ƏsasSağlamlıq üçün məhsullar Balzamlar → Geniş spektr təsirli balzam "Koren"
   
11.6 AZN

Sibir balzamları

Geniş spektr təsirli balzam "Koren"

# 409066     250 ml    
Köknar yağı və bitki ekstraktlarına əsaslanan təbii balzam aktiv şəkildə isidir, bərpa proseslərini sürətləndirir və rahatlıq hissini tez bir zamanda qaytarır.

Qrip  yoxsa soyuqdəymə?
Həddindən artıq yüklənmiş əzələlərdə ağrı?
Dərinin qıcıqlanması və ya zədələnməsi?
Sibir təbiətinin müalicəvi gücünü hiss edin!
Ağ şam ağacı və yabanı Sibir otlarının efir yağları  əsasında  çoxfunksiyalı balzam aktiv şəkildə isidir, bərpa proseslərini sürətləndirir, orqanizmin  oyadır və gücünü bərpa edir.

Balzam necə işləyir?
- Kamfora dərini yaxşı isidir.
- Şam terpentini, ağ şam ağacı və evkalipt efir yağları istlik bəxş edir  və heyrətamiz aromaterapevtik  effekti verir.
- Çaytikanı yağı dərinin yenilənməsinə və bərpasına kömək edir.
- 13 bitki ekstraktı orqanizmə bərpa olmağa, özünüzü rahat və aktiv hiss etmənizə kömək edir.

Nə zaman  tətbiq etmək olar?
- Soyuqdəymə zamanı, ayaqları, qolları və döş qəfəsini ovxalamaq üçün.
- Bel və boyun nahiyələrində narahatlıq hissi hiss  etdiyiniz zaman.
- Fiziki gərginlik və ya həddindən artıq fiziki yükləmələrdən sonra taqətin bitməsi və hərəkətliliyin azalaması.
- Yaralanmalar, sıyrıqlar və cızıqlar olduqda.
- Yaşla əlaqəli hərəkətlilik məhdudluğu olduqda.

Siberian  Wellness tərəfindən geniş spektr təsirli  balzam: yalnız faktlar
• 20 ildən çoxdur Şirkətinən ən çox satılan məhsullar sırasındadır.
• Heyvanlar üzərində sınaqdan keçirilməyən 98,8% təbii bitki mənşəli məhsul.
• Müştərilərin rəylərinə əsasən ən az 10 tətbiqetmə  üsulu olan əfsanəvi məhsul.
• Universal məhsul: ilin istənilən vaxtında, istənilən yerdə hər ailə üçün təbii öməkçi.

VS "KOREN" Geniş təsir spektrinə malik balzam: yenilik var?
- Tərkibi sabitləşdirmə sistemi: fenoksietanoldan imtina etdik və benzil spirtinə və gliserillaurata keçdik - COSMOS standartına uyğun olaraq təsdiqlənmiş yumşaq, təhlükəsiz və təsirli qoruyucu maddələr.
- Eko-tərzdə yeni qablaşdırma dizaynı.
- Şüşə: rəngli PP-plastik (polipropilen) əvəzinə - Rusiya Federasiyası və qonşu ölkələrdə mövcud emal şəraitində daha çox yönlü və tətbiq olunan qəhvəyi PET;
- Lakonik qara PP5 (polipropilen) qapaq, indi isə 25% emal edilmiş   plastikdən ibarətdir.
- Məhsulun aktiv tərkibi 100% eyni qalıb - o, çoxfunksiyalı təsir göstərən zəngin bitki ekstraktları və yağlar kompleksidir.

Təbiətin sizin üçün necə qayğınıza  qaldığını hiss edin!

İstifadəsi

Dərinizə az miqdarda balzam çəkin və yüngül masaj hərəkətləri ilə yayın. Yalnız xarici istifadə üçün!
Bir balzam - bir çox həll!


SOYUQDƏYMƏ VƏ QRİP

• Nəfəs almağınızı  asanlaşdırmaq üçün burunun qıraqlarına vurun.
• Soyuqdəymənin ilk simptomlarını aşkar etdikdə  2 litr isti suya 20-30 damcı balzam əlavə edin və ayaqlarınızı 10-15 dəqiqə isidin. Dərinizi qurulayın  və isti corab geyinin.
• Yüksək temperatur zamanı balzamı sinə və beldən və yuxarı olan nahiyəni ovuşdurun, yorğana bürünün. Gündə 2-3 dəfə təkrar edin.
• Öskürək və ya boğaz ağrısı zamanı balzamı sinə nahiyəsinə masaj hərəkətləri ilə tətbiq edin. Gündə 2-3 dəfə təkrar edin.


ƏZƏLƏLƏR VƏ OYNAQLAR
• İntensiv məşqdən sonra bədəninizə  balzam sürtün, “həddindən artıq məşq etmiş əzələlələr” təsirini aradan qaldırın.
• Bel, boyun və ya oynaqlardakı narahatlıq zamanı balzamı bədənə masaj hərəkətləri tətbiq  edin.


DİGƏR İSTİFADƏ QAYDALARI
• Dəridə qıcıqlanma, aşınma, kəsik, kiçik yaralanmalar və həşərat dişləmələri zamanı balzamı gündə 5-7 dəfə istifadə edin.
• Baş ağrısı və həddindən artıq gərginlik zamanı balzamı gicgah sahəsinə  çəkin, dərini yumşaq bir şəkildə masaj edin. Zərurət yarandıqca istifadə edin.
• Soyuq olduqda əllərinizi və ayaqlarınızı balzamla ovun.
Kosmetik vasitəni istifadə etməzdən öncə əlinizin dirsək qatlanacağında test etməyi tövsiyyə edirik – tərkibə daxil olan komponentlərə qarşı fərdi həssaslıqdan dəridə reaksiya yarana bilər.


 

Aktiv komponentlər: şam terpentini, ağ .am ağacının yağı, evkalipt yağı, kamfora, çaytikanı yağı, dazı otu cövhəri, çaqa cövhəri, mayaotu cövhəri, badan cövhəri, palıd ağacının qabığının cövhəri, gicitkən cövhəri, qaytarma cövhəri, dəvədabanı cövhəri, pion cövhəri, xəşəmbül cövhəri, mələkotu cövhəri, təpə şoranı otu cövhəri, kəklikotu cövhəri.

(INCI) aqua (water), abies sibirica (siberian fir) oil, camphor, glycerine, ammonium acryloyldimethyltaurate/VP сopolymer**, abies sibirica (fir) turpentine, benzyl alcohol**, xanthan gum, glyceryl laurate, hippóphae rhamnoídes (sea-buckthorn) fruit oil, eucalyptus globulus (eucalyptus) leaf oil, hypericum perforatum (saint john`s wort) extract, sucrose laurate, inonotus obliquus (birch polypore) extract, humulus lupulus (hop) extract, bergenia crassifolia (bergenia) extract, quercus robur (oak) bark extract, urtica dioica (nettle) leaf extract, dasiphora fruticosa (tormentil) extract, tussilago farfara (coltsfoot) leaf extract, paeonia lactiflora (peony) root extract, melilotus officinalis (clover) extract, angelica sinensis (angelica) root extract, salsola collina (tumbleweed) extract, thymus serpyllum (thyme) extract.

** Qeyri-təbii mənşəli komponentlər.