Terminlər:
Siberian Wellness / "Sibirskoye zdorovye" Korporasiyası (daha sonra Şirkət) - "Sibirskoye zdorovye" və əlaqədar məhsul qrup nişanları ilə məhsulların təşviqi və satışı ilə məşğul olan bir qrup şirkətdir.
Satıcı – "Sibirskoye Zdorovye" MMC hesab olunur. AZ1095 şəh. Bakı, Səbail rayonu, Bülbül pr, ev 14, Nizami küç, ev 70.
İnternet-mağaza - Satıcıya məxsus və İnternet ünvanı olan az.siberianhealth.com bir saytdır, o Müştərilərə imkan verir:
• Satıcı tərəfindən Müştərilərə təklif olunan malların təsviri, ödəniş və çatdırılma şərtləri ilə tanış olmaq
• Sifarişi tərtib etmək.
İstifadəçi – Şirkətdə Məsləhətçi və ya İmtiyazlı müştəri statusuna malik olan Saytın ziyarətçisidir.
Ziyarətçi – Məsləhətçi və ya İmtiyazlı müştərinin qeydiyyat prosedurunu keçməmiş, amma Saytda yerləşdirilmiş məzmuna baxmaq imkanına malik olan Saytın potensial istifadəçisidir.
Məsləhətçi - Şirkətlə müqavilə bağlayan, məhsulları şəxsi istifadəsi üçün alan, digər insanlara tövsiyə edən və şirkətin məhsulları və fəaliyyəti üçün müntəzəm və ya qeyri-müntəzəm olaraq informasiya və təbliğat fəaliyyətini həyata keçirən şəxsdir. Məsləhətçi Razılaşması, İstifadəçi Sazişində nəzərdə tutulmuş qaydada saytda və ya SW Mağazasında-də bağlana bilər. Əgər Məsləhətçi Şirkətlə əməkdaşlığı sistematik xarakter daşıyacaqsa və Məsləhətçinin gəlirinin sistematik almasına yönəldiləcəksə, o, öz ölkəsinin qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə qeydiyyatdan keçməlidir.
İmtiyazli müştəri - Şirkətin məhsullarını şəxsi istifadəsi üçün alan və digər insanlara tövsiyə edə bilən, Şirkətlə Qeydiyyat Sazişinə bağlayan bir şəxsdir. İmtiyazlı Müştərinin Qeydiyyat Razılaşması, İstifadəçi Sazişində nəzərdə tutulmuş qaydada saytda və ya SW Mağazasında bağlana bilər.
Müştəri – Saytın istifadəçisi olan, İnternet mağazanın köməyi ilə Sifarişləri formalaşdıran və ya Sifarişdə malı qəbul edən şəxs kimi göstərilmiş və fərdi sahibkarlıqla əlaqəsi olmayan,yalnız şəxsi, ailə, ev və digər ehtiyaclar üçün İnternet mağazasının istifadəsiylə əldə edilmiş mallardan istifadə edən, tamamilə bacarıqlı fiziki şəxsdir.
Saytın administrasiyası– Saytın istifadəsini müəyyənləşdirən, onun işini idarə edən, Razılaşmanın İstifadəçilər tərəfindən icrasına nəzarət edən Şirkətin bir qrup işçisi və onun səlahiyyətli nümayəndələridir.
Məzmun - mətnlər, təsvirlər, ticarət nişanları, loqotiplər, hipermətn istinadları, audiovizual əsərlər, musiqi əsərləri, ədəbi əsərlər, təqdimatlar, EHM üçün proqramlar, mobil telefonlar, onların fraqmentləri, informasiya, digər obyektlərlərdir.
Çatdırılma xidməti - Satıcı ilə müqavilə əsasında müştərilərə malların çatdırılması üçün xidmət göstərən üçüncü tərəf.
Məhsul – vətəndaş dövriyyəsindən çıxardılmış və İnternet mağazasının istifadəsiylə satışa təqdim edilmiş maddi dünyanın obyektidir.
Sifariş - İnternet-mağazada dərc edilmiş malların kataloqdan istifadə edərək seçərək , göstərilən ünvanına çatdırmaq üçün, düzgün formada yerinə yetirilmiş Müştəri sorğusudur.
Müştərilərlə iş üzrə xidmət - Saytın və İnternet-mağazanın istifadəsi ilə bağlı məsələləri həll etməyə kömək edən xidmətlərdir (qaynar xətt, Sayt üzrə geribildiriş).
Səbət - Müştərinin İnternet-mağazada seçdiyi məhsulların siyahısıdır.
Məxfi məlumat - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun sahibi tərəfindən məhdudlaşdırıla bilən məlumatdir.
Şəxsi kabinet – istifadəçiyə yalnız avtorizasiyadan sonra istifadəyə icazə verən və istifadəçinin şəxsi informasiyasını özündə saxlayan bir Sayt bölməsidir.
Şəxsi hesab – Sayta daxil olmaq üçün istifadə edilən istifadəçinin şəxsi məlumatlarıdır.
Satıcı təklifi - Saytda satışa təqdim olunan mallar barədə mövcud qiymətlər və Satıcının mövcud tariflərinə uyğun şərtlər əsasında olan əlverişli məlumatdır.
Xüsusi təklif - Saytda məhsulların alınması üçün endirimlər, hədiyyələr, digər xüsusi şərtlər barədə məlumatı özündə toplayan Satıcı təklifidir. Satıcı təklifin xüsusi olduğunu qeyd etməyə məcbur deyil.
Bonus - Satıcının müəyyən etdiyi şərtlərə əsasən Xüsusi təklif üzrə tərtib edilən və Müştərinin Sifarişinə Satıcı tərəfindən əlavə olaraq təklif edilən məhsuldur. Bonus, mal və ya digər məhsul ola bilər.
Məsləhətçi Sazişi- Siberian Wellness/ "Sibirskoye zdorovye" kimi bir qrup şirkət və ya Siberian Wellness/ "Sibirskoye zdorovye" Korporasiyasının Məsləhətçisi olmaq istəyini bildirən fiziki şəxs arasında bağlanmış müqavilədir.
Ballar - Şirkətin hər bir məhsulu üçün fərdi olaraq müəyyən edilmiş sabit rəqəmsal göstəricidir.
Rəhbər - Şirkət ilə əməkdaşlıq etmək üçün Namizəd (Məsləhətçi və ya İmtiyazlı Müştəri) dəvət edən Məsləhətçi və ya İmtiyazlı Müştəri, Şirkət tərəfindən Rəhbər kimi qeydiyyatdan keçmiş və cəlb edilmiş şəxslərin təlimi, təhsili və rəhbərləyi üçün informasiya dəstəyini təmin edən şəxsdir.
SIBERIAN WELLNESS mağazası, SW mağazası - "Sibirskoye zdorovye", Siberian Wellness ticarət nişanları olan məhsulların, habelə tədris ədəbiyyatının və brendin digər çap məhsullarının satışı üçün nəzərdə tutulmuş ixtisaslaşmış bir mərkəzdir; Müştərilərə, imtiyazlı müştərilərə və Məsləhətçilərə xidmət göstərmək; “Sibirskoye zdorovye”, Siberian Wellness ticarət nişanları ilə Məsləhətçilərin biznesini dəstəklənməsi və ya məhsulların tanıtımına kömək edən təqdimatlar, master-klasslar, görüşlər və ya digər tədbirlərin keçirilməsi; Müştərilər və İmtiyazlı Müştərilər tərəfindən məhsullar və aksiyalar və ya Məsləhətçilər tərəfindən biznes-məlumatlar.
- İnternet-mağazası haqqında ümumi müddəalar
- İnternet mağazanın məsafədən satışının indiki Şərtləri (daha sonra-Şərtlər) , İnternet-mağazanın az.siberianhealth.com (daha sonra İnternet-mağaza) aid olduğu Müştəri və Satıcı arasında olan münasibətləri tənzimləyir. Bu bölmə Müştəri tərəfindən onlayn mağazada alış-veriş etmək şərtləri və qaydalarını müəyyənləşdirir, Razılaşma tərəflərinin hüquq və öhdəliklərini, habelə İnternet-mağazadan istifadə şərtləri və qaydalarını pozduğuna görə Müştərinin məsuliyyətini müəyyən edir.
- Müştəri, kassa və əmtəə qəbzini aldığı andan və ya Müştərinin İstifadəçi Razılaşmasını təsdiqləyən şərtlər ilə məhsulu əldə etmək niyyətində olduğu haqqda Satıcıya mesaj göndərildiyi andan və İnternet-mağazanın Səbətindəki "Ödəniş" linki üzrə keçdiyi andan etibarən bu Şərtlərin hər bir bəndi ilə razılaşır.
- Saytda Sifariş verən və Şirkətdə, İstifadəçi Razılaşmasını və Əməkdaşlıq Standartları ilə müəyyən edilmiş qeydiyyat prosedurunu keçən istənilən İstidadəçi, İnternet-mağazanın Müştərisi ola bilər.
- İnternet-Mağaza Satıcı tərəfindən idarə olunur.
- Satıcı və Müştəri arasında olan münasibətlər bu Şərtlərlə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik normalarıyla tənzim edilir.
- Bu şərtlər, eləcə də İnternet-mağazada təqdim olunan məhsul haqqında məlumatlar Azərbaycan Respublikasının mülki məcəlləsinin 402 maddəsinə uyğun olaraq müqavilə üçün dəvətnamədir.
- Bu Şərtlərin mövzusu Internet-mağaza müştərilərinə məsafədən məhsul satışıdır.
- İnternet-mağazadan istifadə edərək məhsul sifariş etdikdə, Müştəri bu Şərtlərə qoşulur və bu Şərtlərlə nəzərdə tutulmuş bütün qaydalara əməl etmək və bütün təlimatları icra etmək mücburiyyətindədir.
- İnternet-mağaza Müştərilərə aşağıdakı məhsul kateqoriyalarına sifariş yerləşdirmək imkanı verir: qida məhsulları, parfümereya, kosmetika, aksessuarlar və İnternet- mağazada satılan digər məhsul növləri.
- Müştəri bütün xidmətlərin İnternet-mağazanın daxili qaydalarına uyğun olaraq verildiyini qəbul edir. İnternet mağazasının istifadəsiylə Sifarişi tərtib etmək üçün, Müştərinin İnternetə qoşulmuş kompüteri və ya başqa qurğusunun olması tələb olunur, eləcə də qeydiyyat prosedurunu keçməsi lazımdır (İstifadəçi Razılaşmasının müvafiq hissələrinə bu link üzrə baxa bilərsiniz) Müştəri, İnternetə daxil olmaq hüququ əldə etmək, zəruri avadanlıq və proqram təminatının alınması və istifadəsi ilə bağlı bütün məsələləri müstəqil şəkildə və öz hesabına həll edir.
- Müştəri və Satıcı arasında olan münasibətlərə Azərbaycan Respublikasının hüququ tətbiq edilir.
- Sifarişi tərtib etmə şərtləri
- Sifarişi tərtib etmək üçün, Müştəri Məsləhətçinin Saziş nömrəsini və ya İmtiyazlı Müştərinin Fərdi Kartının nömrəsini və fərdi şifrəsini istifadə edərək İntermet-mağazada avtorizasiya olunmalıdır.
- Saytda və İnternet-mağazada İmtiyazlı müştəri və ya Məsləhətçi qismində avtorizasiya olunmaq üçün login və şifrənin olmadığı halda, İnternet-mağazanın ziyarətçi ilk alış-verişi həyata keçirilməsiylə birlikdə qeydiyyatın sadələşdirilmiş prosedurunu da keçə bilər.
- İstifadəçi, sadələşdirilmiş qeydiyyatdan keçərkən, Şifarişin rəsmiləşdirilməsi formasında müvafiq işaraləri qoyaraq və "Ödəniş" linki üzrə keçərək İstifadəçi Sazişinin bütün şərtləri, Məxfilik siyasəti və verilmiş Şərtlər ilə şərtsiz olaraq razılaşır.
- Sadələşdirilmiş qeydiyyatdan İmtiyazlı müştəri kimi keçdikdə, İstifadəçi onlayn-formanın uyğun olan sahələrində öz soyadını və adını, elektron poçt ünvanını və əlaqə nömrəsini göstərməlidir.
- Sadələşdirilmiş qeydiyyatdan keçməklə, İstifadəçi Şəxsi məlumatlarını Məxfilik siyasəti çərçivəsində, sahibi MMC "Siberian Wellness" Beynəlxalq şirkəti" olan Şəxsi məlumatlar operatoruna ötürülməsi ilə razılaşır.
- İstifadəşi, Sifarişi İnternet-mağazada ödəyərkən, fəaliyyətin və bu Şərtlər çərçivəsində xidmətlərin göstərilməsinin həyata keçirilməsi məqsədi ilə sonrakı emalı üçün, məlumatlarınnı, Şəxsi məlumatlar operatorundan "Sibir logistik mərkəzi" MMC-yə ötürülməsi ilə razılaşır.
- İsifadəçi Razılaşması və Əməkdaşlıq Standartlarında nəzərdə tutulan hər hansı bir qeydiyyat növündə, Müştəri tərəfindən göstərilən məlumatın dəqiqliyinə və düzgünlüyünə görə Satıcı məsuliyyət daşımır.
- İstifadəçi, qeydiyyat zamanı göstərilən login və ya fərdi nömrə və şifrəsini üçüncü şəxslərə açıqlamamağı öz üzərinə götürür. İstifadəçidə Şəxsi hesabının təhlükəsizliyi və ya üçüncü şəxslər tərəfindən icazəsiz istifadəsi ehtimalı ilə bağlı şübhə yarandıqda, İstifadəçi, Şəxsi kabinetdə "Geri bağlantı" bölməsində və ya destekaz@sibvaleo.com elektron poçt ünvanı üzrə sorğu göndərmək haqqda Sayt Administrasiyasına dərhal məlumat verməyi öz üzərinə götürür. Bundan əlavə, İstifadəçi şəxsi hesabında istənilən vaxt şifrəsini dəyişə bilər.
- Satıcı Müştərinin hesabını silmək və ya indiki Razılaşmanın şərtlərini Müştəri tərəfindən pozulması zamanı İnternet-mağazaya girişini dayandırmaq hüququna malik olduğu haqqda Müştəriyə xəbərdalıq edilir.
- Müştəri, məhsulu almaq qərarını dəyişdirmək və Sifarişi qəbul etməzdən əvvəl istənilən vaxt imtina etmək, məhsulu Müştəriyə verildiyi günü nəzərə almadan, alındıqdan sonra 7 gün ərzində qaytarılmasını həyata keçirmək hüququna malikdir. Məhsulun qaytarılması, təqdimat görünüşü, istehlakçı xüsusiyyətləri, habelə göstərilən malların alınması faktını və şərtlərini təsdiq edən sənədin saxlanılması halında mümkündür. Sifarişdən imtina etmə və məhsulların qaytarılması qaydaları prosedurları 7-ci Bölmədə təsvir edilmişdir.
- Sifarişin tərtibatı və icrası müddəti
- Sifariş İnternet-mağazada Sifarişçi tərəfindən müstəqil şəkildə verilə bilər. Sifarişin tərtibatının təfərrüatları Saytda Necə sifariş vermək olar bölməsində təsvir edilmişdir.
- Sifarişi tərtib edən zaman Müştəri aşağıdakı məlumatları təqdim etməlidir:
• Müştərinin və ya məhsulu Təhvil alan şəxsin adını və soyadını,
• çatdırlma ünvanı,
• əlaqə nömrəsi,
• elektron ünvan.
- Müştəri, çatdırılma ünvanı, elektron poçt ünvanı və əlaqə nəmrəsi barədə dəqiq məlumat verməyi öz üzərinə götürür. Müştəri qeyri-dəqiq və / və ya səhv məlumatları göstərdiyi halda, Satıcı Müştərinin Sifarişinin icrasına təminat vermir.
- Müştəri avtorizasiya olunmayaraq Sifariş verməklə, fərdi nömrəyə sahib olmadığını və İstifadəçi Sazişində və Şirkətin Əməkdaşlıq Standartlarında göstərilən istənilən şəkildə Şirkətdə qeydiyyatdan keçmədiyini təsdiqləyir.
- Azərbaycanın şəhərlərinə çatdırılma müddətləri ilə Müştərilər Saytda Çatdırılma bölməsində tanış ola bilərlər. Çatdırılma metodu kimi "Kuryer" variantı seçildikdə, Sifariş verildiyi gündən 4-9 iş günü ərzində Müştəri ilə çatdırılma xidmətinin operatoru əlaqə saxlayacaq və çatdırılma tarixi və vaxtını dəqiqləşdirəcək.
- Çatdırılma metodu kimi "Azər Poçt " variantı seçildikdə, çatdırılma poçt vasitəsi ilə həyata keçirilir və operator tərəfindən Müştəriyə xəbərdarlıq olunmur.
- Avtorizasiya olunmamış Müştərilər, seçilmiş malları Səbətə yerləşdirildikdən sonra 24 saat ərzində (24 saat) sifariş verə bilərlər. 24 saatdan sonra məhsul avtomatik olaraq Səbətdən silinir.
- Müştəri tərəfindən malın alınmasının son müddəti ünvandan və çatdırılma regionundan, Çatdırılma xidmətlərinin işindən asılıdır və birbaşa Satıcıdan asılı deyil.
- Satıcının anbarında sifariş olunan məhsullar olmadıqda, həmçinin Satıcıdan asılı olmayan səbəblər nəticəsində, Satıcı qeydiyyat zamanı göstərilmiş elektron ünvanına elektron məktub göndərərək Müştərini xəbərdar edir və Sifarişdən bu məhsulları çıxarmaq hüququna malikdir. Müştəri üç gün ərzində elektron mesajda göstərilən link vasitəsi ilə silinmiş məhsulları nəzərə alaraq, dəyişdirilmiş Sifarişi təsdiq etməlidir, bu halda silinmiş məhsullara görə ödənmiş vəsaitlər, Müştəriyə 7.4.1 bənddə nəzərdə tutulmuş qaydada qaytarılacaq.
- Müştəri, 3. 9-cu bənddə göstərilən qaydada üç gün müddətində dəyişdirilmiş Sifarişi təsdiq etmədikdə, Sifariş tamamilə ləğv edilir və bu Sifariş üçün ödənilən vəsait 7.4.1-ci bənddə nəzərdə tutulmuş qaydada Müştəriyə qaytarılır.
- Satıcı, Şərtlərin 3. 10-cu bəndini tətbiq etdiyi halda, Sifarişin çatdırılma vaxtını üç gün müddətində uzatma hüququnu özündə saxlayır.
- Çatdırılma
- Məhsulun çatdırılma üsulları ilə Saytda Çatdırılma bölməsində tanış ola bilərsiniz.
- Çatdırılma ərazisi Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşır.
- Satıcı Saytda göstərilən çatdırılma müddətlərinə riayət etmək üçün, bütün cəhdləri göstərəcək, bununla belə Satıcının günahı səbəbindən baş vermiş gözlənilməz şərtlər nəticəsində çatdırılmanın gecikməsi mümkündür.
- Məhsulun təsadüfən itməsi və ya təsadüfən zədələnməsi riski, Sifarişin alıcıya verildiyi andan və məhsulların çatdırılmasını təsdiq edən sənədi imzaladıqdan sonra Müştəriyə keçir. Məhsul çatdırılmadıqda, Satıcı Müştəri tərəfindən ödənilən məhsulun dəyərini Müştəri Xidmətindən malın itirilməsini təsdiqlədikdən sonra qaytarır.
- Sifarişin poçt vasitəsi ilə çatdırılması halında, risk Sifarişin göndərilməsi anından Müştəriyə keçir.
- Hər bir Sifarişin çatdırılma dəyəri, çatdırılma sahəsi, seçilən çatdırılma üsulu əsasında fərdi şəkildə hesablanır və Saytda Sifarişi yerləşdirmə prosesi zamanı göstərilir.
- Çatdırılma zamanı məhsul, Müştəriyə və ya Sifarişdə göstərilən çatdırılma ünvanında olan və Sifariş haqqında məlumat verə bilən hər hansı bir şəxsə verilir - sifarişin nömrəsini və / və ya Müştərinin (daha sonra-Alıcı) adını və soyadını təqdim edə bilən şəxs.
- Fırıldaqçılıq hallarının qarşısını almaq üçün, həmçinin maddənin 1. 7-ci bəndində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün, öncədən ödənilmiş məhsulların çatdırılmasından sonra, çatdırılmanı həyata keçirən şəxs Müştərinin və ya Qəbul edən şəxsin şəxsiyyətini təsdiq edən sənədini tələb etmək hüququna malikdir, eləcə də təqdim edilmiş sənədin növünü və nömrəsini Sifariş üzrə olan məhsulun qəbzinin üzərində qeyd edə bilər. Satıcı Müştəri və Alıcının şəxsi məlumatlarının məxfiliyini və qorunmasını təmin edir (Bölmə 8).
- Müştəri / Alıcı Sifarişə müvafiq olan bütün məhsulları qəbul etməyə və ya onları tamamilə qəbul etməməkdən imtina edir. Çatdırılmanı həyata keçirən şəxsə, məhsulun qismən geri qaytarılması mümkün deyil.
- Müştərinin/Alıcının məhsulun alması üçün Satıcı tərəfindən ayrılmış müddət məhdudlaşdırılmışdır və Sifarişin tərtibi zamanı çatdırılmanın rəsmiləşdirilməsi mərhələsində göstərilir.
- Müqavilənin 3. 5-ci bəndində göstərilən müddət ərzində məhsulun alınmaması Müştəri / Alıcının alqı-satqı müqaviləsindən imtina etməsi kimi hesab edilir və Sifarişin Satıcı tərəfindən ləğv edilməsi üçün bir əsasdır. Məhsula görə ödənilən məbləğin geri qaytarılması, ödənişin həyata keçirildiyi qaydada həyata keçirilir.
- Sifarişdə göstərilən əlaqə məlumatları vasitəsilə Müştəri və ya Alıcı ilə əlaqə saxlaya bilməməsi səbəbindən məhsulun alınmaması da həmçinin Müştəri/Alıcının alqı-satqı müqaviləsindən imtinası hesab olunur və Sifarişi ləğv etmək üçün bir əsasdır. Əgər təhvil alınmamış məhsulun ödənişi öncədən edilmişdirsə, pul vəsaitləri 7.4.1-ci bənddə nəzərdə tutulmuş qaydada Müştəriyə qaytarılır. Çatdırılma dəyəri istisna olmaqla, Razılaşma
- Poçt rabitəsi bölməsində Sifarişi əldə etdikdən sonra, Qəbul edən şəxs çatdırılmış məhsulu gözdən keçirməlidir və Azər Poçt əməkdaşlarının iştirakı ilə məhsulun açılmasını, onların sayını, çeşidini və bütövlüyünü, həmçinin malların yararlılıq müddətini və qablaşdırmanın bütövlüyü yoxlamalıdır. Çatdırılmış məhsula dair hər hansı bir iradın olduğu halda (çatışmamazlıq, göndərmə siyahısından seçilən məhsul qoşması, istehsalat keyfiyyətsizliyi, digər tələblər), Müştərinin göstərişi ilə Azər Poçtun əməkdaşları tərəfindən edilmiş uyğunsuzluqlar barədə akt tərtib edilir. Alıcı yuxarıda göstərilən qaydada heç bir irad bildirməmişdirsə, Satıcı məhsulların təhvil verilməsi üzrə öhdəliyini tam və düzgün şəkildə yerinə yetirmiş sayılır.
- Azər Poçt vasitəsi ilə çatdırılmış məhsullara iradın olması ilə əlaqədar qaytarılma zamanı, Alıcı qaytarılmış məhsullar olan bağlamaya aşağıdakı sənədləri əlavə etməlidir:
• aşkar edilmiş uyğunsuzluqlar haqqında aktın surətini,
• yollanan məhsulların siyahısının surətini,
• məhsulun qaytarılmasına dair ərizə.
- Kuryerdən məhsulu təslim alan zaman, Alıcı təslim edilmiş malları gözdən keçirmək, məhsulunun müəyyən edilmiş miqdara uyğunluğunu, çeşidini və bütövlüyünü, habelə təslim edilmiş malların yararlıq müdətini və qablaşdırmanın bütövlüyünü yoxlamalıdır. Əldə edilən məhsula dair heç bir irad olmadıqda, Alıcı təhvil-təslim Aktını imzalayır (blank Sifarişə əlavə olunacaq). Çatdırılma sənədlərindəki imza, Alıcının Sifarişə dair heç bir iradın olmadığını , yəni, Satıcının məhsulun çatdırlması üzrə öhdəliyini tam və düzgün şəkildə yerinə yetirdiyini göstərir. Təhvil-təslim aktının imzalanmasından əvvəl məhsulun fərdi qablaşdırılmasını açmaq qadağandır.
- Müştərinin ünvanında kuryer tərəfindən sərf olunan vaxt 15 dəqiqə ilə məhdudlaşdırılmışdır.
- Məhsulun təhvil alınma məntəqəsi
- Məhsulun alınma məntəqəsi ölkənin seçilmiş bölgələrində mövcuddur.
- Məhsulların alınma mıntəqəsinə çatdırılma imkanı, alınma məntəqələrinin ünvanları və onları iş saatları haqqda məlumatı istifadəçiyə, məhsulun alınması üçün yalnız bu üsulu seçdikdə verilir.
- Sifarişin alınması üçün Müştərilər sifariş vermə prosesi zamanı göstərilən e-poçt ünvanına bildirişin alındıqdan sonra 10 təqvim günü ərzində Sipariş almaq üçün alma nöqtəsində görünürlər.
- Sifarişin alınma nöqtəsində Sifarişi əldə edərkən Müştəri, sifariş nömrəsini və şəxsiyyət vəsiqəsini təqdim etməlidir və malın alınmasına dair sənədləri imzalamalıdır.
- Sifarişin rəsmiləşdirilməsi zamanı göstərilən elektron ünvanına bildiriş aldıqdan sonra 10 təqvim günü ərzində Müştəri sifarişi təhvil alacağı məntəqəyə gəlmədiyi halda, Satıcı Sifarişi ləğv etmək hüququna malikdir və menecerlər tərəfindən Müştərinin səfəri tarixi barədə bildiriş ALMADAN Sifarişin verilmə məntəqəsində Sifarişin alınmasına zəmanət vermir.
- Sifariş alacağınız məntəqənin menecerləri haqqda əlaqə məlumatlarını, Müştəri Sifarişi yerləşdirərkən E-mail ünvana göndərilən bildiriş, həmçinin Şəxsi Hesabın Sifariş tarixçəsi vasitəsi ilə tapa bilər.
- Məhsulun ödənişi
- Malların qiyməti Azərbaycan Respublikası manatında göstərilir əlavə dəyər vergisi daxildir.
- Məhsulların qiyməti İnternet-mağazada göstərilmişdir. Müştərinin sifariş etdiyi malın qiyməti düzgün göstərilmədikdə, Satıcı ilk fürsətdə Sifarişi sabit qiymətlə təsdiq etmək və ya Sifarişi ləğv etmək barədə Müştərini məlumatdırır. Müştəri ilə əlaqə saxlamaq mümkün olmadıqda, bu Sifariş ləğv edilmiş sayılır.
- Məhsulun qiyməti birtərəfli qaydada Satıcı tərəfindən dəyişdirilə bilər. Məhsulun qiyməti Sifarişin tərtib edilməsinin son mərhələsində göstərilir və Müştəri "Ödəmək" düyməsini basdığı andan etibarlıdır. Eyni zamanda Müştərinin sifariş etdiyi məhsulların qiyməti dəyişə bilməz.
- Məhsulun ödəniş üsulları ilə Saytda "Ödəniş" bölməsində tanış ola bilərsiniz.
- Ödəniş kartları vasitəsilə məhsul ödənilməsinin xüsusiyyətləri.
• Azərbaycan Respublikası Mərkəzi Bankının 10. 07. 2012-ci il tarixli 16/3 nömrəli "Ödəmə kartlarının emissiyası və ödəmə kartlarının istifadəylə edilən əməliyyatlar haqqında" nizamnaməsinə əsasən ödəniş kartları üzrə əməliyyatlar kart sahibinə və ya onun səlahiyyətli şəxsinə verilir.
• Bank kartlarının vasitəsi ilə ödəniş qaydası Saytın Ödəniş bölməsində göstərilmişdir.
• Bank kartları üzrə əməliyyatların avtorizasiyası, Müştəriyə bank kartını verən bank üzrə həyata keçirilir. Əgər bankın əməliyyatın saxta olmasına dair hər hansı bir əsası varsa, bank bu əməliyyatı həyata keçirməkdən imtina etmək hüququna malikdir. Ödəniş kartları ilə saxta əməliyyatlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsinə əsasən həyata
• Ödəmə zamanı ödəniş kartlarının müxtəlif növləri ilə yanlış istifadəsi hallarının qarşısını almaq üçün, Saytda yerləşdirilən və ödəniş kartı ilə əvvəlcədən ödənilən bütün Sifarişlər Satıcı tərəfindən yoxlanılır. Satıcı heç bir səbəb olmadan sifarişi ləğv etmək hüququnu özündə saxlayır. Sifarişin dəyəri, Sifariş ödənişini həyata keçirildiyi ödəniş kartına qayıdır.
- Satıcı məhsullara endirimlər tətbiq etmək və bonuslar proqramını müəyyən etmək hüququna malikdir. Endirim, bonuslar növləri, onların hesablanma proseduru və şərtləri Saytda göstərilib və Satıcı tərəfindən birtərəfli olaraq dəyişdirilə bilər.
- Əgər endirim/bonusların istifadəsi zamanı məhsulun hesablanmış dəyərində qəpiklər varsa, belə olan halda məhsulun dəyəri azalmaya doğru bir manata bölünən bütöv rəqəmə yuvarlaqlaşdırılmalıdır.
- Müştərinin Sifarişini göndrədikdə hər hansı obyektin sərmayə olunmasını əhatə edən marketinq fəaliyyətini həyata keçirərkən, bu investisiyaların verilməsi Müştərinin hesabına aparılır. Əlavədən imtina etmək üçün, Müştəri destekaz@sibvaleo.com ünvanından Müştəri Xidmətləri Departamentinə müraciət etməlidir.
- Sifarişdən imtina və malın qaytarılması
- Sifarişdən imtina
- Sifarişin alınması anına qədər, Müştəri istənilən vaxt Sifarişdən imtina edə bilər.
- Sifarişdən imtina etmək üçün, Müştəri qeydiyyat zamanı göstərilmiş elektron ünvandan şəxsi imzası ilə azad formada yazılı ərizənin skan edilmiş formasını destekaz@sibvaleo.com elektron poçt ünvanı üzrə göndərməlidir.
- Əgər elektron poçt ünvanına imtina ərizəsinin alınmasının anına qədər sifariş tərtib olunmamışdırsa və Çatdırılma xidmətinə verilməmişdirsə, məbləğ tam şəkildə qaytarılır.
- Əks halda, əgər Sifarişdən Çatdırılma Xidmətinə göndərildikdən sonra imtina edilirsə, Satıcı Sifarişdən çatdırılma dəyərini tutmaq hüququnu özündə saxlayır.
- Pul vəsaitləri Müştəriyə 7.4.1-ci bənddə göstərilən qaydada qaytarılır.
- Lazımi keyfiyyətli malın qaytarılması.
- Müştəri məhsulu əldə etdikdən və Aktın imzalanmasından sonra 7 gün ərzində qaytarmaq hüququna malikdir. Bunu etmək üçün, elektron ünvan vasitəsi ilə destekaz@sibvaleo.com ünvanına malların qaytarılması barədə ərizənin skan edilmiş surətini göndərməlisiniz və 7.2.4-cü bənddən göndərilmiş ünvana göndərilən poçt və ya kuryer xidmət sənədinin skan edilmiş surətini əlavə edərək bu barədə Satıcını xəbərdar etməlisiniz.
- Məhsulun qaytarılması, təqdimat görünüşü, istehlakçı xüsusiyyətləri, habelə göstərilən malların alınması faktını və şərtlərini təsdiq edən sənədin saxlanılması halında mümkündür.
- Müştəri məhsulu, müqavilənin bağlanmasını təsdiq edən sənədlərin müşayiəti ilə (qaimə fakturanın surəti, satış fakturası və hesab faktura) məhsulun təqdimat görünüşü, istehlak xüsusiyyətləri qorunması habelə məhsulun qaytarılması üçün imzalanmış ərizənin surəti ilə birlikdə qaytarmağa məcburdur.
- Məhsulun qaytarılması sənədlərlə birlikdə poçt vasitəsi ilə Bakı şəh. Yasamal rayonu, Zahid Xəlilovun küçəsi, 32 ünvanı üzrə həyata keçirilir. Pul vəsaitləri Müştəriyə , onun İnternet-mağaza üzrə Sifarişin ödənilməsi üçün istifadə etdiyi üsulu ilə, qaytarılma bildirişini aldıqdan sonra 10 gün ərzində qaytarılır.
- Lazımi keyfiyyətli malın qaytarılması.
- Məhsulun miqdarına, çeşidinə, keyfiyyətinə, bütovlüyü və ya qablaşdırmasına dair müqavilə şərtləri pozulursa, Müştəri bu pozuntular barədə satıcıya məhsulu aldıqdan sonra 20 gündən gec olmayaraq məlumat verə bilər.
- Məhsulun əksikliyi barədə zəmanət müddəti və ya yararlıq müddəti ərzində aşkar edilmişdirsə, Müştəri həmçinin Satıcıya tələblərini irəli sürmək hüququna malikdir.
- Qeyri-kafi keyfiyyətdə məhsul aşağıdakı mümkün xüsusiyyətləri olan məhsul deməkdir:
- İlkin qablaşdırmanın bütövlüyünün pozulması: tubanın tikişinin sökülməsi, flakonlardan su suzması, bankalarda qoruyucu membranın olmaması və zədələnməsi.
- Normativ sənədlərin tələblərinə cavab verməyən ilkin və istehlak qablaşdırmasının markalanması: yararlıq müddətinin qrafik tərtibatının və seriya nömrəsinin yoxluğu (istehsal tarixi, son istifadə tarixi); tutqun, ikiqat çapın mövcudluğu, mətndə düzensiz xətlərin olması, ləkələr, bulanıq çap; boya ləkələri; etkitekin olmaması.
- Məhsul təqdimat görünüşünün olmaması: əyri yapışdırılmış etiketlər, qırışların mövcudluğu, sıyrıntılar, sürtüklər, ləkələr, çirk və başqa analoji qüsurların mövcudluğu; məhsulun sızması (aralı qapaqlar, dozatorlar və s. ); əlavə vərəqlərin yoxluğu, tətbiq üzrə təlimatlar.
- Çeşidləmə (məzmun və etiket arasında hər hansı bir uyğunsuzluq). Etika və ya istifadə qaydalarına uyğun olaraq fərdi istehlakçı paketində kütlənin (məhsulun həcmi, bankadakı kapsul sayının) uyğunsuzluğu.
- Məhsulda qüsur aşkar edildiyi halda və bu Satıcı tərəfindən qeyd edilmədikdə Müştəri öz seçiminə görə tələblər irəli sürmək hüququna malikdir:
• məhsulların qüsurlarını təmənnasız şəkildə aradan qaldırılması, Müştəri və ya üçüncü tərəfdən onların düzəlişləri üçün xərclərin ödənilməsi;
• alış qiymətinin mütənasib şəkildə azaldılması;
• məhsulun bənzər markaya (model, artikul) və ya başqa markadan olan eyni məhsulun (model, artikul) alış qiymətinin müvafiq hesablanması ilə dəyişdirilməsi.
- Müştəri, bu tələbləri təqdim etmək əvəzinə, müqaviləni yerinə yetirməkdən imtina etmək və məhsul üçün ödənilən məbləğin qaytarılmasını tələb etmək hüququna malikdir. Satıcının tələbi ilə və onun hesabına Müştəri qüsurlu məhsulu qaytarmalıdır.
- Müqavilənin 7.3.1-ci bəndində göstərilən hüquqların həyata keçirilməsi üçün, Müştəri məhsulu alan zaman qaimə fakturada müvafiq xanaları dolduraraq kuryerə və ya Şirkətin xidmət Mərkəzinin menecerinə qaytarmaılıdır və ya Satıcıya sifarişin nömrəsini, Müştərinin adı, soyadı və əlaqə məlumatlarının mütləq şəkildə göstərilməsi ilə yanaşı məhsulun qaytarılmasına dair eləcə də qaytarma səbəbinin ətraflı təsviri ilə birlikdə elektron formada ərizə göndərməlidir.
- Ərizəni aldıqdan sonra 5 iş günü ərzində Satıcı Ərizəni nəzərdən keçirir və malların qaytarılması / dəyişdirilməsi prosedurunu aydınlaşdırmaq üçün Müştəri ilə əlaqə saxlayır və ya malların qaytarılması / dəyişdirilməməsi barədə Müştəriyə məktub göndərir.
- Məhsulu Müştəriyə qaytararkən məhsulu və onunla birlikdə Sifarişə dair müşayiət sənədlərini də qaytarmalıdır.
- Müştərinin alqı-satqı müqaviləsindən imtina etdiyi və məhsul üçün ödənilmiş məbləğin qaytarılmasına dair tələb irəli sürdüyü halda məhsulun dəyəri, Satıcı malın və Müştərinin yazılı Ərizəsini aldıqdan sonra 10 gün ərzində Müştəriyə qaytarılır.
- Müştəri tərəfindən qaytarılan məhsulun ekspertiza nəticələrinə əsasən keyfiyyətli məhsul kimi təsdiq edildikdə, Satıcı Müştəriyə çatdırılma üçün çəkilən xərcləri istisna olmaqla məhsula görə ödənilən pulun qaytarılması şərti ilə, məhsulu dəyişməmək hüququnu özündə saxlayır.
- Pul vəsaitlərinin qaytarılması.
- Pul vəsaitlərinin qaytarılması, Müştərinin məhsul üçün ödəniş zamanı istifadə etdiyi ödəniş üsuli ilə həyata keçirilməlidir.
- Pul vəsaitlərinin qaytarılması, məhsulun Müştəriyə qaytarılması ilə eyni zamanda həyata keçirilmədikdə, müəyyən edilmiş məbləğin geri qaytarılması Müştərinin razılığı ilə Satıcı tərəfindən aşağıdakı üsulların biri ilə edilir:
• poçt köçürməsi ilə,
• Müştəri tərəfindən göstərilən bank hesabına müvafiq məbləği köçürməklə.
- Satıcı tərəfindən kəmiyyət şərtlərinin pozulmasına dair hərəkət qaydası.
- Sifarişi alarkən Müştəri verilən malların sayını mütləq şəkildə yoxlamalıdır. Əgər məhsul alarkən Müştəri hesab-fakturada və ya qəbzdə göstərilmiş miqdarla Sifarişdə göstərilmiş faktiki miqdar fərqini aşkar edərsə, Müştəri təhvil-təslim aktında və vəsaitlərinin qaytarılmasına dair aktda bütün uyğunsuzluqları göstərməlidir.
- Məhsul üçün faktiki ödənilmiş pul vəsaitlərinin məbləği ilə alınmış məhsulun faktiki dəyərinin arasında fərqin qaytarılması, göstərilən uyğunsuzluğun təsviri aktının Satıcı tərəfindən alındıqdan sonra 10 iş günü müddətində həyata keçirilir.
- Pul vəsaitləri Müştəriyə 7.4.1-ci bənddə göstərilən qaydada qaytarılır.
- Aktın tərtib edilməsi hissəsində Müştəri tərəfindən 7.2.1-ci bəndin pozulması zamanı, Satıcı verilmiş məhsulların miqdarı ilə bağlı tələblərin təmin olunmasında Müştəriyə imtina etmək hüququna malikdir.
- Sifariş üzrə tələblərin verilməsi proseduru haqqında ətraflı məlumat, həmçinin geri qaytarılması üçün lazım olan sənədlərin siyahısı Saytda burada təqdim olunur.
- Satıcı, İnternet-mağazada sifariş edilmiş malların düzgün istifadə edilməməsi səbəbindən Müştəriyə dəyən ziyana görə məsuliyyət daşımır.
- Satıcı, müştərisi ilə olan münasibətlərindən yaranan hüquq və öhdəliklərini üçüncü şəxslərə təyin və ya başqa şəkildə ötürə bilər.
- Müştəri sifariş olunan malların satış üçün və digər biznes məqsədləri üçün istifadə etməməyi öz öhdəsinə götürür.
- İnternet- mağazada məxfilik və şəxsi məlumatların qorunması
- Müştəri tərəfindən məlumatın təqdim edilməsi. Sifarişi tərtib edən zamanı Müştəri aşağıdakı məlumatları təqdim edir:
• ad, soyad,
• çatdırılma ünvanı
• elektron ünvan və əlaqə nömrəsi (daha sonra - çatdırılma məlumatları).
- Müştəri tərəfindən verilən və Satıcı tərəfindən alınan məlumatlardan istifadə. Satıcı məlumatı aşağıdakı hallarda istifadə edir:
• Müştəri qarşısında öz öhdəliklərinin icrası üçün;
• Saytın qiymətləndirilməsi və təhlili üçün;
• Satıcı tərəfindən keçirilən aksiya qaliblərini müəyyən etmək üçün;
• Müştəriyə malın çatdırılmasını həyata keçirilməsi üçün (Satıcı məlumatı Çatdırılma xidmətinə ötürür).
- Satıcı tərəfindən alınan məlumatın yayılması və onu üçüncü şəxslərə ötürülməsi.
- Satıcı, Müştəri tərəfindən əldə edilən məlumatları yaymamağı öz öhdəliyinə götürür. Müştəri Satıcıya, bu Bölmədə göstərilən Müştərilərə öhdəliklərin yerinə yetirilməsi üçün Satıcı ilə razılaşma əsasında fəaliyyət göstərən agentlərə və üçüncü tərəflərə məlumat verməyi razılaşır.
- Müştəri Satıcıya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq məlumatları üçüncü şəxslərə ötürməsi üçün razılıq verir. Fərdi məlumatların ötürülməsi və qorunması haqqında ətraflı məlumat ilə "Məxfilik siyasətində" tanış ola bilərsiniş və "Ödənişə keçid" linki üzrə keçdikdə Müştəri onunla razılığını bildirir.
- Satıcı, Müştərinin IP-ünvanı haqqında məlumat alır. Bu informasiya Müştərinin şəxsiyyətini müəyyən etmək üçün istifadə olunmur.