Əsas → Üz üçün yeniləyici krem
 
16.5 AZN

ENDEMIX™ kompleksiylə bioloji aktiv kosmetika

Üz üçün yeniləyici krem

# 411211     50 ml    
Yorğun dərini enerji ilə təmin edir, intensiv şəkildə bərpa edir, stress izlərini aradan qaldırır, tonlaşdırır və təravətləndirir.

Koenzim Q10 ilə aktiv yeniləyici  krem, stressə məruz qalan yorğun, solmuş dərini canlandırmaq üçün xüsusi olaraq hazırlanmışdır. Kremin müntəzəm istifadəsi zamanı dəri dəyişir  - daha sıx, hamar və elastik olur; üz təravətlənir və dincəlmiş görünür.

Koenzim Q10 dərinin dərin qatlarını enerji ilə təmin edir, hüceyrə tənəffüsünü yaxşılaşdırır və yaşlanma prosesini ləngidir. Onun sayəsində hüceyrələr daha aktiv şəkildə kollagen, elastin və hialuron turşusu istehsal edirlər: dəri daha sıx və möhkəm olur, yaşla əlaqədar olan  və mimik  qırışlar hamarlaşır.

Nar toxumunun yağı dərini müdafiə edir, qidalandırır və nəmləndirir, dərinin bərpa proseslərini başlatır, dərinin görünüşünü və vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Koenzim Q10 (ubixinon), hüceyrələrdə enerji istehsalında iştirak edən ən vacib koenzimdir, həmçinin yaşlanma  ilə mübarizədə inanılmaz dərəcədə təsirli güclü bir antioksidantdır. Kollagen sintezini və yaraların sağalmasını sürətləndirir, hüceyrələrdə enerji səviyyəsini, dəri elastikliyini və nəmliyini artırır.
Q10 koenziminin kəşfinə görə  Piter Mitçell tibb sahəsində Nobel mükafatına layiq görüldü. Bu qiymətli koferment təkcə dəriyə qulluq üçün deyil, mürəkkəb sağlamlıq problemlərini həll etmək üçün də istifadə olunur.

 

İstifadəsi

Səhər və / və ya axşam təmiz üz və boyun dərisinə tətbiq olunmalıdır.

 

Aktiv komponentlər: koenzim Q10, hialuron turşu, nar toxumlarının yağı, vitamin E, skvalen, ENDEMIX™ bitki cövhərlərinin kompleksi (saqan-daylya, eleuterokokk, çəhrayı rodiola, maral kökü, baykal başlıqotu cövhərləri).

(INCI): aqua (water), glycerin, hydroxyethyl urea, coco-caprylate/caprate, pistacia vera (pistachio) seed oil, hydrogenated ethylhexyl olivate, punica granatum seed oil, macadamia integrifolia (macadamia) seed oil, stearyl alcohol, cetyl alcohol, glyceryl stearate citrate, benzyl alcohol, sodium polyacrylate, polyglyceryl-3 stearate, sodium stearoylglutamate, комплекс растительных экстрактов ENDEMIX™ (rhododendron adamsii extract, eleutherococcus senticosus (eleuthero) root extract, rhaponticum carthamoides (maral root) root extract, rhodiola quadrifida extract, scutellaria baicalensis extract), hydrogenated lecithin, C12-15 alkyl benzoate, parfum (all natural), hydrogenated olive oil unsaponifiables, glyceryl laurate, tocopheryl acetate, glycine soja oil, betaine, sodium hyaluronate, glycogen, ubiquinone, tocopherol, beta-sitosterol, squalene, sodium benzoate, potassium sorbate.