı bildiriş göndərməklə geri götürmək hüququna malikəm. Tətbiq olunan qanunvericiliklə fərdi məlumatların sonrakı saxlanılması və işlənilməsi nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların silinməsi müvafiq müraciət daxil olduqdan sonra həyata keçirilir.

5. Fərdi məlumatların məhv edilməsi və arxivləşdirilməsi
Saxlama müddəti bitdikdən sonra, fərdi məlumatlar, onların sonrakı saxlanması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulduğu hallar istisna olmaqla, məhv edilməlidir.
Bu Razılığı qəbul etməklə, Operatorun “Məxfilik Siyasəti” ilə tanış olduğumu, fərdi məlumatlarımın işlənilməsi məqsədlərini, həcmini və şərtlərini başa düşdüyümü və bu Razılığı könüllü olaraq verdiyimi təsdiq edirəm.

Başqa sualınız var?
Xidmət və çatdırılma ilə bağlı hər hansı bir sualınız varsa, call-centre müraciət edə bilər və ya e-mail elektron ünvanına yaza bilərsiniz:

[}item{]