Siberian Wellness/ Siberian Health / "Sibirskoye zdorovye" Korporasiyası (daha sonra Şirkət) - "Sibirskoye zdorovye" və əlaqədar məhsul qrup nişanları ilə məhsulların təşviqi və satışı ilə məşğul olan bir qrup şirkətdir.
az.siberianhealth.com ünvanında yerləşdirilmiş sayt – Şirkətə aid olan bir xidmətdir.
İstifadəçi – Şirkətdə Məsləhətçi və ya İmtiyazlı müştəri statusuna malik olan Saytın ziyarətçisidir.
Ziyarətçi – Məsləhətçi və ya İmtiyazlı müştərinin qeydiyyat prosedurunu keçməmiş, amma Saytda yerləşdirilmiş məzmuna baxmaq imkanına malik olan Saytın potensial istifadəçisidir.
Məsləhətçi - Şirkətlə müqavilə bağlayan, məhsulları şəxsi istifadəsi üçün alan, digər insanlara tövsiyə edən və şirkətin məhsulları və fəaliyyəti üçün müntəzəm və ya qeyri-müntəzəm olaraq informasiya və təbliğat fəaliyyətini həyata keçirən şəxsdir. Məsləhətçi Razılaşması, İstifadəçi Sazişində nəzərdə tutulmuş qaydada saytda və ya MXM-də bağlana bilər. Əgər Məsləhətçi Şirkətlə əməkdaşlığı sistematik xarakter daşıyacaqsa və Məsləhətçinin gəlirinin sistematik almasına yönəldiləcəksə, o, öz ölkəsinin qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə qeydiyyatdan keçməlidir.
İmtiyazli müştəri - Şirkətin məhsullarını şəxsi istifadəsi üçün alan və digər insanlara tövsiyə edə bilən, Şirkətlə Qeydiyyat Sazişinə bağlayan bir şəxsdir. İmtiyazlı Müştərinin Qeydiyyat Razılaşması, İstifadəçi Sazişində nəzərdə tutulmuş qaydada saytda və ya MXM-də bağlana bilər.
Müştəri – Saytın istifadəçisi olan, İnternet mağazanın köməyi ilə Sifarişləri formalaşdıran və ya Sifarişdə malı qəbul edən şəxs kimi göstərilmiş və fərdi sahibkarlıqla əlaqəsi olmayan,yalnız şəxsi, ailə, ev və digər ehtiyaclar üçün İnternet mağazasının istifadəsiylə əldə edilmiş mallardan istifadə edən, tamamilə bacarıqlı fiziki şəxsdir.
Saytın idarəsi – Saytın istifadəsini müəyyənləşdirən, onun işini idarə edən, Razılaşmanın İstifadəçilər tərəfindən icrasına nəzarət edən Şirkətin bir qrup işçisi və onun səlahiyyətli nümayəndələridir.
Məzmun - mətnlər, təsvirlər, ticarət nişanları, loqotiplər, hipermətn istinadları, audiovizual əsərlər, musiqi əsərləri, ədəbi əsərlər, təqdimatlar, EHM üçün proqramlar, mobil telefonlar, onların fraqmentləri, informasiya, digər obyektlərlərdir.
İnternet-mağaza - Satıcıya məxsus və İnternet ünvanı olan az.siberianhealth.com bir saytdır, o Müştərilərə imkan verir:
- Satıcı tərəfindən Müştərilərə təklif olunan malların təsviri, ödəniş və çatdırılma şərtləri ilə tanış olmaq;
- Sifarişi tərtib etmək.
Satıcı – "Sibirskoye Zdorovye" MMC hesab olunur. Hüquqi ünvan: AZ1095 şəh. Bakı,Səbail rayonu,Bülbül pr,ev 14,Nizami küç,ev 70
Çatdırılma xidməti - Satıcı ilə müqavilə əsasında müştərilərə malların çatdırılması üçün xidmət göstərən üçüncü tərəf.
Məhsul – vətəndaş dövriyyəsindən çıxardılmış və İnternet mağazasının istifadəsiylə satışa təqdim edilmiş maddi dünyanın obyektidir.
Sifariş - İnternet-mağazada dərc edilmiş malların kataloqdan istifadə edərək seçərək , göstərilən ünvanına çatdırmaq üçün, düzgün formada yerinə yetirilmiş Müştəri sorğusudur.
Müştəri bazası - Müştərilərin şəxsi məlumatları daxil olmaqla, Saytda qeydə alınmış istifadəçilərin məlumat bazası.
Müştərilərlə iş üzrə xidmət - Saytın və İnternet-mağazanın istifadəsi ilə bağlı məsələləri həll etməyə kömək edən xidmətlərdir (qaynar xətt, Sayt üzrə geribildiriş).
Cookies - veb-müştəri müvafiq saytın səhifəsini açmağa cəhd etdiyi zaman hər dəfə HTTP-sorğuda veb-serverə göndərdiyi ,veb-server və ya veb-səhifə tərəfindən yaradılmış fayl şəklində istifadəçinin kompüterində saxlanılan məlumatların kiçik fraqmentidir.
Səbət - Müştərinin İnternet-mağazada seçdiyi məhsulların siyahısıdır.
Məxfi məlumat - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun sahibi tərəfindən məhdudlaşdırıla bilən məlumatdir.
Şəxsi kabinet – istifadəçiyə yalnız avtorizasiyadan sonra istifadəyə icazə verən və istifadəçinin şəxsi informasiyasını özündə saxlayan bir Sayt bölməsidir.
Şəxsi hesab – Sayta daxil olmaq üçün istifadə edilən istifadəçinin şəxsi məlumatlarıdır.
Satıcı təklifi - Saytda satışa təqdim olunan mallar barədə mövcud qiymətlər və Satıcının mövcud tariflərinə uyğun şərtlər əsasında olan əlverişli məlumatdır.
Xüsusi təklif - Saytda məhsulların alınması üçün endirimlər, hədiyyələr, digər xüsusi şərtlər barədə məlumatı özündə toplayan Satıcı təklifidir. Satıcı təklifin xüsusi olduğunu qeyd etməyə məcbur deyil.
Bonus - Satıcının müəyyən etdiyi şərtlərə əsasən Xüsusi təklif üzrə tərtib edilən və Müştərinin Sifarişinə Satıcı tərəfindən əlavə olaraq təklif edilən məhsuldur. Bonus, mal və ya digər məhsul ola bilər.
Məsləhətçi Sazişi - Siberian Wellness/ "Sibirskoye zdorovye" kimi bir qrup şirkət və ya Siberian Wellness/ "Sibirskoye zdorovye" Korporasiyasının Məsləhətçisi olmaq istəyini bildirən fiziki şəxs arasında bağlanmış müqavilədir.
Ballar - Şirkətin hər bir məhsulu üçün fərdi olaraq müəyyən edilmiş sabit rəqəmsal göstəricidir.
Rəhbər - Şirkət ilə əməkdaşlıq etmək üçün Namizəd (Məsləhətçi və ya İmtiyazlı Müştəri) dəvət edən Məsləhətçi və ya İmtiyazlı Müştəri, Şirkət tərəfindən Rəhbər kimi qeydiyyatdan keçmiş və cəlb edilmiş şəxslərin təlimi, təhsili və rəhbərləyi üçün informasiya dəstəyini təmin edən şəxsdir.
Qeydiyyat dəsti – Şirkət ilə əməkdaşlıq etməyə niyyət edən Namizədin əldə etdiyi ədəbiyyat və materiallar dəstidir. İmtiyazlı Müştəri və Məsləhətçi üçün Qeydiyyat dəstinin məzmunu fərqlidir. Qeydiyyat dəstinin tərkibi və qiyməti Şirkətin qərarı əsasən dəyişilə bilər. Qeydiyyat dəstininin cari qiyməti müəyyən bir ölkənin ərazisində qüvvədə olan Şirkətin qiymət siyahısına əsasən müəyyən edilir.
Şirkətin Xidmət Mərkəzi (ŞXM) - ""Sibirskoye zdorovye" ticarət nişanı ilə məhsulların pərakəndə satışı və Şirkətin təlim materialları üçün nəzərdə tutulmuş ixtisaslaşmış bir mərkəzdir;pərakəndə müştərilərə,Şirkətin İmtiyazlı müştərilərinə və Məsləhətçilərinə xidmət etmək üçün; Şirkətin Məsləhətçilərinin biznesini dəstəkləmək və ya Şirkətin məhsullarını təbliğ etməyə kömək edən təqdimatlar, seminarlar, görüşlər və ya digər tədbirlər üçün; Şirkətin məhsulları və aksiyaları və ya Şirkətin biznes məlumatları haqqında məlumat almaq üçün.