Experalta Biomelle
Experalta Biomelle. Dərini stresdən azad etmək üçün vitamin C ilə zərdab, 30 ml
# 419603 30 ml • Təbii müdafiə
Biomelle kompleksinin tərkibindəki pre- və probiotiklər dərinin immun sistemini gücləndirməyə kömək edir.
• Dərinin yenilənməsinə anti-age yanaşma
Zərdab, dərinin keyfiyyəti və sıxlığı üçün əsas inqrediyentlərin istehsalını stimullaşdırır.
• Gözlə görünən parlaqlıq effekti
C vitamininin stabilləşdirilmiş forması (1,5%) melanin sintezini azaldır, dərinin rəngini parlaq edir və bərabərləşdirir.
• Üçqat antioksidant təsir
Laklanmış qovğa göbələyi, oksidləşdirici stresdən güclü müdafiə üçün vitamin C və E.
Dərinizi vitamin C ilə zənginləşdirin!
Stress və yorğunluq izlərini aradan qaldırın
C vitamini ilə sabitləşdirilmiş və yüksək konsentrasiyalı Biomelle pre- və probiotik kompleksi ilə güclü antioksidant zərdab ilə dərinizi canlandırın! C və E vitaminləri, eləcə də laklanmış Altay qovğa göbələyi ilə formula, ətraf mühitin zərərli təsirlərindən - çirklənmədən və aqressiv günəş şüalarından antioksidant müdafiəni təmin edir.
Dəridə olan solğunluğu və piqmentasiyasını azaldır.
Dərinin elastikliyindən və sıxlığından məsul olan kollagenin istehsalını stimullaşdırır. Parlaqlıq verir və dərini ətraf mühitin təsirindən qoruyur.
- Ecoskin (SOLABIA GROUP, Fransa)
Dərinin təbii müdafiəsini gücləndirir Dəri relyefini hamarlaşdırır, quruluğu və onunla əlaqəli narahatlığı aradan qaldırır.
• Dərinin təbii müdafiəsini 71%-dək gücləndirməyə kömək edir.
• Narahatlıq hissini və qıcıqlanmanı 35%-dək azaldır.
• 41%-dək dərini sakitləşdirir.
* Seriyanın aktiv komponentlərinin in vivo sınaqlarının nəticələrinə əsasən. - ProRenew Complex CLR ™ (CLR Chemisches Laboratorium, Almaniya)
Dərinin yenilənməsinə yaşlanma əleyhinə probiotik yanaşma, onun özünü bərpa prosesini sürətləndirir, möhkəm və elastik edir.
• Dərinin keyfiyyətinə və sıxlığına təsir edən əsas maddələrin istehsalını stimullaşdırır.
• Dərinin yenilənmə potensialını bərpa edir və onu gücləndirir.
• Yeniləmə proseslərini sürətləndirir və yaxşılaşdırır.
* Seriyanın aktiv komponentlərinin in vivo sınaqlarının nəticələrinə əsasən. - preBIULIN AGA (GOBIOTICS BV, Hollandiya)
Dərinin səthində olan faydalı bakteriyaların aktivatoru. Nəmləndirmə keyfiyyətinə görə hialuron turşusunu üstələyir və su balansını doldurur.
• Dərinin özünü bərpa və regenerasiya etmə qabiliyyətini gücləndirir.
• Dəri mikrobiomasını 4 saat ərzində balanslaşdırmağa kömək edir.
* Seriyanın aktiv komponentlərinin in vivo sınaqlarının nəticələrinə əsasən. - Natrium hialuronat ExceptionHYAL® Relief (çəki 50-3000 kC)
Dəriyə kompleks təsir göstərən müxtəlif molekulyar kütlələrin natrium hialuronat qarışığı. Hüceyrələrdə daha yüksək metabolik aktivliyi stimullaşdırır, bu da keratinositlər tərəfindən zülal sintezinin artmasına səbəb olur. Angiogenezin artmasına və dərinin zədələnməsinin bərpasına kömək edir. Elastin sintezini fibroblastlarla gücləndirir və dərinin elastikliyini artırır. Epidermal baryeri gücləndirir, dərinin hamarlığını yaxşılaşdırır, onun səthini daha yumşaq və elastik edir. - Vitamin C (1,5%)
Askorbil qlükozid AA-2G - stabilləşdirilmiş aktiv formadır, hətta aşağı konsentrasiyalarda da təsirlidir.
Kollagen sintezində iştirak edir.
• Melaninin sintezini azaldır və parlaqlaşdırıcı və hamarlaşdırıcı təsir göstərir.
• Günəş şüalarına məruz qalma nəticəsində yaranan zərəri azaldır.
• Dərinin qoruyucu qabiliyyətini artırır və iltihabın intensivliyini azaldır.
• Yaşlanma prosesini ləngitməyə çalışır, fotoyaşlanma əlamətləri ilə mübarizə aparır. - Arı südünün ekstraktı Royalamin
Hüceyrələrin regenerasiyasını sürətləndirir və dərinin turqorunu artırır, sakitləşdirir, sağaldır və antioksidant müdafiəni təmin edir. - Altay laklı qovğa göbələyi
Güclü antioksidant müdafiəni təmin edir. - E vitamini
Dərini oksidləşdirici stressdən müdafiə edir, C vitamini ilə sinergiyada işləyir.
Gözəl dəri üçün C vitamininin gücü
• Dərinin sıxlığına, möhkəmliyinə və elastikliyinə cavabdeh əsas zülal olan kollagen liflərinin məhv edilməsi və əmələ gəlməsinin təbii proseslərində əsas rol oynayır.
• Dəridə tünd rəng və piqmentasiyadan məsul olan melaninin - piqmentin sintezinə nəzarət edir.
• Hüceyrələrin qoruyucu funksiyalarının gücləndirilməsinə və hidrolipid mantiyasının dəstəklənmısinə cavabdeh olan keramidlərin istehsalını stimullaşdırır.
• Hialuron turşusunun sintezini təşviq edir və quruluğun qarşısını alır.
• Kapilyarları gücləndirir (kuperozun, şişkinliyin qarşısını alır), qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, dərini parlaq edir.
• Dərinin regenerasiyasını sürətləndirir və zədələrin intensiv sağalmasına kömək olur.
• Dərinin immun sistemini gücləndirir: epidermisin vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşır, iltihab azalır, üz rəngi sağlam olur, relyef bərabərləşir, dəri təravətli, dincəlmiş görünür.
• Ultrabənövşəyi şüalanmanın təsiri də daxil olmaqla, ətraf mühit mənfi faktorlarından qoruyur, fotoyaşlanmanın qarşısını alır (Sanskrinə əlavə olaraq istifadə olunur).
İstifadəsi
Səhər və/və ya axşam üz və boynun təmizlənmiş dərisinə masaj xətləri boyunca yüngül hərəkətlərlə bir neçə damcı serum çəkin. Biraz gözləyin.Yumayın. Serum hopduqdan sonra sevimli kreminizi çəkə bilərsiniz.
Ingredients (INCI): aqua (water), pentylene glycol, lactococcus ferment lysate, ascorbyl glucoside, С12-13 pareth-9, inulin, arginine, alpha-glucan oligosaccharide, glycerin, propanediol, royal jelly, 1,2-hexanediol, sodium hyaluronate, tocopheryl acetate, sodium citrate, trisodium ethylenediamine disuccinate, parfum, bis-ethylhexyl hydroxydimethoxy benzylmalonate, polymnia sonchifolia root juice, L-lactic acid, maltodextrin, caprylhydroxamic acid, citric acid, ganoderma lucidum stem extract, lactobacillus, sodium chloride, sodium benzoate.