ƏsasDəriyə qulluqÜz üçünƏsas qulluq30-40 yaş → Experalta Aurum. Üz üçün zənginləşdirici zərdab, 30 ml
   
22.3 AZN

Experalta Aurum

Experalta Aurum. Üz üçün zənginləşdirici zərdab, 30 ml

# 418895     30 ml    
Serumun heyrətamiz gücü, zərdəçal kökünün ekstraktı (TEGO® Turmerone) sayəsində dərinin parlaqlığını daxildən oyatmaqla onu yaşlanmadan müdafiə edir. Koloid qızıl qabıqlı peptid kompleksi MVP Golden Collagenine dəridə kollagenin təbii sintezini stimullaşdırır; Altay balı əsasında nəmləndirici formula su balansını dəstəkləyir.
  • Dərinin sıxlığı X2
    Peptid kompleksi kollagenin təbii sintezini stimullaşdırır, qırışları azaldır.
  • Anında nəmləndirmə
    Altay balı ilə formula dərini real zaman ərzində dəyişir.
  • Parlaq və bərabər ton
    Zərdəçal kökünün ekstraktı dərini gündən-günə dəyişdirərək daxildən parıltını bərpa edir.

Dərinizin intellektini oyadın
Experalta Aurum ilə yeni parlaqlıq gücü!
Üz parıldayır- dincəlmiş və gümrah görünür!
Hər bir qadının arzusu innovativ inqrediyentlərə əsaslanan  Bərpaedici Üz Serumu sayəsində gerçəkləşir. Yüksək effektiv formula , dərinin öz cavanlıq və gözəllik resurslarını aktivləşdirir. Enerji artımını təmin edir, parlaqlığı bərpa edir və erkən yaşlanmadan müdafiə edir.

• İnnovativ peptid kompleksi MVP Golden Collagenine (Infinitec, Barselona)
Yüksək konsentrasiyada olan peptid dəri baryerini aşır, kollagen istehsalını stimullaşdırır, hüceyrələrin yenilənməsi və bərpası proseslərini sürətləndirir.
    Kollagen istehsalını stimullaşdırır, hüceyrələrin yenilənməsi və bərpası proseslərini sürətləndirir.
    Kollagen sintezini artırır, dərinin elastikliyini və möhkəmliyini artırır **:
     + 230% 1-ci növ kollagen sintezi
     + 205% 3-cü növ kollagen sintezi
    Nəticə: daha möhkəm və ipək  kimi dəri.
TEGO® Turmeron Zərdəçal kökünün ekstraktı
Parlaq bir hind ədviyyatı - zərdəçal - güclü antioksidant təsirə malikdir, dərinin parlaqlığını daxildən bərpa edir,  tonunu bərabərləşdirir  və yaşlanma əleyhinə təsir göstərir.
Altay balından hazırlanmış  nəmləndirici kompleks
Ani və intensiv uzun müddətli nəmləndirmə üçün.
    30 dəqiqədən sonra - ani nəmləndirmə.
    48 saat nəmləndirmə - ilk tətbiqdən sonra.
    5 gündən sonra - optimallaşdırılmış nəmləndirici kapital (tətbiqdən sonra 5 gün ərzində dərinin nəmləndirilməsi).
Təbii formula:
Altay balının nəmləndirici kompleksi ilə zənginləşdirilmiş təbii yağlar və ekstraktlardan ibarət zəngin kokteyl dərhal işləməyə başlayır, dərini nəmləndirir, cavanlaşdırıcı  və liftinq effekti verir.
    Arı südü hüceyrə regenerasiyasını sürətləndirir və dərinin turqorunu artırır, sakitləşdirir, sağaldır və antioksidant müdafiəni təmin edir.
    Jojoba yağı qırışları hamarlaşdırır və dərinin quruluğu ilə effektiv şəkildə mübarizə aparır.
    Propolis ekstraktı dəridə mikrosirkulyasiyanı və metabolik prosesləri sürətləndirir.
    Sidr yağı və Sibir giləmeyvələrinin ekstraktları dərini effektiv şəkildə yumşaldır və qidalandırır, yaşlanma  əleyhinə güclü  təsir göstərir.
    Asiya sentellasının ekstraktı qıcıqlanmış dərini yumşaldır və sakitləşdirir, qızartıları azaldır və nəmləndirir.
    Adenozin dəri hüceyrələrini ultrabənövşəyi şüalardan, çirkli havadan və küləkdən qoruyur, dəridə ödəm və qızartı ilə mübarizə aparır, iltihab əleyhinə təsir göstərir, dərinin elastikliyinə və cavanlığına cavabdeh olan kollagenin istehsalını artırır. Üz konturlarını dartıt və qırışları hamarlaşdırır.
    Baykal başlıqotu ekstraktı dərinin stresə və aqressiv ekoloji təsirlərə qarşı müqavimət  qabiliyyətini yaxşılaşdırır.
    Çəhrayı rodiola  ekstraktı yaşlanma əleyhinə təsir göstərir, metabolik prosesləri stimullaşdırır, dərinin qoruyucu funksiyalarını və xarici təsirlərə qarşı müqavimətini artırır, vitaminlərlə zənginləşdirir.

Necə növ dərilər üçündür?
- Bütün dəri növləri  üçün erkən yaşlanmadan , ətraf mühütün mənfi təsirindən və ultrabənövşəyi şüalara qarşı müdafiə kimi.
- Elastikliyi, möhkəmliyi olmayan solğun  dərilər üçün.
- Artan dəri reaktivliyi və çoxlu sayda xarici stress faktorları zamanı.
- Qeyri-bərabər relyefli, fərqli strukturlu, keyfiyyətsiz dərilər üçün.

* Epidermis daxilində.
** In vivo тест.

İstifadəsi

Səhər və/və ya axşam üz və boynun təmizlənmiş dərisinə masaj xətləri boyunca yüngül hərəkətlərlə bir neçə damcı serum çəkin. Biraz gözləyin. Yumayın. Serum hopduqdan sonra sevimli kreminizi çəkə bilərsiniz


Yalnız xarici tətbiq üçün. Uşaqlar üçün uyğun deyil. Əgər sizdə anamnezdə kosmetik vasitələrə qarşı alergiyanız olubsa istifadədən öncə həkimlə məsləhətləşin. Arı məhsullarına alergiyanız varsa istifadə etməyin.

 

Tərkib (INCI): aqua (water), propanediol, glycerin, niacinamide, trehalose, urea, serine, mel (honey), royal jelly extract, propolis extract, acetyl heptapeptide-9, colloidal gold, curcuma longa (turmeric) root extract, madecassoside, adenosine, sodium hyaluronate, palmitoyl tripeptide-5, hippophae rhamnoides (seabuckthorn) fruit extract, vaccinium macrocarpon (cranberry) fruit extract, rubus сhamaemorus (cloudberry) fruit extract, pinus sibirica seed oil, scutellaria baicalensis root extract, rhodiola rosea root extract, arctium lappa root extract, xanthan gum, carbomer, pentylene glycol, glyceryl polyacrylate, algin, caprylyl glycol, pullulan, disodium phosphate, potassium phosphate, trisodium ethylenediamine disuccinate, sodium hydroxide, mica, titanium dioxide, carmine, maltodextrin, sodium benzoate, potassium sorbate, chlorphenesin, phenoxyethanol, parfum.