personal
Əsl Sibir ilə bizim bloqumuzda tanış ol!
Altay, Baykal və Yakutiyanın sonsuz vüsətləri üzrə maraqlı səyahətə yola düş. Misilsiz təbiət ilə tanış ol və sərt əsrarəngiz Sibirin tarixinə baş vur!
13
mart

Sibir ənamları: nanə

Nanənin nə qədər çoxtərəfli və səxavətli olduğu, insanlara sağlamlığın, əhvalın və gözəlliyin dəstəkləməsi üçün nə qədər şey bəxş etdiyi haqqında fəsil...

Bir çoxlarımız üçün nanə uşaqlığı xatırladır - onun dadını saqqızlarda və diş məcunlarında kəşf edirdik, müasir uşaqlar nanə dadına həmçinin şirniyyatlarda və limonadlarda rast gəlirlər. Bu olduqca qədim bitki, dadından əlavə, digər misilsiz xüsusiyyətlərə malikdir.

Bitkinin təsviri

Nanə - dalamazkimilər fəsiləsinə aid çoxillik ot bitkisidir. Nanə kolu hündürlüyü 1 metrə çatan dikduran gövdələrdən ibarətdir. Uzunluğu 6-7 sm çatan yarpaqları, adətən, tünd yaşıl rəngdə olur və cüt şəkildə, qarşı-qarşıya qruplaşdırılıb. Bənövşəyi və ya yasəmən rəngli çiçəklər gövdələrin və ya yan zoğların başında sünbülvari hamaşçiçəklərə toplanılıb. Rusiyada nanə, cənub bölgələri istisna olmaqla, Pribaykalyenin bütün ərazisində çəmənliklərdə, bataqlıqlarda, çay və göl qıraqlarında bitir.

Nanənin vətəni Aralıq dənizinin hövzəsi hesab edilir, oradan o, bütün dünyaya yayılıb. Cəmi nanənin onlarla növü mövcuddur, ən məşhuru isə istiotlu nanədir. Bəzi tədqiqatçılar hesab edir ki, bu növ İngiltərədə XVII əsrdə bir neçə növün mələzləşdirilməsi yolu ilə yetişdirilib, bu səbəbdən onu ingilis nanəsi andlandırırlar. Rusiyada bu növ nanənin ilk zəmiləri 1893-cü ildə yaradılıb.

Əmələ gəlməsi tarixi

Əfsanəyə əsasən, bitki qədim yunan mifologiyasının nimfası olan Menta (Mentha) şərəfinə adlandırılıb. Guya, yeraltı dünyanın tanrısı hesab olunan Aid ona aşiq oldu, onun qısqanc həyat yoldaşı Persefona isə bu haqda bildikdə, qızı bağ otuna çevirdi. Ətirli xüsusiyyətləri isə bitkiyə Aid özü bəxş etdi. Nanənin qədim rus adı "bejava"-dır. Rus xalqının əcdadları nanəni əcinnələrdən qoruyan bitki hesab edirdi və öz evlərində bu bitkinin quru gövdələrini asırdılar.

Nanənin bir neçə minillik tarixi var. Onun istifadəsi haqqında ilk qeydlər aysorların (assuriyalıların) mixi yazılarında və Misir fironlarının məğbərələrində tapılmışdır. Qədim Romada bu bitkini həzmi yaxşılaşdırmaq üçün istifadə edirdilər, eyni zamanda qədim romalılar inanırdılar ki, nanə ətri melanxoliyanı aradan qaldırır və zehni fəallığa səbəb olur, ona görə də başlarında nanə çələngləri gəzdirirdilər. Yaponlar nanəni, mentol əldə etmək məqsədilə artıq iki minillikdən çoxdur ki, yetişdirirlər.

Nanənin müalicəvi xüsusiyyətləri aysorlar tərəfindən kəşf edilmiş, elmi cəhətdən isə Hippokrat və Parasels ilə əsaslandırılmışdır. Əsrlər boyu nanə baş ağrıları, soyuqdəymələr və bağırsaq xəstəliklərinin müalicəsi üçün istifadə edilir.

Tərkibində nələr var

Nanə, əsası mentol olan (65%-ə qədər) efir yağının yüksək miqdarına görə dəyərləndirilir. Nanə yarpaqlarının tərkibinə həmçinin karotin (təbii immunostimulyator), fitonsidlər (xəstəlik törədən bakteriyaların inkişafının qarşısını alırlar), efir yağları, D, A, C, B vitaminləri, üzvi turşular, aşı maddələri, mis və manqan kimi mikroelementlər daxildir.

Zəngin kimyəvi tərkibi sayəsində nanə antiseptik, iltihablar əleyhinə, yüngül ağrıkəsici, spazmolitik və qızışdırıcı xüsusiyyətlərə malikdir. Nanə çayı öz təravətləndirici, canlandırıcı, ödqovucu və tərqovucu xüsusiyyətləri ilə tanınır.

Nanənin faydalı xüsusiyyətləri

Nanə - güclü təbii antioksidantdır və orqanizmə eyni zamanda bir neçə istiqamətdə müsbət təsir göstərə bilər. Onlardan sadəcə bir neçəsini sadalayaq:

Həzmə kömək edir. Nanə yumşaq şəkildə bağırsağın fəaliyyətini yaxşılaşdırır, mübadilə proseslərini normallaşdırır və maddələr mübadiləsini sürətləndirir. Tədqiqatların nəticələri göstərir ki, bitki mədə pozuntusu əlamətlərini yüngülləşdirməyə və ağrını aradan qaldırmağa qadirdir.

Yuxunu yaxşılaşdırır və gərginliyi aradan qaldırır. Nanə yüngül sakitləşdirici və sinir sisteminin ümumi vəziyyətinə müsbət təsir göstərir, sinir mərkəzlərini rahatlaşdırır və psixoloji gərginliyi aradan qaldırır. Bir fincan isti nanə çayı və ya nanə tədbiq edilməklə aroma-terapiya - dincəlmək və stressi aradan qaldırmaq üçün əla üsuldur.

Öd kisəsini və qaraciyəri dəstəkləyir. Nanə öd turşularının sintezini və öd kisəsindən qaraciyərə öd axınını stimullaşdırır və ödün bağırsaqlara daxil olmasını yüngülləşdirir.

Ağız boşluğunun gigiyenasını dəstəkləyir. Nanə xoşagəlməz qoxuları örtmək ilə yanaşı zərərli bakateriyaların miqdarını azaldır, nəfəsin təravətini təmin edir.

İmmun sistemini gücləndirir. C vitamininin böyük miqdarı sayəsində nanə orqanizmin immun müdafiəsini gücləndirir və patogen mikro-orqanizmlərinin yaranmasının qarşısını almağa kömək edir.

Nanə aşağıdakı Siberian Wellness məhsullarının tərkibinə daxildir:

Bəs siz bilirdiniz ki, sevimli nanə bu cür zəngin tarixə və geniş fəaliyyət sahəsinə malikdir?

[}item{]