Əsas → Üz üçün yeniləyici skrab
 
9.2 AZN

ENDEMIX™ kompleksiylə bioloji aktiv kosmetika

Üz üçün yeniləyici skrab

# 411564     75 ml    
Qoz qabığından hazırlanmış kirşan ilə zərif vasitə dərindən təmizləyir və hətta quru və həssas dərini nəmləndirir.

Üz dərisinin ev şəraətində təmizləməsindən maksimum dərəcədə nəticə əldə edin! Zərif cilalayıcı hissəciklər hətta quru və həssas dərini yeniləyir, təbii komponentlər isə nəmləndirir və vitaminlərlə zənginləşdirir.

  • Başınağacı və quşüzümü giləmeyvələri qoz qabığından hazırlanmış kirşan ilə birləşdikdə, hüceyrələrin yenilənməsini sürətləndirərək və dərini vitaminlər və mikroelementlərlə təmini edərək dəri səthindən buynuzlaşmış hissələri aradan qaldırır.
  • Təbii yağlar dərini nəmləndirir, rahatlıq hissi bəxş edir.
  • Kofein qan dövranını aktivləşdirir və dərinin linfodrenaj xüsusiyyətlərini yaxşılaşdırır.
  • Mentol xoş təravətləndirir, dərinin mikrokapillyarlarının tonusda saxlanılmasına imkan yaradır.
  • ENDEMIX™ endemik sibir bitkilərinin aktiv maddələrinin kompleksi dəri hüceyrələrinin yenilənməsini gücləndirir.

Nəticə: dəri mükəmməl təmiz və təravətli görünür.
* In vitro yoxlanmasının nəticələrinə görə.

  • Üz dərisinin hüceyrələrinin ehmalca yenilənməsi.
  • Quru, həssas və çox tələbkar dəri üçün uyğundur.

Yabanı otların, bitki yağlarının,yüksək keyfiyyətli efir yağlarının əsasında məhsul. Tərkibində GMO yoxdur. Ekoloji təhlükəsiz konservləşdirilən sistemlərin istifadəsiylə,bioloji cəhətdən parçalanan, maksimal bioloji fəallıqla yüksək keyfiyyətli xammalın istifadəsiylə yaradılmışdır.
Tərkibində paraben, SLS, SLES, sulfat, ftalat, mineral yağlar və neft emalı məhsulları yoxdur.

Yeni nəslin ekoloji cəhətdən təhlükəsiz bioloji tərkib hissəsi olan təbii formulu və istifadəsi məhsulun qısa müddətə saxlanılmasını nəzərdə tutur - 18 ay.

Allergik reaksiyaların və yüksək təsirli cövhərlərin və yağların mümkün dözümsüzlüyünü müəyyən etmək üçün,kosmetik vasitəni dirsək qatlanacağında sınamağı tövsiyə edirik.
Təbii xammaldan istifadə müddəti ərzində rəngi dəyişilə və ya dibinə çökə bilər. Bu məhsula təsir göstərmir və onun effektivliyini aşağı salmır.

İstifadəsi

əvvəlcədən təmizlənmiş dəriyə az miqdarda skrab tətbiq edin, göz və dodaq ətrafı sahələrə toxunmadan masaj xətləri üzrə yüngül hərəkətlərlə bölüşdürün. Bir dəqiqə ərzində dərinizə yedirtin, 3-5 dəqiqə saxlayın, çoxlu miqdarda ilıq suyla yuyun.
 

Aktiv komponentlər: qoz qabığından hazırlanmış kirşan, kofein, başınağacı və quşüzümü giləmeyvələri, ENDEMIX™ bitki cövhərlərinin kompleksi (saqan-daylya, eleuterokokk, qırmızı rodiola, levzey, baykal başlıqotu).

Tərkib: su, qliserin, şi yağı, şüşə qranulalar, miristillaktat, sidik cövhəri, setearil spirti, palmitin turşusu, stearin turşusu, kaprik/kaprilik triqliserid, gənəgərçək yağı, qarğıdalı yağı, qoz qabığından hazırlanmış kirşan, qliserilstearat, kofein, ətirləndirici, ksantan kitrəsi, xlorfenezin, mentol, başınağacı giləmeyvələri, quşüzümü giləmeyvələri, betain, izopropilmetilfenol, limon turşusu, ENDEMIX™ bitki cövhərlərinin kompleksi, (saqan-daylya cövhəri, eleuterokokk, qırmızı rodiola ,levzey, baykal başlıqotu) natrium hidroksid, natrium benzoat, kalium sorbat.

(INCI): aqua (water), glycerin, butyrospermum parkii (shea) butter, glass beads, myristyl lactate, urea, cetearyl alcohol, palmitic acid, stearic acid, caprylic/capric triglyceride, ricinus communis (castor) oil, zea mays (corn) oil, juglans regia (walnut) nut shell powder, glyceryl stearate, caffeine, aroma, xanthan gum, chlorphenesin, menthol, viburnum opulus (guelder rose) fruit powder, vaccinium oxycoccos (cranberry) fruit powder, betaine, o-cymen-5-ol, citric acid, комплекс растительных экстрактов ENDEMIX™ (rhododendron adamsii extract, eleutherococcus senticosus (eleuthero) root extract, rhaponticum carthamoides (maral root) root extract, rhodiola quadrifida extract, scutellaria baicalensis extract), sodium hydroxide, sodium benzoate, potassium sorbate.